HZ.MÖVLANƏNİN GERÇƏK ÜZÜ…
YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN OL!
AYNUR TALIBLI,TARİX VƏ MƏDƏNİYYƏTARAŞDIRMAÇISI
Türk-İslam aləmində təsəvvüfün ən öndə gələn isimlərindən birisi Mövlanə Cəlaləddin (Məhəmməd ibn Bəhaəddin Məhəmməd əl Bəlxi)dir. Əsl adı Muhamməd Cəlaləddin olmasına baxmayaraq ona “Mövlanə” deyilirdi. “Mövlanə” ərəbcədən alınma sözdür və anlamı “əfəndimiz”, “sahibimiz” deməkdir. Ona bu adı sevənləri duyduqları dərin sevginədən və sayqıdan dolayı vermişlərdir.Məlum qaynaqlara görə, Mövlanə Hicri. 604/Miladi. 1207-ci ildə 30 eylüldə – sentyabr əski Türk mədəniyyətinin və kültürünün mərkəzlərindən biri olan və bu gün Əfqanıstana aid olan Bəlx şəhərində dünyaya gəlmişdir. Günümüzdə hələ də Əfqanıstanda minlərcə ildir türklər varlığını sürdürməkdədir. (1) Bəzi araşdırmaçılar elə hesab edir ki, daha ərkən tarixdə doğmuşdur. Türk soyundan olduğu bilinən bir gerçəkdir. Sizə daha dəqiq deyə bilərik ki, Xarəzm Türklərindəndir. (2) Həyat yolunu, yaşamını üç kəlmə ilə “xamdım, bişdim, yandım” sözləri ilə özətləyən, ifadə edən Mövlanə Cəlaləddin 17 aralık – dekabr, 1273-cü ildə bazar günü Haqqın rəhmətinə qovuşmuşdur. (3)Mövlanə ümumilikdə Türk ədəbiyyatı və Şərq ədəbiyyatı tarixində üç dildə (türk, fars, ərəb) şeir yazmağı bacaran ən məşhur Türkdilli şair və düşünürlərindəndir. (4) Onun əsərlərinə diqqət yetirdiyimizdə, ərəb, fars (Attar ve Təbrizli Şəms) və Türk kültüründən (Orta Asiya Türk topluluqlarının Gök-Tanrı inancı) təsirləndiyini söyləyə bilərik. (Ablay,1988:147) (5)Öncədən də qeyd etdiyimiz kimi Mövlanə Cəlaləddin Türk- İslam aləminin ən görkəmli düşünürlərindəndir və xüsusi ilə Anadolu Türk insanı ona böyük sevgi, sayqı bəsləmiş və düşüncələrini mənimsəmişdir. Aradan təxminən 700 ildən çox bir zaman keçməsinə rəğmən onun düşüncələri hələ də Türk xalqının ilgi və sevgisini cəlb etməyə davam etməkdədir. (6) Mövlanənin sevgi ve eşq fəlsəfəsi, yaşadığı gündən bu günə, yalnız türk millətinin deyil, çeşidli – müxtəlif din və kültürdən olan bütün dünya insanlarının diqqətİini cəlb edir və marağına səbəb olur. Əslən Azərbaycan Türkü olan araşdırmacı-yazar görkəmli Türkoloq, İrene Melikoff bu haqda demişdir: “Mövlanənin əsərlərini dünya millətləri öz dillərinə çevirib oxusalar, dünyada kötülük – pislik, hərb, kin, nifrət deyə bir şey qalmaz” (Yeniterzi, 1997:109). (7).Soydaşımız olan Türkoloqun sözləri həqiqətən doğrudur. Mən də şəxsən düşünürəm ki, MÖVLANƏNİN fəlsəfəsi və dünya görüşü, müasir dünyamızdakı var olan və tədavisi bilinməyən mənəvi xəstəlikləri müalicə edə biləcək təsirə malikdir.Məlumdur ki, Muhamməd Cəlaləddin Rumi dünya görüşü, fəlsəfəsi və düşüncə tərzi ilə illərdir insanların ruhuna xitab edir və mənəviyyatını doyurur. Əslində xoşgörünün və sevginin təmsilçisi olan Mövlanənin dünya görüşü və fəlsəfəsinə dair başqa bir xüsusi araşdırma məqaləmiz olacaqdır. Bu məqaləmizin mövzusu bir az fərqlidir. Hər birimiz əsərlərinə, düşüncəsinə önəm verdiyimiz və günümüzdən yüzillər öncə yaşamış şairlərin, ədiblərin əsərlərini oxuyunca onların təsvir edildiyi rəsmlər gözümüzdə canlanır. Məsələn, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, İmaddədin Nəsimi, Yunus Emrə deyincə həmən gözümüzdə onlara aid olduğu rəvayət edilən dərgilərdə, kitablarda, dərsliklərdə, hətta internet aləmində yayılmış olan təmsili fotolar canlanır. Mövlanə Cəlaləddin deyincə də ağlımıza gözümüzün aşina olduğu o məşhur və onu əks etdirdiyi deyilən təsvir gəlir. Bu həqiqətənmi Mövlanənin təsviridir? Məhz bu yazımızın da mövzusu əsasən budur.(Yaqin olan rəsm)
Sizə doğrusunu söyləyəcəyəm, mən Mövlanə Cəlaləddinin dünya görüşünü, düşüncə tərzini sevən və önəmsəyən, əsərlərini oxumağa və anlamağa çalışan birisiyəm. Amma heç bir zaman bu məlum təsvirin ona aid olduğunu qəbul etmirəm. Çünki əsərlərində təvazökarlığı, nəfsin tərbiyəsini və açgöz olmamağı tövsiyə edən birisinin kök, kilolu və yuxulu bir şəkildə təsviri heç də inandırıcı olmaz. Daha doğrusu, yayqın və məlum rəsmin onu əks etdirmədiyi fikrini düşünməyimin ilk səbəbi onun vəsiətnaməsini oxumağım oldu. Vəsiətnaməsində Mövlanə Cəlalləddin buyurur: “Sizə, gizli və açıqda Allahdan (c.c) qorxmağı, az yeməyi, az yatmağı, az danışmağı, günahlardan çəkinməyi, oruc tutmağı və namaz qılmağı davam etməyi, daima şəhvətdən qaçınmanızı, bütün yaratıqlardan gələn cəfaya təhamüllü olmağı, avam və cahillərlə oturmamağı, kərəm sahibi olan salih kimsələrlə bərabər olmağınızı vəsiyyət edirəm. İnsanların xeyirlisi, insanlara faydası olandır. Sözün xeyirlisi də az və öz olanıdır. Həmd yalnız tək olan Allaha məxsusdur. Tövhid əhlinə salam olsun”. (8)Sonradan düşüncəmin doğru olduğunu anladım. Belə ki, Mövlanənin 22-inci quşaq (kuşak) nəvəsi ve “Çelebi” məqamının son təmsilçisi Faruk Hemdem Çelebi Mövlanə deyincə ağla gələn rəsmin gərçəkliklə əlaqəsinin olmadığı fikrini təsdiq etdi. Bu haqda Faruk Hemdem Çelebinin çox önemli fikirləri var.
Mövlanəyə ətfedilən, öncədəndə qeyd etdiyimiz məlum təsvir, Mövlanəni oturmuş şəkildə göstərən rəsim, Çələbi ailəsi və Mövlanə araşdırmaçıları tərəfindən qəbul edilmir. Nəvəsi Faruk Hemdem Çelebi, fəlsəfəsində her zaman nəfsin tərbiyə edilməsini, hər şeyin bir qanun-qayda (disiplin) çərcivəsində olmasını məsləhət bilən Mövlanənin belə kilolu-kök bir şəxs (zat) olamayacağını iddia edir. Mövlanəyə aid olduğu düşünülən və yayqın olaraq istifadə edilən məlum rəsmin İranda, 1960-cı illərdə bir yarışmada birincilik qazandığı bilinir. Sonradan Cəlaləddinin oturmuş bir şəkildə və çox kök bir halda təsvir edildiyi bu rəsim, Konya Mövlanə Müzeyinə hədiyyə edilincə müxtəlif tədbirlərdə də istifadə edilməyə başlandı.(İranda yarışmada birinci olan məlumrəsim)Selçuk Universitetinin Mövlanə Araşdırmaları İnstitutunun müdiri doç. dr. Ali Temizel, Türkiyədə və dünyada yayğın şəkildə istifadə edilən rəsmin İranda bir rəssam tərəfindən çəkildiyi fikrini doğruladı və: “İranlı (fars) gözü ilə rəsm edilmişdir. Həyata keçirilən araşdırmalar və qaynaqlar Mövlanənin Doğu-Şərq Türklərindən olduğunu göstərir. Bu səbəblə də daha kök-kilolu deyil arıq (zayıf) olduğunu, gözlərinin o rəsimdəki kimi yuvarlaq deyil də, daha çəkik olduğunu düşünürük. Əldə başqa rəsm olmadığı üçün bu rəsm qəbul görmüşdür. Əslində bir rəsimdən ziyadə onu təmsil eden bir simgəyə dönüşmüşdür” dedİ.Hal bu olunca belə bir sual meydana çıxır – “Mövlanənin sağlığında rəsmi çəkilmişdir mi?”. Bu sual hələ də bəlirsizliyini-bilinməzliyini qoruyarkən, Əflaki Əhməd Dədəyə aid “Menakıb:::ül Arifin” adlı farsça əsərdə Mövlanə, ortanın bir az üstündə boyu olan, çok arıq-zəyif, həfif çəkik gözlü və soluq bənizli biri olaraq təsvir edilirdi. Ayrıca Onun Mövlanə Müzeyində sərgilənən hırkasına (üst geyimi) diqqət yetirdiyimizdə, boyunun 1.80 civarında olacağı təxmin edilir. Hz. Mövlanənin daha sonrakı yüzillərdə də müxtəlif rəsm və minatürləri düzəldilmiş olsa da heç biri bir digərinə bənzəmir.Amma Mövlanənin ailəsi tərəfindən qəbul edilən bir rəsm vardır. Faruk Çelebi (nəvəsi) özünün dünyaya gəlməsindən illər öncə, 1942-ci ildə görülən bir yuxu üzərinə çəkilən və ona çox bənzəyən Mövlanə rəsminin ailə tərəfindən daha çox qəbul gördüyünü qeyd etdi. Çələbi, rəsmin hekayəsini belə anlatdı: “Hər il Şeb-i Arus törənlərində (Mövlanənin vəfatının il dönümündə) qarşılaşdığım Fahir Erkey adında bir psixoloq vardı. Atam 1996-cı ildə vəfat etdikdən sonra məni təkidlə evinə dəvət etdi. Evinə getdiyimdə duvardakı rəsmlə məni qarşılaşdırıb, “Subhan Allah… Nə qədər böyük bir bənzərlik” dedi. Rəsmin 1942-ci ildə çəkildiyini bildirdi, təsəvvüfə aid bir dərnəklərinin olduğunu, bu dərnəyin üzvü 2 nəfərin eyni gecədə Hz. Mövlanəni yuxuda gördüyünü anlatdı. Bu şəxslər bir rəssama yuxularında gördükləri Mövlanəni üz cizgilərindən bəhs etmişlər. İkisinin də ayrı-ayrı söylədikləri təsvirə əsasən çəkilən bu resim ortaya çıxmışdır. 1942-ci ildən, yəni mən dünyaya gəlməmişdən illər öncə çizilmiş bir rəsimdir. Mən də baxdığımda özümə bənzədirəm”. Dəyərli oxuyucular, Faruk Çələbinin bəhs etdiyi Mövlana rəsmini sizlərlə paylaşıram.1942-ci ildə rəsm edilmişdir.Bundan əlavə dünyada tanınmış şəxslərin balmumu heykəllərini sərgiləməsi ilə bilinən ünlü Madame Tussauds Müzesyinin 21-inci mərkəzi İstanbulda açmışdır. Bu muzeyin yetkililləri Mövlanənin 22. quşaqdan nəvələri Esin Çelebi Bayru ve Faruk Hemdem Çelebi ilə əlaqə saxlamışlar. Onlardan əldə etdikləri bilgilər və akademik qaynaqların işığında onlar da Mövlanənin simvolu olmuş o məlum rəsmin gerçəyi yansıtmadığı qərarına gəlmişlərdir. Beləliklə Madame Tussauds muzeyinin İstanbul Genel Müdürü Sarper Hilmi Suner, Mövlanənin balmumu heykəlini sərgiləmək istədiklərini ailəyə bildirmişlər. Konyanı ziyarət edərək dönəmin şərtlərini və atmosferi ilə əlaqədər məlumat edilən müzeyin yetkililəri ailənin də onayı ilə nəvəsi Faruk Hemdem Çelebinin model olmasına qərar verdilər.Ailə ilə ortaq qərar əsasən “niyaz anındakı Mövlana” pozun heykələ dönüşdürülməsi üçün Çelebidən 3 saatı aşan bir seansda, 250-dən fazla bədən ölçüsü alındı, 180-dən çox foto çəkildi, 3 boyutlu vücud taraması-incələnməsi gərçəkləşdirildi. Heykəltaraşlar, öncə gildən bir büst hazırladı.Sonrasında da çalışmanın qəlibi çıxardılaraq içinə balmumu töküldü və 12 həftə sürən rəngləndirmə, saç, göz, saqqal detayları üzərində çalışıldı. Hər aşamada ailədən onay alındı. Araşdırma daxil bu çalışma 6 ay sürdü. Beləliklə “Niyaz halında Mövlana” heykəli ərsəyə çıxdı, oluşduruldu. (9)Mənbələrdən istifadəedilib