Gözəl Allahım – Aytəkin Mehmanqızı
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Aytəkin Mehmanqızı Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Şuşadandır. BDU-nun filologiya fakültəsini bitirib. “Qaranlıq gecənin bir sabahı var”, “Seçilmiş şeirləri”, “Müdriklik xəzinəsi” adlı kitabların müəllifidir.
Aytəkin Mehmanqızı
Gözəl Allahım
Əlimdən tutursan yıxılanda mən, Qoymursan heç yerdə heç vaxt əyiləm. Mənim ömür dostum, vəfalı şahım.
Ey böyük, ey uca gözəl Allahım.
****
Hər yerdə köməyim olmusan mənim, Mənim ürək dostum, könül həmdəmim. Səndən istəyirəm nə istəsəm mən, Hörməti, sevgini səndən görmüşəm.
****
Mən necə deməyim “çox şükür” sənə, Baxıb sevinərkən səadətimə?!
Səni dərk etməyən bəşər yerinə, Deyirəm, çox sağ ol hər yerdə sənə.
****
Bu qədər nemətlər yaratmısan sən, Səni dərk etmək də çətindir hərdən. İnsan aciz qalır böyüklüyünə, Baxanda çox şeyin gözəlliyinə…
Qonşular
Dadlı bir xörəyi bişirən zaman,
Qonsunun da payın göndərərdik biz…
****
Hanı o qonşular,hanı o günlər?
Dəyişib zəmanə, dəyişmişik biz…
****
Qonşu qonşusuna paxıllıq edir,
“Niyə onda bu var, məndə yox?” deyir.
****
Dərdinə qalardı qonşu qonşunun,
Halını sorardı hər zaman onun.
****
İndi hər bir evin öz dərdi vardır,
Hər kəsi öz dərdi maraqlandırır.
****
Zəmanə ağırdır deyib insanlar,
Hər gün bir-birindən uzaqlaşırlar.
****
Qələmim hökm etdi nədənsə mənə,
Qonşu haqda yazım, bu gün sizlərə.
****
Qonşum qonşu olsa, deyib atalar,
Kor qızım da belə, bir ailə qurar…
****
Qonşunun rolu da böyükdür yaman,
İnsan taleyində, göstərdi zaman…
****
Olmasın heç kimin paxıl qonşusu,
Yaman çətin olur bunun qorxusu.
****
Atalar çəkmişlər bu haqda misal,
Ev alma, alanda yaxşı qonşu al.
****
Arzumdur Tanrıdan bütün qonşular,
Hər zaman mehriban, şən yaşasınlar.
****
İstərəm yenədə o günlər gələ,
Qonşular məhəllədə şənlənə, gülə…
Qoca dünya
Qoca dünya, nizamın da pozulub,
Zamanının bərəkəti yox artıq…
****
Haqsızlıqdan Tanrı daha yorulub,
Yaxşı nə var vermək istəmir artıq.
****
Hələ dözür,səbr eyləyir Tanrı da,
Yaxşılara bağışlayır məqamı,
****
Çox qorxuram bir gün dözməyə o da,
Uçuraraq dağıda bu dünyanı…
Sultan Süleymanın nəsihəti
Bir gün bir şah var imiş, adı Süleyman imiş. Çağırıb vəzirini, vəsiyyət etdi ona:
****
-Mən öləndə əlimi çıxararsız tabutdan, Həkimlərin çiynində köçəcəyəm dünyadan.
****
Paylayın insanlara qızılları da ordan!
Hikməti anlamayan vəzir soruşdu şahdan:
****
-Nədir bunun mənası, düşünürəm bayaqdan.
Axı anlamadım mən, varislərin var ikən,
****
Həkimlərin çiynində neyçün köçməlisən sən?
Şah düşünüb beləcə, xeyli xəyala getdi,
****
Sanki bir an, bir anlıq bu dünyanı tərk etdi.
Açıqlayıb hikməti, vəzirə belə dedi:
****
-Qoyun görsün insanlar, şah da əliboş getdi! Həkimlər ola-ola, bu dünyanı tərk etdi.
Bahalı incilər
Dənizin üzündə tez ələ keçən,
Tullantılar olar bilirəm ki, mən.
****
Bahalı incilər xəzinələrtək,
Suyun üzərində üzməsin gərək.
****
Qiymətli incilər dərya dibində,
Orda üzə bilməz aciz bir bəndə,
****
Bahalı bir inci istəyərsən sən,
Dəryanın dibinə gərək gedəsən…
“Xanım” deyilirsə
“Xanım” deyilirsə qadın adına,
Gərək layiq olsun qadın da buna…
****
Nə qədər əlçatmaz olsa qadınlar,
O qədər zirvəyə ucalar onlar…
****
Arzumdur Tanrıdan gözəl qadınlar,
Şərəfli insana qismət olsunlar.
****
Əlçatmaz qadınlar qızıla bənzər,
Qızıltək qorunar, ovucda gəzər…
****
Göydə ol, ulduztək parla ki göydə,
Dəyərini bilən çox olsun yerdə.
Parıltın hər kəsdə maraq doğursun,
Özəlliyin sənin elə bu olsun…
****
Sevilməyin yolu budur sadəcə,
Dəyərli olarsan bunu edincə…
Bu gecə yuxumda görmüşəm səni
Bu gecə yuxumda görmüşəm səni,
Gördüm ki,yuxuda bizə gəlirsən…
Əlində gözəl bir çiçək dəstəsi,
Üzü bizə tərəf irəliləyirsən.
****
Gəlib oturmuşdun bizim eyvanda,
Dəniz görsənirdi ordan baxanda…
Elə xoşbəxt idik həmin o anda,
Belə xoşbəxtlik də olar insanda?!
****
Elə bil yox idi heç bir dərdimiz,
Sanki yaxinda idi səadətimiz…
Gələcək haqqinda plan cızırdıq,
Xoşbəxt bir həyata imza atırdıq…
****
O qədər ürəkdən deyib güldük ki,
Dəniz də gülməyə başladı sanki…
Dünyanin xoşbəxti mən idim onda,
Sağ idi yuxuda atam da hətta…
****
Yaman sevinirdi bizə baxanda,
Fərəh hiss edirdi həmin o anda…
O da gözləyirdi gələcək bir gün,
Gələcək onun da gözlədiyi gün.
****
Qızını çox xoşbəxt görəcək o da,
Hüzur tapacaqdır qızı həyatda.
Ayılıb gördüm ki, bu bir yuxudur,
Şirin bir röyadir, xoş bir arzudur…
Hikmət sahibidir Allah
Hikmət sahibidir o gözəl Tanrı,
Uçurmamış göylə quştək ilanı.
****
Zəhəri versə də Tanrı ilana,
Qanad verməmişdir uçmağa ona.
****
Zəhəri göylərdən səpərdi yoxsa,
Qanad çala bilib göylərdə uçsa…
Sayanımın quluyam
Sayanımın quluyam, saymayanın ağası,
Nankorlarla doludur bu dünyanın yarısı.
Səni görməzdən gələn paxıllarçün üzülmə,
Hər kəsə könül açıb, dərdini də söyləmə.
****
Dəyər verən verəcək kiçik ləyaqətinə,
Kürəyini söykəmə zalım mərhəmətinə.
Allahındır onsuz da sənə hər şeyi verən,
Zalımlara axı sən niyə boyun əyəsən.
Əyilmə heç zaman zalımlar qarşısında,
Onda Tanrı da durar, hökmən sənin arxanda.
Dəyəri ver özünə, ürəyinin səsinə,
Çox da qulaq asma gəl, nadanların dərsinə…
****
Arifin qiymətin verə bilməz ki nadan,
Arifsən, nadandan gen durmalısan.
Ariflə danışsan, ariflə gülsən,
Həmin o ariflə yüksələcəksən.
Əzabın çəkisi
Görürəm varlığım səninçün yükdü,
Yoxluğum səninçün böyük bir əzab.
****
Əzabın çəkisi yükdən böyükdü,
Deyəsən qalmisan cahanda bitab.
****
Bilirdim qədrim də hökmən bilinər,
Pislərlə qalanda bir gün baş-başa.
****
Mən zərəm qədrimi zərgərlər bilər,
Özüntək namərdlə səni yüz yaşa!


