Genel

Həkim-yazıçının Ağ libaslı mələk”kitabı təqdim edildi


          Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Həkim- yazıçı Məlahət Hümmətqızının “Ağ libaslı mələk” adlı kitabı çapdan çıxıb. “Elm və təhsil ” nəşriyyatında işıq üzü görən kitabda  müəlllifin son illər qələmə  aldığı ” Biz birlikdə güclüyük”, “Sevgi hekayəsi”, “Həyat eşqi”, ” Sarımsaq”, “Ağ libaslı mələk”, ” Ana ürəyi”, ” Ümid işığı” və digər maraqlı  hekayələri yer alıb. 

          Məlahət Hümmətqızı  2020- ci ilin aprel ayından TƏBİB- in çağırışına səs verib  müxtəlif  modul xəstəxanalarında – Tədtis Cərrahiyyə Klinikası, Abşeron modul, Bilgəh modul, Məhəmmədli modulda  könüllü olaraq koronpvirus xəstələrini müalicə edib. Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə TƏBİB tərəfindən Təşəkkürnamə alıb. Pandemiya dövründə çalışdığı xəstəxanalarda  yaşadıqlarını, gördüklərini ürək yanğısı ilə qələmə alıb. Beləcə “Ağ libaslı mələk” kitabı yaranıb.

        Bu günlərdə Azərbaucan Yazıçılar Birliyinin “Natəvan” kKlubunda  kitabın təqdimatı keçirildi. AYB katibi Rəşad Məcid, Millət vəkili Qənirə Paşayeva və yazıçının qələm dostları və oxucuları rədbirdə   iştirak etdi.

Məlahət Hümmətqızı
Məlahət Hümmətqızı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest