GenelGüncel

Hərə öz yerini yaxşı biləndə…

İlim var, ayım var  əsrə bərabər,

Heç nəyə  bərabər günlərim də var…

Şirin xatirələr, şirin duyğular

Ömrün hər anında, günlərində var.

***

Mənim təriflərə ehtiyacım yox, 
Təki ürəyimdən gəlsin  avazım.
Yolun əyrisi də, düzü də  olur,
Mənim nə haqqım var, yolumu azım?

***
Bilirəm, nadanlar- adam deyillər, 
Niyə hələ qalıb belə veyillər?…
Adamın alçağı alçaqlıq deyil,
Gərək pislənilsin alçaq meyillər…
***
DÜNYA gəlir gedir, Süleyman yoxdur.
Adam var, zatında din, iman yoxdur.
Bu günün işini vaxtında gör ki,
Vallah, sabaha da heç güman yoxdur.
***
Salam ver, salam al, salamat ol ki,
Yaşasın həyatda tərəzi, ölçü.
Dünənki bildirçin qartal olanda
Öl ki, ölsün, getsin  elə dünənki.
***
Sözü  düz deyirəm, söz oynatmıram,
Ocağın içində köz oynatmıram.
Gedirəm, gəlirəm, yöz yoou ilə,
Nüktəgirlik edib  göz oynatmıram.
***
Yadıma düşəndə qırx ilin sözü,
Hələ axtarıram doğrunu,  düzü.
Sabaha ümidin itməsin deyə
Gərək ümid olsun ümidin özü.
***
Ömür gəlir keçir, heç nə soruşmur,
Elə illər var ki,  ilə qovuşmur.
Bəzən dediyin söz tarixə düşür,
Söz var ki, o sözə  bir quruş düçmür.
***
Yaşa, yaşamağın günah deyilsə,
Yaşamaq yanmaqdır…yanmaq!…Nə isə….

Dünya beş-on   günə  düzələ bilər,

 Hərə  öz yerini tanıya bilsə.

Nazim Nəsrəddinov.
28.10.2019

Pin It on Pinterest