Həsrət Nəğməsi
Darıxıram gecələri qəmər kimi,
Ulduz da yox ki, danışım.
Mən onunla küsülüyəm,
Yaralıyam qəlb evindən.
Qəmim çoxdur, dərdim çoxdur.
Ruhum yorğun atlı kimi,
Səhralarda çapıram mən.
Susuzluqdan alışıram,
Yanıram mən…!
Dodaqlarım quruyubdu,
Bəlkə də susuzluqdan deyil.
Onun busəsinə həsrət,
Bu dodaqlar, bu yanaqlar.
Heç gözləri söyləmirəm,
Diqqətlə bax bu gözlərə,
Baxışlarda həsrəti duy, ağrını duy,
Mən də baxım sən baxınca
Gözlərlə gəl danışaq biz…
Hicrət edək xəyalların aləminə,
Yanaş mənim lövbərimə.
Qalx gəmimə, bax qəmimə
Əminəm mən fikirlərdə,
Yanılmıram səni seçdim.
Milyonların arasından,
Halalların sırasından.
Yoxsa sən də anlamazsan,
Bu qəlbimin yarasından?
Elə isə əziyyət çəkmə,
Bu sinəyə, bu ürəyə,
Dağ üstünə sən dağ çəkmə.
Salamat qal, xoşbəxtliklə…
Elsevər Hüseynoğlu
Bakı