GenelGüncelKültür Sanat

Günel Xəlilova: “Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar…”

Azerbaycandan istedadlı genç kızımız Günel hanım Halilovanın Vatan savaşı Şehitlerinin aziz ruhuna yazdığı şiir.

Günel Xəlilova: “Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar…”

Şəhid demir anamın atamın canı…
Şəhid ölümə gedəndə
And içir bütün ölkə qarşısında
Vətən mənim ailəmdir…
İgid oğul mərd ürəkli
Şəhid deyir vətəncanı
Anan deyir yandı canım
Ağlayır ki balam, Canım.
Anan ürəyini dağlayır ki,
Gülləsinə tuş gəlmisən pis yağının
Torpaq altda keçməməliydi axı
Balam gözəl cavan çağın
Gör kimlərçün can vermisən
Pis əməlli, düz əməlli həm pisi var həm yaxşısı
Sən onları tanımırsan
Amma sən olmusan indi
Ölkənin ən dəyərlisi…
Şəhidlər ölməzdir, özün bilirsən…
Sən ölməmisən ki, adın yaşayır
Şəkillərin asılıb diyar-diyar
Sədan hər yanı bürüyüb sənin
Dillərdə şöhrətin şanın yaşayır.
Şəhid nəşi çürümür ki,
Çünki qəbr əzabı yoxdu
Şəhid qəbirdə də yaşayır Erməni meyidini qəbirdə.
İlan qarışqa daşıyır.
Şəhid olan məsum olar
Vətən uğrunda can qoyar
Allaha çatmaq istəyib
Cənnət yolunu gedəndə
Məcbur yardan ayrı qalar.
Sən öləndə yarın neylər
Saçın yolub fəryad eylər
Aman Tanrım, məhv oldum!
Sil göz yaşlarını talehsiz bacım…
Sən də ölkəyə fəxr oldun…
Bu diyarı tərk etməmisən…
Burdan cənnətə köçmüsən…
Qurandan da sübutdur
Şəhidlər ölməz, Rəbbə qayıdar….
Şəhid ömrü sonsuz olar…
Sitat…
Məmməd Araz deyər: Vətən mənə oğul desə nə dərdim? Mamır olub qaydasında bitərdim…
Mən deyirəm: Şəhid qardaşınam desən nə dərdim, bir gül olub qəbrin üstə bitərdim…

Günel Xəlilova
Azərbaycan, Bakı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest