GenelGüncel

Heydər Əliyev: Azərbaycanda elm və təhsil Konfransı keçirilib

S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib

İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
Konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğtafiya İnstitutu, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filialları, Quba şəhərinda Soyqırımı Memorial Kompleksi, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyi və Şirvan kimya-biologiya təmayüllü liseydir.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Qarabağ döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış tədbirində çıxış edən S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, bununla əlaqədar gimnaziyada bir sıra yarışlar, müsabiqələr keçirildiyini və hazırda keçirilən “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildirib. İ.Talıbov gimnaziyada fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyətindən danışaraq, şagirdlərin beynəlxalq tədbirlərdə uğurlarını qeyd edib və onların elmin başlanğıc yolunda uğurla addımladıqlarını qeyd edib.
ETN akad. Həsən Əliyev adına Coğtafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov konfrsansda iştirak edən şağirdlərin mükafatlandırılmasının onları elm yolunda irəli doğru aparan, həvəsləndirən amil olduğunu bildirib, bu yolda onlara dəstək olmağın ali təhsil və elm müəssisələrinin borcu olduğunu vurğulayıb.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb, elm və təhsilin inteqrasiyasını dəstəkləyən konfransın iştirakçıları sırasında gələcəyin alimlərinin yetişdiyinə əminliyini bildirib.
ADPU-nun Şamaxı Filialının direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov konfransda iştirakın şagirdlərin inkişafında, sərbəst düşüncələrinin formalaşmasında mühüm rol oynayacağını, onların gələcəkdə müxtəlif sahələrdə elmimizin sərvətinə çevriləcəyini söyləyib.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı konfransda gələcəyin alimlərinin üzə çıxarılaraq cəmiyyətə intellektual bir gənclik kimi təqdim edildiyini deyib. Eləcə də bu cür tədbirlər, şagirlədin sərbəst fikir yürüdə bilməsi, mütəmadi olaraq alim və mütəxəssislərlə görüşlərin keçirilməsi onların formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. S.Talıblı qeyd edib ki, bu konfransın keçirilməsi, istedadlı uşaqların üzə çıxarılması Türk dünyası şagirdlərinin ideya və düşüncə birliyi üçün də zəmin yaradır.
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya – biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya” və “Estetik və fiziki tərbiyə” bölmələrində davam etdirib. Konfransda 82 şagird öz elmi işlərini təqdim edib.
Konfransın yekununda hər bölmə üzrə yüksək nəticə göstərən üç şagird mükafata layiq görülüb.
Konfransın bağlanış mərasimində mükafata layiq görülən şagirdlər müvafiq dərəcəli medallar, diplomlar və qiymətli hədiyyələrlə, bütün iştirakçılar sertifikatla təltif olunub. Həmçinin şagirdlərin elmi rəhbərlərinə sertifikatlar, münsiflər heyətinin üzvlərinə, tərəfdaş təşkilatlara, informasiya və təşkilati dəstək göstərənlərə təşəkkürnamələr təqdim edilib.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest