Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulub
Bakı.İlhamə İsabalayeva -Trend:
Ermənilər istər əsrin əvvəllərində, istər Qarabağ müharibəsində, istərsə də bu gün mülki əhaliyə qarşı terror siyasətini regional güclərin dəstəyi ilə davam etdirilər.
Bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhə boyu əraziləri ağır silahlardan atəşə tutur, mülki əhaliyə, məktəb binalarına, xəstəxanalara, təcili tibbi maşınlara, evlərə, ticarət obyektlərinə, yerli və xarici KİV-ə və s. qarşı müxtəlif cinayətlər törətməyə davam etdirlər:
“Hətta bu gün Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulub. Mülki obyektlərə ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar da var”.
S.Talıblı qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasətini davam etdirməklə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşüünülmüş şəkildə pozur:”Azərbaycan tərəfi öz torpaqlarlarında haqlı və beynəlxalq hüquqa söykənən mübarizəsini davam etdirir, 30 ilə yaxındır işğal olunmuş Azərbaycan torpaqlarında anti-terror əməliyyatı həyata keçirir. Birinci Qarabağ müharibəsində Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarix abidələrimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsininın tələblərinə zidd hərəkətlər ediblər. Onlar bu gün də bu siyasəti yürüdürlər.
27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 10:00-a kimi Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22, yaralanmış şəxslərin sayı 74, ziyan dəymiş mülki obyektlərin sayı 49, yaşayış evlərinin sayı 248 olub.
Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin yanındadır və onu tam dəstəkləyir. Bu gün hər bir Azərbaycan vətəndaşı bir Azərbaycan əsgəridir, hər birimiz var gücümüzlə qan yazılan tarixmizi qorumalı və ona canımıza bahasına sahib çıxmalıyıq. Bu gün Türkiyə, Pakistan,KKTC, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də bir sıra beynəxalq və regional təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstətləyirlər. Bəzi dövlətlər də bilməlidirlər ki, bu gün Azərbaycan xalqı bu beynəlxalq hüquqa söykənən və haqlı mövqeyimizdə bizə qarşı olanları da heç bir zaman unutmayacaq. Azərbaycan xalqı şanlı və qədim tarixi olan, qanla tarix yazan Azərbaycan ordusuna inanır və onu dəstəkləyir. Prezidentin dediyi kimi, Qarabağ Azərbaycandır, Qələbə bizimlədir. Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu olmayıb və olmayacaqdır. Çünki bizim davamız haqq, torpaq, Vətən davasıdr”.
Sübhan Talıblı