GenelGüncelTürk Dünyası

Hələ Füzulimiz İraqda qalıb və yaxud İraqda yol cəkdilər, Füzuli yerdə qaldı.

Türk dünyasının ortaq şairi Füzuliyə məzar abidəsi məsələsi 1960-1970-ci illərdən gündəmə gəlmişdir.

Bu layihənin Türkiyə tərəfindən həyata keçirilməsi, eyni zamanda, iki qonşu ölkənin dostluq ilişkilərini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bu düşüncələrlə İraq Türkman millət vəkilləri Füzulinin şanına yaraşan qəbirüstü abidənin (mavzoley) yapılması barədə Bağdaddakı səlahiyyətli şəxslərlə danışıq aparmışlar. Layihənin həyata keçirilməsini onlar da istəmişlər. Beləliklə, qərar qəbul edilmişdir ki, Füzulinin qəbirüstü abidəsinin proyektini Fatih Sultan Mehmet Vakif Universitetinin Memarlıq və Layihə fakültəsi hazırlasın.

Qərara alındı ki, qəbirüstü abidə Kərbəla şəhərinin mərkəzində sıxlıq olan yerdə deyil, açıq və asanlıqla ziyarəti mümkün olan bir yerdə tikilsin. Səkkiz yüz metrlik bir sahədə ucaldılacaq abidə üç ana bölümdən ibarət nəzərdə tutulub”….

Kiçik bir hissəsindən istifadə etdiyimiz yazının  müəllifiəd əbiyyatmızınfədakar təəssübkeşi profesor Qəzənfər Paşayevdir.



Başımız qarışıb adi işlərə,
Babamız bizlərdən iraqda qalıb.
Uzağı lap yaxşı görür gözümüz,
Bəs niyə Füzuli uzaqda qalıb?

Torbadan torbaya yığıb sümüyün,
Oyun çıxarlar lap löyün-löyün.
Daha adımızı bərkdən çəkməyin
Hapımız, gopumuz qıraqda qalıb.

Bu da təzə çıxdı… Simvolik məzar…
Belə bir məzara o, necə sığar?
Bizdən yer də bezar, göylər də bezar,
Niyə bu həngamə maraqda qalıb?

Gecə də, gündüz də odlara yandı,
Elə- yad daş olan yadlara yandı.
Nə bir ruhdan düşdü, nə də usandı,
Yaxşı söz arayıb, soraqda qalıb.
 
Möhtəşm!…Möhtəşəm!..Dedik adına
Qızındıq sözünün yanar oduna…
Qalıb ortalıqda…
Nə deyək buna,
Sözümüz ,deyəsən, varaqda qalıb…

Bacanı qoyurlar tüstüdən ötrü,
Papaq da,deyəsən…  istidən ötrü…
Füzulluq etməyək, incidən ötrü-
Hələ Füzulimiz İraqda qalıb.

***

Füzuli Iraqda  hə haqla qalıb?.

Sınaq dövrüdürmü, sınaqda qalıb?

Qəbrin dəyişirlər eldən belə,

Günah işlədirlər günahda qalıb….

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov.
29-30.12.2018.

Pin It on Pinterest