GenelKültür Sanat

Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib

2023-cü il 2 fevral  tarixdə laçınlı  köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında  2023-cü il “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş təqvim planına uyğun olaraq,  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  tədbir keçirilmişdir.

Tədbirdən əvvəl rayon rəhbərliyi, YAP Laçın rayon təşkilatının fəalları və  çoxsaylı rayon gəncləri   Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxta körpü qəsəbəsində, əbədi məşəlin alovlandığı Şəhidlərin Xatirə Kompleksini  ehtiramla ziyarət etmiş, hər iki abidə önünə tər qərənfillər düzmüşlər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi,  torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2 Fevral  –  Gənclər Günü münasibəti ilə bütün laçınlı  gəncləri  təbrik edərək, onlara bütün işlərində uğurlar arzulamışdır.  Rayon rəhbəri çıxışında   gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer  tutduğunu qeyd etməklə, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar.

Xüsusilə qeyd olunmuşdur ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə  imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Fəxarət hissi ilə vurğulanmışdır ki, ölkə Prezidenti İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə Sizə arxalanıram”  ifadəsi ölkə gəncləri ilə yanaşı laçınlı gənclər tərəfindən də dərin razılıq və sevinclə qarşılanır. Hər zaman olduğu kimi bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan   Laçın gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı müdrik siyasi fəaliyyətini birmənalı dəstəkləyirlər.

Tədbirdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  məruzəsi dinlənilmişdir. Məruzə ətrafında çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov   Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinn hər zaman xüsusi yer tuturduğunu qeyd edərək,  yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  edilməsi üçün gənclərlə bağlı ölkəmizdə   silsilə addımlar atıldığını vurğulamışdır.

Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, dövlət  başçısı ətrafında sıx birləşərək üzərlərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirəcəklərini bildirdilər.

Tədbirin sonunda bir qrup laçınlı fəal gəncə Laçın Rayon İcra Hakimiyyətinin və Laçın Rayon Gənclər və İdman İdarəsinin fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Təqdirəlayiq haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, gələcək nəsillərdə bu zəngin xəzinədən sevə -sevə bəhrələnəcəklər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest