GenelGüncel

H.Z.Tağıyevin adı “Ziyayi -Qafqasiyyə” qəzetində

Türkdilli milli mətbuat tariximizdə H.Z.Tağıyevin adı ilk dəfə Tiflisdə Azərbaycan dilində nəşr olunan
“Ziyayi-Qafqasiyyə” qəzetinin 20.05.1884-cü il tarixli 10-cu nömrəsində çəkilmişdir.
( Bu nömrə “Ziyayi-Qafqasiyyə” qəzetinin sonuncu nömrəsindən 6 gün əvvəl çıxmışdır. ).

Qəzet H.Z.Tağıyevin şərəfli adını tərcümə materialı içərisində -Bakıda rus dilində nəşr edilən “Kaspi” qəzetinə istinadən vermişdir.

“Qaspi” deyir ki,Bakı dəryasında, yəni (Təqiyev) zavoduna yavuq olan səmtdə bir qayiqi

dəryanın ləpəsi vurub aparıb.

Məzkur (haqqında danışılan-N.N.) qayiqdə üç nəfər adəm var imiş.
Bir qədər keçmiş başqa bir atəş qayiqi onların ardınca göndərilir.Bunlar o vəqt çaturlar qayiq
dönüb, adəmlər suya düşüblərmiş ki, tez əl-ayaq verib,onların ikisini xilas edirlər.
Biri…ələ düşməyib ğərq olur”.

Bu tərcümə materialı bir neçə cəhətdən maraqlı görünür.
Tərcümədə Azərbaycan milli ədəbi dilininin formalaşmasında mühüm rol oynayan xalq danışıq diliin incəliklərindən istifadə olunub. Fəhmi çətin görünən sözlər burada da, qəzetin
istifadə etdiyi digər alınma xəbərlərin əksəriyyətində olduğu kimi, yəni bağlayıcısı
vasitəsilə izah olunub.
Tərcümədə “Xəzər dənizi” termini əvəzinə, bu su hövzəsinin çoxsaylı adlarından biri olan
“Bakı dəryası”na üstünlük verilib,
Mətndə bir neçə alınma söz var ki, onlar da başa düşülməsinə görə çətinlik törətməyən,
artıq çoxdan milliləşmiş sözlərdir.

Nazim Nəsrəddinov.
13.05.2019.

Pin It on Pinterest