GenelGüncel

Hüseyn Cavid oxuculardan nə üçün üzr istədi ?

İstanbul Üniversitetində filoloji təhsil alan

Hüseyn Cavid  (24.10.1882-05.12.1941)  oxuculardan nə üçün üzr istədi?

Keçənlərin söhbətidir.

2014-cü ilin apreli idi…
Gözlənilmədən TQDK-dan (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından-N.N.) zəng etdilər ki, dərsliklərin monitorinqi davam edir, növbəti seminarda orta ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün hazırlanan ƏDƏBİYYAT dərsliyi müzakirə olunacaq. Zəng edən əməkdaş müzakirədə çıxış etməyi də xahiş etdi. Razılaşdım.

O vaxtlarda şagirdlərin istifadə etdikləri Ədəbiyyat dərslikləri Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 nömrəli əmri ilə təsdiq edilmiş proqram əsasında hazırlanmışdır. Mən də bu proqramın tərtibçilərindən biriyəm.

Bir neçə kəlmə bu proqramların hazırlanma məsələlərindən söz açmaq istəyirəm.Proqramın tərtibi Təhsil Nazirliyin təsdiq etdiyi 10 nəfərlik işçi qrupuna tapşırılmışdı.Bir neçə ay ərzində ciddi müzakirər aparıldı,verilən təkliflər nəzərdən keçirildi. Günlərin birində komissiya üzvləri arasında dərslik üçün müəyyən şair və yazıçıların seçimində fikir müxtəlifliyi yarandı. Komissiyanın iki üzvünün qarşıdurması isə əndazəyə sığmadı.

Proqram üzərində aparılan iş sona çatdırılmadan təsdiq olundu.

Dərslik yazmağa məsləhət görülən bəzi müəlliflər, deyilənə görə, proqramın bəzi maddələri ilə razılaşmadıqlarına görə nazirlik tərəfindən proqramlara düzəlişlər edildi və bu düzəlişlər haqqında pedaqoji içtimaiyyət nazirliyin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzeti vasitəsilə məlumatlandırıldı.

Aydınlıq üçün deyim ki, 17.07.2003-cü ildə təsdiq olunmuş proqrama əsasən XI sinfin dərsliyində 12 söz ustasının yaradıcılığı işıqlandırılmalı idi:
1.Cəlil Məmmədquluzadə. “Danabaş kəndinin əhvalatları”, “Anamın kitabı “
2. M.Ə.Sabir. “Nə işim var?”, “Səttarxana” şeirləri
3. Hüseyn Cavid .”Səyavuş” faciəsi.
4.Cəfər Cabbarlı. “Nəsrəddin şah” tarixi pyesi
5.Yusif Vəzir Çəmənzəminli. ” İki od arasında” romanı.
6.Səməd Vurğun.”Muğan” poeması
7.Məhəmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam” poeması 
8.Rəsul Rza .”Qızılgül olmayaydı” poeması
9.İlyas Əfəndiyev.”Xurşidbanu Natəvan” tarixi dramı
10.Bəxtiyar Vahabzadə.”İki qorxu” tarixi poeması 
11. İsmayıl Şıxlı.”Dəli Kür”. ( parçalar)

Filologiya elmləri namizədi Nəcəf Nəcəfovun təklifi ilə proqrama dünya ədəbiyyatından türk söz ustası Nazim Hikmətin “Kərəm kimi” və “Ceviz ağacı” şeirləri daxil edilmişdi.
Bu materiallara həftədə iki saat hesabı ilə 68 saat vaxt ayrılmışdı.
Seminarın yazı-pozu işi professor Xeyrulla Məmmədovun təklifi ilə mənə həvalə olunduğu üçün mən bu işlərdən xəbərdaram.

“Nigar-Ə” KM-in mətbəəsində ofset üsulu ilə 8000 nüsxə tirajla cap olunan proqramlardan ikisi də (iki ədədi ) məndədir.

TQDK-nın beşmərtəbəli binasının liftsiz altıncı mərtəbəsində keçirilən növbəti seminara çox ciddi hazırlaşmışdılar. Bu da səbəbsiz deyildi: seminarda dərsliyin 
4 müəlliflindən birinin – AMEA -nın müxbir üzvü (sonralar akademik-N.N.) Nizami Cəfərovun da iştirak edəcəyi əvvəlcədən çoxlarına xəbər verilmişdi.Bu gəliş iştirakçılara öz sözlərini deməyə imkan yaratdı.Monitorinq iştirakçıları inanırdılar ki,dərsliyin gələcək nəşrlərində onların sözü eşidiləcək. Məsələ burasındadır ki, X və XI sinif dərslikləri hələ bir neçə il bundan əvvəl TQDK-da geniş və hərtərəfli müzakirə edilmiş,dərsliklərin daha da yaxçılaşdırılmasına yönələn çox qiymətli fikirlər söylənilmiş, materiallar nazirliyin müvafiaq şöbəsinə göndərilmişdi.Təəssüflər olsun ki, bu materiallar ya Təhsil Nazirliyinin müvafiq qurumlarına çatdırılmamış, ya da deyilən sözə etinasız yanaşılmışdır.
Monitorinqdəki çıxışlar göstərdi ki, respublikamızda müəllimliyi bacaran cavan müəllimlər çoxdur.Onların maraqlı təklifləri, yəqin ki, dərsliyin növbəti nəşrində nəzərə alınacaqdır. Çıxışlardan aydın oldu ki, XI sinfin ƏDƏBİYYAT dərsliyi elmi cəhətdən mükəmməlliyi, dilinin sadəliyi, üslubunun aydınlığı cəhətdən digər dərsliklərdən əsaslı surətdə fərqlənir.Burada sözün kəsərli olması, şagirdləri düçündürə bilməsi üçün konkret addımlar atılması da göz qabağındadır.Dərslikdə əvvəllər mübahisəli görünən elə məsələlər var ki, müəlliflər cəsarətlə onlara aydınlıq gətirmişlər.
Bu cəhətdən “Mirzə Fətəli Axundzadənin (1812-1878) janr və mahiyyət etibarılə DRAMA YAXIN OLAN KOMEDİYALARI” ifadəsi (səh.2) maraqlı görünür. Səhv etmirəmsə,tragekomediya termini (səh.26) də ədəbi dilə son illərin dərsliklərindən gəlib.

176 səhifəlik bu dərsliyin ( Ədəbiyyat, XI sinif. Bakı,2012-ci il ) asanlıqla düzəlməsi mümkün olan bir sıra qüsurlari vardır. Monitorinqə çıxarılmış dərslik yaxşı redaktə olunmayıb, Dərslikdə yaxşı müəllim kimi tanıdığım 5 nəfər müəllim rəyçi kimi göstərilib.
( Məncə, rəyçilərin sayını çoxaltmaqdansa, onların məsuliyyət hissini artırmaq daha yaxşı olardı).

Kimin necə başa düşəcəyindən ehtiyatlanmadan deyirəm: mən dərslik siyasətini yaxşı başa düşən 100 müəllimdən birincisi olmasam da , yüzüncüsü də deyiləm.

Bu işi hər halda bir müəllimdən yaxşı bilirəm. Mən Mirzə Kazım bəydən bu tərəfə dərsliklərin çoxunu orijinalından oxumuşam.Hal-hazırda Mirzə Kazım bəyin 1839- cu ildə yazdığı “Грамматика турецко-татарского языка” dərsliyinin 175 illiyi haqqında yazdığım məqaləmi tamamlamaq ərəfəsindəyəm. (Söhbət 2014-cü ildən gedir-N.N.).
R.Əfəndizadənin “Uşaq bağçası”(İstanbul,1898) dərsliyi haqqında ilk geniş və hərtərəfli yazını mən yazmışam.

Cəlal Ünsizadənin “Hesab” dərsliyi ( Tiflis,1884) haqqında türkdilli elmi ictimaiyyətə elmi məlumatı mən çatdırmışam.
Belə ki, mənim dərslik haqqında danışmağa həm səriştəm, həm də elmi yanaşma təcrübəm var.

XI sinfin ƏDƏBİYYAT dərsliyində (Bakı,2012) düzəldilməsi o qədər də vaxt aparmayan səhvlər çox idi.

*Ə.Haqverdiyevin ali təhsil sənədi yoxdur. O, qolu sındığına görə Yol Mühəndisləri İnstitutunun birinci kursundan çıxarılıb,Universitetin şərq fakültəsini azad dinləyici sifətilə qurtarıb.(səh.8.)

*Hadidən gətirilən bir misrada bir hərfin bir kobud səhvi var:”,,Əsarətdə olur MƏRZ əhali” yox, MƏHV əhali yazılmalıdır.(səh.10)

*F.Köçərli 1868ci ildə yox,1863-cü ildə anadan olub.”Təlimi-Sokrat” onun orijinal əsəri deyil, tərcümə əsəridir.

*C.Məmmədquluzadə 1921-ci ilin may ayınadək yox, mayın 24-dək Təbrizdə olub(səh.18).

*C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi də dərslikdə daha geniş izah olunmalıdır.Burada incələnməli maraqlı məsələlər çoxdur.(səh.24).

*M.Ə.Sabir “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. Onun 1874-1883-cü illərdə Şamaxıdakı “Məclis məktəbi”ndə oxuması real faktlarla uyğun gəlmir.
O, bu məktədə cəmi 2 il təhsil alıb.(Əlbəttə , 21 yaşlı Ələkbərin ibtidai sinif şagirdləri ilə oxuması heç bir vəchlə doğru deyil).

QEYD.
Bu il Səid Ünsizadənin açdığı, S.Ə.Şirvaninin dərs dediyi, M,Ə.Sabirin dərs öyrəndiyi Şamaxı “Məclis məktəbi”nin 140 yaşı tamam olur. ( Yubiley 13.12.2014-cü ildə bu məqalə oxuculara çatdırılandan bir neçə ay sonra sonra Şamaxı Mədəniyyət Mərkəzində payon səviyyəli tədbir kimi 
təmtəraqla keçirildi-N.N.).Bu məktəb İsmayıl bəy Qaspralının 1884-cü ildə Ağməsciddə açdığı (S,Ünsizadədən 10 il sonra-N.N.) məktəbdən daha üstün sayılmalıdır. 
Ağməscidlilər kimi biz də öz işıqlı fikir adamlarımıza layiq olduqları qiyməti verməliyik.

*M.Ə.Sabirin “Hophopnamə”si II dəfə 1913-cü ildə yox,1914-cü ildə nəşr edilib.

*Xəstə adamı fərmanla yox,DƏRMANLA müalicə edərlər. Bu baxımdanM.Ə.Sabirdən gətirilən nümunə işləri korlayıb:”Mərəzi-eşqə nə tədbir, FƏRMANIN var” yazılışı səhvdir.(səh.32).

*”Səttarxanadır” şeirinin dərc oluna tarixi 20.09.1908-ci il göstərilib.Bu,düzgün deyil;oktyabrda baş verən hadısə haqqında bir ay əvvəl tərifli şeir yazmaq ağlabatan deyil.(səh.41).

* Dərslikdə H.Cavidin 1906-1909-cu illərdə İstanbul Universitetində oxuduğu qeyd olunur.Monitorinq zamanı bu fakt belə izah olundu ki, H.Cavid əslində tam ali təhsilli deyil. Əlbəttə, burada UTANILASI heç bir nəsnə yoxdur.Bunu açıq şəkildə söyləmək lazımdır.(səh.53).Onsuz da Hüseyn Cavid türk dünyasının ən mütəfəkkir insanlarından biridir.

*H.Cavidin “Məndən fələk ayırdı vəfapişə yarımı…” şeirində (səh.55-56) şairin təxəllüsü dərslikdə yazıldığı kimi bu yerdə “Salik “yox, “Arif” dir. “Dəniz tamaşası” şeirində də 3-cü misrada dolaşıqlıq var. (səh.56).

*”Azər” poemasından verilən ilk şeir parçasında da mənaya təsir edən yanlışlıq vardır. “Burada “okşarsan”- “qoşarkən” kimi,”yarın” isə “YARIŞ” kimi verilib.(səh.58).

*Dərslikdə S.Vurğunun “müasir Azərbaycan dilinin banisi” kimi təqdimi barədə düşünmək lazımdır..Bəlkə də bu, A.S.Puşkinə rus ədəbiyyatında verilən qiymətə oxşadılıb (səh.79).

*Azərbaycanda rus-tatar məktəblərinin tarixi 1887-ci ildən başlanır.Yuxarı Salahlı kəndindəki 5 sinifli məktəb T.Mamleyev soyadlı bir tatar tərəfindən yaradılmış adi məktəb idi.(səh.79).

* “Səmədin yaradıcılığında” ifadəsi həmyaşıdlar arasında işlədilə bilər (səh. 82).

*İngilis uşağı “mənim ailəm-my family ” deyə bilər,amma azərbaycanlı uşağın “mənim ailəm”deməsi milli mentalitet baxımından düzgün deyil(səh.107

*Dərslikdə İ.Əfəndiyevin1914-cü ildə Füzulidə anadan olması göstərilir. Halbuki o vaxt bu yaşayış məkanının adı 
Qaryagin ( Karyagin) idi (səh.167 ).

*İ.Əfədiyevin “Körpüsalanlar” romanının qəhrəmanı Səriyyə dərslikdə ali təhsilli mühəndis kimi göstərilir. ( səh.169). Halbuki Səriyyə Texnikum bitirib. O, Adillə texnikumda diplom imtahanı verərkən tanış olub.(Adil imtahan komissiyasının üzvü kimi onunla alman dilində söhbət etmişdir.).

***
Hüseyn Cavid 1913-cü ildə Tiflisdə “Şərq” mətbəəsində Keçmiş günlər “adlı bir şeir kitabı çar etdirir. Bu kiabda bir sözün səhv yazılışına görə Hüseyn Cavid oxuculardan üzr istəyir və üzrxahlığını kitabın sonuncu səhifəsində yerləşdirir.

Həmin qeydi olduğu kimi yazıya əlavə edirik.

“Keçmış günlər”i şairanə bir nəzərlə gözdən keçirənlər şeirə bənzər dəgərli bir şey bulamazlar.Şu yapraqlar (şeirlər- N.N) yalnız hekayə və həspi-hal tərzində qaralanmış bir taqım parçalardır. (Şeir parçalarıdır-N.N.).Yazılışına gəlincə (“Ana”)dakı mülahizəyə bir kərə ətri nəzər edə bilməsi kafi olsa gərək…

H.C.
Təb olunduqdan sonra ilk səhifədə QAYĞISIZ yerinə ĞAYĞISIZ basıldığı kibi bir taqım küçük ( kiçık-N.N.) imla xətaları görülməkdədir. Möhtərəm qarelərdən (oxuculardan-N.N.) TƏSHİH və ƏFB edilməsi acizanə rica olunur.
***

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
08.04.2014-24.10.2019

Ədəbiyyat

Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ƏDƏBİYYAT proqramı Bakı-2003.
1. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proqramı .Bakı,2003-cü il. 
2. Nizami Cəfərov, İsa Həbibbəyli, Nurlana Əliyeva, Afət Bakıxanova. 
Ədəbiyyat. X sinif.Bakı. Çaşıoğlu, 2012,176 səh.
3.DUƏK. Hüseyn Cavid,Cəfər Cabbarlı…Seçilmiş əsərlər.Bakı,1990.
4 Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. Bakı,1987.

One thought on “Hüseyn Cavid oxuculardan nə üçün üzr istədi ?

  • Hüseyn Cavid haqqında elmi iş yazan bir dostum mədən ehtiyatla soruşdu ki, siz nə üçün məktəb və maarif məsələrinə geniş meydan açırsınız.
    Deməyə söz tapmadım,onu dostluqdan sildim.
    24.10.2019.

Yorumlar kapatıldı.

Pin It on Pinterest