GenelGüncelKültür Sanat

Gürcüfobiya Ermənistanda hansı şəkildə təlqin olunur?

Salam dostlar. Yeni bir elmi məqalə yazmışam. Aktual mövzudu. Dərc etməyinizi məsləhət görürəm. Diqqətinizə görə minnətdaram. 

Hörmətlə,

Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

Gürcüfobiya Ermənistanda hansı şəkildə təlqin olunur
Gürcüfobiya Ermənistanda hansı şəkildə təlqin olunur

Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

[email protected]

012 5020148; 055 9016455

Gürcüfobiya Ermənistanda hansı şəkildə təlqin olunur?

Ermənistanın KİV-lərində gürcü xalqına qarşı antigürcü xarakterli fəaliyyətlər öz əksini tapır. Ermənistanın “Noyan Tapan” telekanalında guya bütövlükdə Gürcüstanın öz mövcudluğunu Ermənistana borclu olmasına dair absurd fikirlər səsləndirilmişdir. Rusiyadakı erməni icmasının nümayəndəsi, “politoloq” Mariam Ovsepyan, Gürcüstanın Samtsxe-Cavaxeti rayonunu “Cavaxk”kimi qələmə verərək, guya həmin rayonun istənilən vaxt Gürcüstandan ayrılmağa hazır olduğunu bildirmişdir [1]. Göründüyü kimi, Ermənistanda gürcülərə məqsədyönlü şəkildə nifrət aşılanır, yerli əhaliyə gürcüfobiya təlqin olunur. Xatırlatmaq istəyirik ki, “erməni politoloqu” Razdan Madoyanın “Cavaxk”ın Gürcüstana guya ədalətsizcəsinə verilməsinə dair yalanı Ermənistanın düşünülmüş təxribatı idi [2]. Məşhur gürcü politoloqu, qafqazşünas Mamuka Areşidze oxu.az informasiya agentliyinə verdiyi müsahibəsi zamanı təxribat xarakterli erməni bəyanatları ilə insanların diqqətinin cəlb olunmasına çalışıldığını qeyd etmişdir. M.Areşidzenin qənaətinə görə, belə bir addım atmaqla həmin şəxslər öz etnosuna, “milli ideyasına qayğı göstərən” xadimlərin “siyasi imici”ni yaratmağa çalışırlar. Gürcü politoloqu M.Areşidze sözlərinə əlavə edərək, sözügedən şəxslərin kiminsə tapşırığını yerinə yetirmə ehtimalının olmasını da bildirmişdir [1].

Gürcü politoloqu M.Areşidzenin fikrinə görə, Qarabağda baş verən bütün hadisələrdən sonra Ermənistan özünü tənha hiss edir. Politoloqun sözlərinə görə, Ermənistanın cəmiyyətindəRusiyaya qarşı inam da ciddi şəkildə pozulmuşdur.Gürcü politoloqunun qənaətindən də göründüyü kimi Ermənistanın vəziyyəti əslində ağırdır [1].Hesab edirik ki, Ermənistanın düşdüyü ağır vəziyyətindən yeganə çıxış yolu – regionun qonşu dövlətlərinə qarşı yeritdiyi işğalçılıq siyasətinə son qoymasıdır. Qonşu dövlətlərlə normal əməkdaşlıq münasibətlərinin qurulması üçün Ermənistan ilk növbədə qonşu dövlətlərin, Azərbaycanın təbii sərvətlərini mənimsəmə siyasətinə son qoymalıdır. Cənubi Qafqaz dövlətlərinin, bütövlükdə regionun təhlükəsizliyi naminəErmənistan öz təxribat xarakterli fəaliyyətlərindən çəkinməlidir. Ermənistan isə qonşu dövlətlər ilə yola getmir, gürcülərə və azərbaycanlılara qarşı hər səfərində məqsədyönlü şəkildənifrət aşılamağa davam edir.

      Erməni “yazıçıları”nın dərc etdikləri təxribat xarakterli əsərlərində ictimaiyyətə gürcüfobiyanı yaymağa çalışmışlar. Misal olaraq onu qeyd etmək yerinə düşər ki, erməni “yazıçısı” Roland Baqratuninin saxtakarlıqla qələmə aldığı yazılarda gürcülərə qarşı nifrət müşahidə olunur. R.Baqratuninin xəstə təxəyyülü ilə qələmə aldığı məqalələri Ermənistanın informasiya agentliklərindəməqsədyönlü şəkildə dərc olunmuşdur. Ermənistanın “Armenia Today” informasiya agentliyindəR.Baqratuninin məqaləsi erməni millətçilərinə “məzmunlu məqalə”kimi təqdim olunmuşdur [3].Halbuki R.Baqratunininhəmin “məzmunlu məqalə”si erməni ideoloqlarının əsl üzünü ortaya çıxarır, erməni millətçilərinin qonşu xalqlara qarşı kin-küdurətini, nifrətini, böhtanlarını nümayiş etdirir. Ermənistan real tarixi saxtalaşdıran bir dövlətdir. Qeyd etmək lazımdır ki, Ermənistan öz arxivlərini tədqiqatçılardan məqsədyönlü şəkildə gizlətməyə çalışır. Məşhur gürcü tədqiqatçısı Quram Marxuliya 1998-ci ildəErmənistanın mərkəzi dövlət tarix arxivinə getdiyini, lakin ora daxil olmasına maneə olmalarını qeyd etmişdir [3].Həmin vaxt arxivin rəhbəri S.Mirzoyanın Q.Marxuliyanı mədəni surətdə qarşılamasına baxmayaraq arxivdə işləyən Sonya adlı başqa bir erməni Q.Marxuliyanın Ermənistanın arxiv materiallarına baxmasına heç cür razılıq verməmişdir. Lakin yaranan çətinliklərdən sonra Q.Marxuliya Ermənistanın arxiv materiallarını əldə etməyə nail olmuşdur. Göründüyü kimi erməni millətçiləri əslində heç də gürcülərlə göründükləri qədər səmimi, mədəni, dostcanlı deyillər. Erməni millətçiləri birmənalı olaraq Ermənistanın maraqlarına xidmət edirlər.Ermənistanın məkrli niyyəti erməni “tarixçisi” Roland Baqratuninin dilindən açıq-aşkar etiraf olunmuşdur. “Onların sayəsində erməni-gürcü millətlərarası və hərbi münaqişəsi qızışdırılacaq”, – deyəR.Baqratuni qeyd etmişdi[3].Bu növ təxribatların həyata keçirilməsində isə Ermənistanın məqsədi – vaxtilə Qarabağa tətbiq etmək istədiyi uğursuz “Artsax” ssenarisini Gürcüstanın Samtsxe-Cavaxeti rayonuna tətbiq etmək və onu “Cavaxk” kimi qələmə verməkdir.

      Ermənistanda gürcüfobiya ilə yanaşı azərifobiya da mövcud olmuşdur. Xatırlatmaq lazımdır ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayınıniştirakı ilə dinc azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdilər. Həmin soyqırım zamanı 613 nəfər, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 106 qadın,70 qoca vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə isə tamamilə məhv olundu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra onun sayəsində Xocalı faciəsinin bütün həqiqətləri dünya çatdırıldı. 1994-cü ilin martın 1-də ümumilli lider Heydər Əliyev xüsusi fərman verdi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan edildi və bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırıldı. Bosniya və Herseqovina, Kolumbiya, Çexiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiya, o cümlədən Amerika Birləşmiş Ştatlarının on doqquz ştatı Xocalı soyqırımını tanıyan müvafiq aktları qəbul etdilər [4].

      Xatırlatmaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə “Xocalıya ədalət!” kampaniyası həyata keçirilmişdir. Həmin kampaniyanın uğurlu fəaliyyətinin nəticəsi olaraq 1992-ci ilin fevralında baş verən Xocalı faciəsinə dair həqiqətlər dünyaya çatdırılmışdır. Ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı olaraq Azərbaycan xalqına müraciətində demişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır” [5].

