Genel

Həsən bəy Zərdabinin qızıl medallı tələbəsi Əsgər ağa Gorani Adıgözəlov

Azərbaycan dilində ilk coğrafiya dərsliyinin müəllifi, Həsən bəy Zərdabinin qızıl medallı tələbəsi
Əsgər ağa Gorani Adıgözəlov

Əsgər ağa Gorani Adıgözəlovun gördüyü işlər millətin qaranlıqdan işığa çıxmasına xidmət edirdi
XIX əsrin ikinci yarısında Azərbaycan ziyalıları məktəb və mədrəsələrdəana dilindədərslik və dərs vəsaitlərinin hazırlanmasını gündəmə gətirdilər. Bu cəhətdənMirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Səid Ünsizadə, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndizadə, Nəriman Nərimanov, Sultan Məcid Qənizadəvə başqalarının xidmətləri təhsil tariximizdə önəmli yer tutur. Bu dərslik və dərs vəsaitlərinin əksəriyyəti ibtidai (mübtədi) sinif şagirdləri üçün nəzərdə tutulmuşdu.

Adları sadalanan müəlliflərdən Səid ÜnsizadəninvəSeyid Əzim Şirvaninin dərslikləri isə oxu kitabı(müntəxəbat) kimi nəzərdə tutulmuşdu. Bu dərsliklərdə şagirdlərin əqli, fiziki və elmi tərbiyəsinin yüksəldilməsi məqsədilə klassik və şifahi xalq ədəbiyyatından, xalq pedaqogikasındanşagirdlərin yaş xüsusiyyətinə uyğun əxlaqi və didaktik materiallar seçilib işlənmişdi.
XIX əsrinyeni üsulluməktəb və mədrəsələrində ayrı-ayrı fənlərin öyrənilməsinə dədiqqət artırılır.Bu məqsədlə şagirdlərüçün ənənəvi dərsliklərdən fərqli dərslik və dərs vəsaitlərinin hazırlanması məsələləri gündəmə gəlir. Nəcəf bəy Vəzirov
Moskvadan göndərdiyi və “Əkinçi” qəzetinin 6 noyabr 1876-cı il tarixli 21-ci nömrəsində dərc olumuş məktubunda Həsən bəy Məlikova yazırdı:
” …məktəbxanada oxunan Leyli və Məcnun, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir,uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz cürəkeş (cürə-birudumda içiləcək şey, burada əzbərçi mənasına uyğun gəlir-N.N.) olmasın və bir də bizi oxudan da məhz oxuyub yazmağıöyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin. Məsələn, Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxutsaq, həm yazıb, oxumağı öyrənnik,həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”.

Bu sözləri yazan vaxt H.Zərdabinin n Bakı Real Gimnaziyasından tandığı Nəcəf bəy Vəzirovun hələ 22 yaşı var idi. Onun hələ o qədər də pedaqoji səriştəsi yox idi, amma təhsil aldığı məktəblərdə ona dərs deyən bacarıqlı müəllimləri var idi.Hələ də onların pedaqoji ustalıqlarını unutmamışdı. Danışığı da məhz öz müəllimlərinin mövqeyini əks etdirirdi. Nəcəf bəy Vəzirov məhz öz müəllimlərinin pedaqoji ustalıqlarına güvənərək Moskvadan Azərbaycan müəllimlərinə öyüd-nəsihət verir, məktəblərdə dərslərin, dərsliklərin və dərs vəsaitlərinin dövrün tələblərinə uyğun yazılmasını arzulayırdı. Onun bu arzusu tədricən reallaşırdı. “Kəşkül” qəzetinin redaktoru Cəlal Ünsizadə 1884-cü ildə özünün “Kəşkül” mətbəəsində ana dilində Avropa və Şərq pedaqoji irsinə əsaslanan “Hesab” dərsliyini çap etdirib, şagirdlərə ərməğan etdi.
“Ziya” qəzetinin 1879-cu il dekabr ayının 27-də çıxan dördüncü nömrəsində “Məmləkət əhvalatı” adlı daimi rubrikasındakı bir xəbər ölkədə dərslik siyasətinə marağın artdığını göstərir. Rubrikada 3 cümlədən ibarət kiçik bir məlumat oxucularda xoş təəssürat yaradır:

“Darülfünunda rus təhsilindən qurtarmış və bu halda (1879-cu ildə-N.N.) Gəncədə sledovatel (müstəntiq) mənsəbiylə məmuriyyətdə olan cənab ƏSGƏR BƏY ADIGÖZƏLOF bizim Azərbaycan dilində bir coğrafiya kitabının tərcümə və tərtibinə hümmət edib.
Mənfəəti-ümumiyyə mənzuri ilə xahişməmddir ki, (xahiş edir ki) mətbəəmizdə çap etdirüb,mühtəşir qıla.
(yayıla-N.N.)
Əsgərin ( kitab müəllifin adı dost və tanış adamın adı kimi çəkilir-N.N.) məmuriyyətdə məşğul olduğu halda, vətəndaşlarını yadbüd elməgi sayan təhsin və təşəkkürdür (alqışa və təşəkkürə yaraşan işdir, bəyəniləndir)”.

Təəssüf ki, “Ziya” mətbəəsində çap olunan ərəb əlifbalı ilk coğrafiya dərsliyimiz hələlik tapılmayıb. Bəlkə də bu dərslik kimlərinsə köhnə evinin banında və ya zirzəmisində öz tədqiqatçısını gözləyir.
Deməli, bu faktı hələ yoxlamaq, dərslikdə materialların necə yerləşdirilməsindən hələ də danışmaq olmur.Hər halda”Ziya” qəzetinin ikinci sənəsinə – 1879-su ilə aid dördüncü nömrəsindəki yazı bir çox mətləblərdən xəbər verir.
Mən bu qeydləri yazılarımda dəfələrlə xatırlatsam da, nədənsə coğrafiyaşünaslarımız bu məsələyə etinasızlıq nümayış etdirmişlər.
Maraqlıdır, Əsgər ağa Goraninin Tiflisdə ŞamaxılıSəid Ünsizadənin “Ziya” mətbəəsində çap etdirdiyi bu kitab, görəsən, hansı dildən və ya dillərdən tərcümə olunmuşdur? Bu dərsliyin tərtibində hansı elmi mənbələrdən istifadə olunmuşdur?

Əsgər ağa Adıgözəlovun bu dərsliyini Bakı, Gəncə, Moskva, Sankt-Peterburq,Tiflis və Odessanın arxivlərində, eləcə də şəxsi arxivlərdə axtarıb tapmaq və onu latın qrafikalı əlifba ilə nəşr etmək elmi ictimaiyyətimizi ciddi düşündürməlidir. Bu dərsliyin tapılması böyük əqidə və fikir sahibinin – Əsgər ağa Goraninin elmi və pedaqoji irsinin dərindən öyrənilməsində önəmıi iş olardı.
Məncə,Əsgər ağa Göraninin”Goğrafiya” dərsliyinə Bakı Real Gimnaziyasında təbiət tarixi müəllimi olmuş Həsən bəy Zərdabinin (1842-1907), Azərbaycan dilində coğrafiyaya aid silsiləli coğrafiya dərslikləri hazırlayan Qafur Rəşad Mirzəzadənin (1884- 1943), görkəmli ədəbiyyatşünas alim, Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimiFirudin bəy Köçərlinin (1863-1918) və bir sıra digər ziyalılarımızın arxivlərində rast gələ bilərik.
1923-1926-cı illərdə Bakı Dövlət Universitetində və Azərbaycan Ali Pedaqoji İnstitutunda babalarımıza -sonralar akademiklik mənsəbinə yüksəlmiş Mehdi
Mehdizadəyə, görkəmli uşaq yazıçısı Mikayıl Rzaquluzadəyə, istiqlal şairi Əhməd Cavada və başqalarına pedaqogika və psixologiyadan mühazirələr oxumuş türkiyəli alim, Berlin və Leypsiq universitetlərində təhsil alan tərbiyə doktoru Halil Fikrətin (1892-1974) və dövrün dərslik siyasəti ilə məşğul olan digər milli ruhlu ziyalılarımızın arxivlərində də məzkur (haqqında söz açılan-N.N.) dərsliyin izinə düşə bilərik.
Bəs Əsgər ağa Adıgözəlov kimdir?

Əsgər ağa Haqverdi bəy oğlu Adıgözəlov (Gorani) 1857-ci il may ayının 3-də Goran-Boyəhmədli kəndində anadan olmuşdur. O,məşhur “Qarabağnamə”lərdən birinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir.Əsgər ağa (bəzi mənbələrdə onu Əsgər bəy kimi də tanıdırlar-N.N.) əvvəlcə kənd məktəbində, sonralar isə Bakı Real Gimnaziyasında təhsil almışdır. Bakı Gimnaziyasında təbiət tarixi müəllimi Həsən bəy Zərdabidən dərs alan Əsgər ağa Adıgözəlov gimnaziyanı qızıl medalla bitirəndən sonra MoskvadakıPetrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasının torpaqşünaslıq şöbəsinə daxil olmuşdur. Onun Moskvadan müəllimi Həsən bəy Məlikzadəyə (Zərdabiyə-N.N.) göndərdiyi, Azərbaycan və rus dilində yazdığı məktublar ədəbi dilimizin epistolyar üslubunun ən gözəl nümunələri kimi dəyərləndirilə bilər. Bu məktubların bir çoxu ilk milli qəzetimiz “Əkinçi”nin səhifələrində işıq üzü görmüşdür. Bu mənada Əsgər ağa Gorani AdıgözəlovAzərbaycanın ilk qüdrətli elmi üsluba daha çox meyilli olan jurnalistlərindən biridir.
Əsgər ağa Adıgözəlovun (Goraninin) bəxti onda gətirmişdir ki, onun yaxşı müəllimləri çox olmuşdur. Əlbəttə, onların ən yaxşısı Moskva Universitetinin məzunu Həsən bəy Zərdabi idi.
Əsgər ağa Adıgözəlov Azərbaycan səhnəsinin ilk Hacı Qarasıdır.M.F.Axundzadənin”Hekayəti-mərdi -xəsis” əsərinin ilk tamaşasından 32 il sonra Həsən bəy Zərdabi 1905-ci ildə “Həyat” qəzetində tamaşanın ən yaxşı ifaçısı kimi Əsgər ağanın aktyorluq məharətini çox yüksək qiymətləndirmişdir.
Əsgər ağa Adıgözəlov ixtisasca meşəçi-torpaqşünas idi. O, ixtisasını yaxşı bilirdi.Əsgər ağa hələ tələbə ikən “Əkinçi”də dərc etdirdiyi məqalələrində oxuculara özünü yüksək elmi düşüncəli ziyalı kimi tanıda bilmişdi.
Moskvada ali təhsil alan Əsgər ağa AdıgözəlovVətənə qayıdandan sonra quberniya katibi, mülki müşavir, quberniya hakiminin köməkçisi vəzifələrində işləmişdir.
Ömrünün son beş ilini Yelizavetpol (Gəncə) bələdiyyəsinin sədri vəzifəsində tarixdə qalan işlər görmüşdür. Bunlardan biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin təmiri, ikincisi isə şəhərdə öz hesabına qız məktəbi açması idi. Bu maarif ocağının onlarla məzunu Azərbaycan maarifinin inkişafında, ölkədə təhsilin idarə olunmasında səmərəli fəaliyyət göstərmişlər.
Əsgər ağa Adıgözəlov ədəbiyyat bilicisi kimi də ədəbiyyat tariximizdə özünəməxsus yer tutur. Onun “Qocalıqda yorğalıq” pyesi – vodevili ilk dəfə “Kəşkül” qəzetində dərc olunmuşdur.

“Qocalıqda yorğalıq” vodevili 1892-ci ildə Cəlal Ünsizadənin “Kəşkül” mətbəəsində ayrıca kitab şəklində çap olunaraq, oxucuların mütaliə dairəsinə ünvanlanmışdır.
Yeri gəlmişkən, qeyd edək ki, Əsgər ağa Adıgözəlovun rus və Avropa ədəbiyyatından etdiyi tərcümələrə və təbdillərə həvəslə yaşıl işıq yandırması ədəbi əlaqələr tariximizim maraqlı səhifələri kimi diqqəti cəlb edir. Əsgər ağa Goraninin görkəmli rus şairi M.Y.Lermontovun”Vozduşnıy korabl» şeirinin ezop manerası ilə etdiyi tərcüməsı hələ də geniş və hərtərəfli tədqiqata cəlb edilməyib. Bu tərcümənin incələmə və yozumu ədəbi əlaqələrimizin maraqlı məqamlarını ortalığa çıxara bilər.
…Yenə də Əsgər ağa Adıgözəlova yaşıl işıq yandıran “Kəşkül”ə qayıdırıq.

“Kəşkül” mətbu fəaliyyətinə 1883-cü il yanvarın 31-də jurnal formasında başlamışdır.
1884-cü ilin martından qəzet formasında çıxan”Kəşkül”1891-ci ilin oktyabr ayında öz nəşrini dayandırmışdır. “Kəşkül”əvvəllər “Ziya” mətbəəsində çıxmışdır. Bir müddətdən sonra Cəlal Ünsizadə öz şəxsi mətbəəsini yaratmış, ona mətbuat işlərində böyüklük edən böyük qardaşı Səid Ünsizadədən ayrıca fəaliyyət göstərmişdir. Əslində Ünsizadə qardaşları öz mətbu fəaliyyətlərini daha geniş şəkildə həyata keçirmək üçün hökumət nəzərində belə-müstəqil görünməyi gərəkli bilmişlər.
“Kəşkül”qəzeti bağlanandan sonra Cəlal Ünsizadə Tiflisdə öz mətbəəsində naşirlik, şəhər məktəblərinin birində isə müəllimlik fəaliyyətiilə məşğul olmuş, sonralar İstanbula – böyük qardaşı Səid Ünsizadənin yaşadığı şəhərə köçmüşdür.
Əsgər ağa Adıgözəlovun”Ziya” qəzetində imzalı heç bir yazısına rast gəlinmir. “Ziya” qəzetində Əsgər ağa Goraninin “Coğrafiya” kitabı haqqında məlumat verilməsi göstərir ki, onun Ünsizadə qardaşları ilə – həm “Ziya”nın naşiri və redaktoru Səid Ünsizadə ilə,həm də”Kəşkül”ün redaktoru Cəlal Ünsizadə ilə işgüzar münasibətləri,əqidə və məslək birliyi olmuşdur.
“Ulus” qəzetinin verdiyi xəbərə görə, Əsgər ağa Adıgözəlov 1933-cü ildə Ankarada vəfat etmişsir.Onun Türkiyədə keçirdiyi 40 illik mühacir həyatı haqqında Samet Ağaoğlunun “Babamın (Əhməd Ağaoğlunun-N.N.) arkadaşları” kitabında geniş məlumat verilmişdir.
Əsgər ağa Goraninin həyat və yaradıcılığınınhərtərəfli öyrənilməsi ictimai fikir tariximizin hələ də qaranlıq qalan bir bir sıra məqamlarını işıqlandıra bilər. Bu məqsədlə AMEA-nın müvafiq institutlarının xətti ilə hərtərəfli ciddi elmi araşdırmalar aparılması çox gərəkli görünür.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Pin It on Pinterest