İlham Əliyev Türk liderlərini Zirvə görüşünə çağırdı – Koronavirusla mübarizə.
Sənan Qılıncarslan Qacar / Azerbaycan
Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək. bu barədə mətbuata Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.