Görünür
Görünür
Göyün üzü tutulubdur,
Bədirlənmiş ay görünür.
Günəş, ayla yer dəyişir,
Günlər keçir, ay görünür.
Getdi daha soyuq-sazaq,
Tənbəllikdən durub uzaq,
Mədh edərək şeir yazaq,
Bahar gəlib, yay görünür.
Dərd götürür düşündükcə,
Acılarla süst düşüncə,
Qaranlığa gün düşüncə,
Sirlər açıqca görünür.
Düşündürsün sözlər sizi,
İnsan gedər qalar izi.
İncitməyək özümüzü,
Ölümün üzü görünür.
Düşüncəmiz dəyişməyib,
Bərkə-boşa heç düşməyib,
Sözlər dayaz, çiy, bişməyib,
Qəribə təzad görünür.
Elsevər Hüseynoğlu
Bakı~12/04/2020