GenelGüncel

Gimnaziya tələbələri “Qədim Göyçə-Ulu Ustad” adlı tədbir keçirdi

Tanrı naxışı, söz sərrafı, öz mənəvi dünyası ilə şeir yazanı da, şeir sevəni də sehirləyən böyük ustad Aşıq Ələsgərin sazının, sözünün işığına yığışıblar.

Kanal32.az-ın məlumatına görə,S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Qədim Göyçə-Ulu Ustad” adlı ədəbi -bədii gecə keçirilib.

Böyük Ustad haqqında, onun yardıcılığı barədə verilən məlumatlarla yanaşı şagirdlərin ifasında şeirlər səsləndirilidi, tamaşa göstərilib, rəqslər ifa olunub. Gecədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Azərbaycan Respublikası Aşıqlar Birliyinin üzvü aşıq Tərmeyxan, Qarabağ müharibəsinin canlı şahidi, keçmiş döyüşçü Aidə Şirinova gimnaziyanın rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbirdə iştirak edən qonaqlar maraqlı anlarla yadda qalan Gecənin təşkilinə görə Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Kifayət Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Kanal32.az

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest