Heydər Əliyev və Azərbaycan dövlətçiliyi
Anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Ulu öndər Heydər Əliyev öz dühası, qüdrəti, böyüklüyü ilə bəşəriyyətə mənsub olan tarixi şəxsiyyətlərdəndir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Azərbaycan dünya birliyinə qovuşub. Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətimizə mühüm nailiyyətlər qazandırır. Bu siyasət xarici siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər isə müstəqil dövlətimizin beynəlxalq müstəvidə yerini və rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu səbəbdəndir ki, beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir. Bu reallıqlar isə Azərbaycanın liderliyi ilə regionu sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsinə hədəflənib. Bütövlükdə isə, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin işıqlı ideyaları və Onun müəyyənləşdirdiyi xarici siyasət konsepsiyası dayanır! Müasir müstəqil və güclü Azərbaycan dövləti bundan sonra da Heydər Əliyev ideyalarından bəhrələnəcək!
Vüsal Hümbətzadə,
Aərbaycan Dillər Universitetinin tələbəsi,
Pakistan Səfirliyinin istehsalat təcrübəçisi,
Yeni Azərbaycan Partiyasının üzvü,
Qərbi Azərbaycan İcmasının üzvü