Güllünün hekayəsi – Tamara Sadıq
Güllünün hekayəsi.
( Hekayə.
Olmuş əhvalat .)
(1 -ci hissə .)
Nənəm eyvanda sökülmüş paltarların sökuk və cırılmış yerlərini tikirdi.Məni yanına çağırıb dedi :
-Nəzrin gəl iynəmi sapla .Nənəm iynə -sapı mənə uzadıb gileyləndi :
-Gözlərim yamanca zəifləyib.Gərək həkimə müraciət edim .İynəni saplayıb nənəmə verdim .Nənəmin doxsan yaşı olsa da gözlüksüz işləyirdi .Amma, gözlərinin zəifləməsindən gileylənirdi.Nənəmdən ayrılıb kitablarımı səliqəyə salmışdım ki, nənəmin yanıqlı zümzüməsi məni heyrətləndirdi. Cəld nənəmə yaxınlaşıb yanında oturdum .Nənəm ağıllı -başlı oxuyurdu.
Alışdı yandı Güllü ,
Biir gözəl candı Güllü,
Yetimi yalqız qoyub ,
Candan usandı Güllü .
Gözlərimi nənəmin yumru ,qırmızı yanaqlarından , çuxura düşmüş qara gözlərindən ayıra bilmirdim .Birdən nənəmi qucaqladım .Onun üz -gözünü öpməyə başladım .
-Nənə nə gözəl səsin var ?
Nənəm diqqətlə üzümə baxdı.
-Hə qızım , səsim gözəldi , amma mahnım qəmlidi.Həyatda hər şeyin sonu vardır .Sevginin , dostluğun , məhəbbətin.Amma yaşadıgımız , gözəl günlərin ,yaddaşda qalan acı-şirin xatirələrin sonu yoxdur .Xatirələr həmişə bizimlə yaşıyır.
Nənəm danışdıqca gözləri yaşla dolurdu .Mən də çox kədərlənmişdim .
Ehtiyatla nənəmdən soruşdum:
-Nənə niyə belə bulud kimi dolmusan ?
Nənəm aramla ah cəkib dedi :
Həmişə Güllünu xatırladıgımda ağlamaq , Güllünü oxşamaq istiyirəm,
qızım . Güllünün çox qəmli bir hekayəsi var. Bu hekayənin iştirakcılarından biri mənəm.Mən heyrətlə :
-Nənə hekayəni mənə danışarsanmı?
-Əlbətdə qızım , danışaram .Nənəm iynəsini ,sapını kənara qoydu .Nənəmin yanında oturdum .Nənəm asta -asta ” Güllünün hekayəsi ” ni danışmağa başladı .
-Orta məktəbi bitirib sənədlərimi Tibb Universitetinə verdim. Tələbə adını qazandım . İkinci dünya
müharibəsindən sonrakı dövr çətin bir dövr idi .Hamı birləşib kənddə kolxozda işləyirdi. Mənim orta məktəbdə oxuduğum qızlardan ikisi anaları ilə birgə kolxozda pamdıq tarlasında işləyirdilər .Biri Güllü , digəri isə Ceyran idi .Hər il yayı səfalı kəndimizdə, valideynlərimlə keçirərdim .Elə həmin ildə də tətilə gəlmişdim .Tələbə yoldaşım Baharı da qonaq gətirmişdim .Bahar orta təhsilini uşaq evində almışdı .Atası müharıbədən qayıtmamışdı .Anası da dünyasını dəyişmişdi . Əmisi müharıbədən əlil qayıtmış , Baharı uşaq evinə vermişdi.Yayı yataqxanada tək qalmasın deyə ,onu evimizə qonaq gətirmişdim .Bu il sentyabrda dördüncü kursa qədəm qoyacaqdıq.Gələndən kəndimizin qızları bizi tək qoymurdular .Tələbə həyatının gözəlliyindən ,yoldaşlarımızdan ağız dolusu danışırdıq .Qızlar bizə heyranlıqla qulaq asır ,suallar verirdilər.Qonşu qızları bizimlə xöşbəxt günlər keçirirdilər. Bu qızların arasında Güllü də var idi .Güllü həmişə qəmli ,dalğın olurdu .Bir dəfə qızlar gedəndə Güllünü saxladım.Güllü xəfif-xəfif gülümsədi və yerində əyləşdi .Anam yemək hazırlıyirdı .Mən , Bahar və Güllü sakitcə oturmuşduq .Amma baxışlarımı Güllüdən ayıra bilmirdim .Bahar hərdən üzümə baxıb baxışları ilə Güllünü göstərirdi .Güllünün özündən xəbəri yox idi .Hətda iki dəfə çağırdım da.Güllünün baxışları bir nöqtəyə dikilmişdi .Əlimi uzadıb çiynindən yapışdım .Üzümə baxdı .Ala gözlərindən axan iri göz yaşları sinəsinə ,ətəyinə damcıldayırdı.Özümü saxlaya blımədim.Mənim də gözlərim doldu .Bahar dilləndi : -Kimin yasıdı belə ? Deyin biz də bilək .Mən qəmli baxışlarla Güllünü süzdüm.Güllü məni anladı və dedi : -Qızlar ,əzizlərim , mən xəstəyəm .Bahar təəccüblə soruşdu :
-Haran ağrıyır ? Göstərsənə. Qulluğunuzda iki həkim dayanıb .Güllü gülümsədi :
-Mənim dərdim sağalmaz dərddir , dedi.-Hə qızım , diqqətlə Güllünün üzünə baxdım . Gözləri çuxura düşmüşdü .Elə bil ki ,yatmışdım yuxudan ayıldım .Sifəti saralmış , dodaqlarının rəngi qaçmışdı.Güllünü qucaqladım .
-Sənə nə olub Güllüm ? Niyə bu haldasan? Yox , de ki , mən xəstə deyiləm . Həyatının belə coşub ,daşan vaxtında deyirsən ki, xəstəyəm.Sən nəyinsə fikirini eliyirsən .Kimi isə düşünürsən . -Doğrudur Gülşən ,mən sevirəm .Əlim iş tutmur.Anamla pambıq yığımına gedirəm .Hər tərəfdə onun baxışlarını görürəm .
-Çox gözəl .Demək aşiq olmusan .Elədirsə bu bəxtəvər kimdir ?
-Yetimdi . -Adı Yetimdi yoxsa ləqəbi Yetimdi?
-Gülşən onun öz adını bilən yoxdu . Atası müharibəyə gedəndə onun üç yaşı var idi .Hər kəs onu ,,Yetim ” çağırır. Yetimin Atası ikinci dünya müharibəsindən qayıtmamışdı .Anası isə ağır xəstəlikdən dünyasını dəyişmişdi .Yetimi bibisi böyütmüşdü .İndi kolxozda sürücü işləyir .Yaxşı oğlandı.
-O necə ,səni sevirmi? Sözüm ağzımda qaldı .Anam Yemək qazanı əlində içəri girdi .Ocağın gözəl qoxusu yemək qoxusu ilə evə yayılmışdı .Baharla süfrəni hazırladıq .Anam lobya bişirmişdi .Bahar hərkəsin yeməyini payladı .Anam qatıq qazanını gətirdi .Söhbətimizi davam etdirə bilmədik .
Tamara Sadıq.