Qeyd etmək lazımdır ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın və güclü Azərbaycan Ordusunun sayəsində 44-günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ağır məğlubiyyətə uğradı. Azərbaycanın torpaqları, Qarabağın mədəniyyət beşiyi olan Şuşa işğaldan azad olundu. Bir tərəfdən ağır məğlubiyyətdən sarsılan, digər bir tərəfdən isə “böyük Ermənistan” xəstəliyindən sağalaraq doğru-düzgün ayağa qalxmağı bacarmayan Ermənistan Azərbaycanın və Gürcüstanın təbii sərvətlərini müxtəlif təxribatlar yolu iləmənimsəməyə, erməniləşdirməyə çalışır. Lakin Qarabağın əzəldən bəri Azərbaycana, Lori və Samtsxe-Cavaxeti ərazilərinin isə Gürcüstana aid olması artıq dünya ictimaiyyətinə gün kim aydındır. Bu isə o deməkdir ki, həmin ərazilərin təbii sərvətləri də heç vaxt Ermənistana məxsus olmamışdır.  

Qeyd etmək lazımdır ki, bu yaxında, 2023-cü ilin fevralın 18-də Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanayenidən diplomatiya anlayışının və mədəniyyətinin nə olduğunu başa saldı. Azərbaycan 1992-ci ildən 2020-ci ilə qədər Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydi, bu proses Ermənistanın ucbatından 28 il də uzanacaqdı. Hər kəsə çox yaxşı məlumdur ki, Ermənistan hər zaman Azərbaycanla sülh danışıqlarından boyun qaçıran bir dövlət olmuşdur. Ermənistanda bu gün hər hansı tolerantlıq modelindən də söhbət gedə bilməz. Çünki Ermənistan Azərbaycana məxsus olan məscidləri darmadağın edən dövlətdir. Belə bir namərdlik yalnız Ermənistana məxsusdur. Bu baxımdan Ermənistandakı fərarilərin sayının 11 min olması datəsadüfi bir rəqəm deyildir. Bu fakt Ermənistan ordusunun daxilindəki acınacaqlı vəziyyəti, motivasiya çatışmamazlığının olmasınıbir daha göstərir. Ali Baş Komandan, Prezident İlham ƏliyevMünxen Təhlükəsizlik Konfransında bu barədə qeyd etmişdir: “Biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi” [6].

İstifadə olunmuş mənbələr:

  1. Мамука Арешидзе: Армения себя ощущает в одиночестве – ИНТЕРВЬЮ ИЗ ГРУЗИИ /20.12.2021/ https://media.az/politics/1067841212/mamuka-areshidze-armeniya-sebya-oschuschaet-v-odinochestve-intervyu-iz-gruzii/
  2. K.Salayev. Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur /18.01.2023/ https://kiriminsesigazetesi.com/erm%C9%99nistanda-gurcufobiya-hansi-m%C9%99qs%C9%99dl%C9%99r-ucun-istifad%C9%99-olunur/?fbclid=IwAR15leJ6zoYZFVg9uJVTB-mYOOf6Vpy_oTELeb_1DIset2GW9qQ3ud3M_Bs
  3. Г.Мархулия. Армянские угрозы Грузии /04.12.2009/ https://www.apsny.ge/analytics/1259961162.php
  4. 26 февраля день памяти Ходжалинской трагедии /26.02.2018/ https://www.apsny.ge/2018/pol/1519663488.php
  5. K.Salayev. Ermənistanın bəşər cəmiyyətinə qarşı törətdiyi ağır cinayət: Xocalı soyqırımı /27.02.2022/ https://www.faktinfo.az/news/ermenistanin-beser-cemiyyetine-qarsi-toretdiyi-agir-cinayet-xocali-soyqirimi?fbclid=IwAR1crSA26h-izjR3Z29ZYGHhY7QPFZB4LcG2ZeUTvEyKfzUczj6n_weWmkQ
  6. İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib – VİDEO /19.02.2023/ https://report.az/xarici-siyaset/prezident-ilham-eliyev-munxen-tehlukesizlik-konfransi-cercivesinde-plenar-iclasda-istirak-edir/

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest