GenelGüncel

Gağ əli Qurani-Əzimin üstündə, sol əlində qəzetə .

Bu faktdır. Özü də türk dünyasına şərəf gətirən bir fakt.

Mənə belə gəlir ki, H.Z.Tağıyevin Bakıda ucaldılması nəzərdə tutulan heykəlində Hacının arzusu mütləq nəzərə alınmalıdır.

Hörmətlə,Nazim Nəsrəddinov.

Bakı,

05.05.2021

Dağ boyda adam deyir ki,portretimdə sağ əlim Qurani-Əzimin üstündədir,sol əlimdə tutduğum isə qəzetə”dir.
Bəzi tarixçilər və sənətşünaslar isə deyirlər ki, yox ey, söz bərpaçı rəssam Hacıyev Fərhadın dediyidir.
02.05.2021


Hacı Zeynalabdin Tağıyevn öz boyu böyüklüyündəki portretininin bəzi qaranlıq məqamıarı…

H.Z.Tağıyevin portretində generalın sol əlindəki əlcəkdir, yoxsa qəzet?

Mübahisə hələ də davam edir…
Məşhur portretdə General H.Z.Tağıyevin sol əlindəki əlcək deyil, qəzetdir
Bunu Hacı özü Bakı Qızlar Məktəbindəki çıxışında deyib.(“İşıq “qəzeti,şənbə,19 mart 1911-ci il).
Onda hələ məşhur rus rəssamı İ.Brodski H.Z.Tağıyevdan portret çəkmək təklifini almamışdı. İ.Rrodskinin çəkdiyi portret 1912-ci ilə aiddir. Əlcəkməsələsi bərpaçı rəssam Fərhad Hacıyevin təxəyyülünün məhsuludur. İ.Brodski öz işində ondan əvvəl çəkilmiş və Qızlar Məktəbinin akt zalındaasılmış portretdən istifadə edib. İ.Brodskinin çəkdiyi və yaxud istifadə etdiyi portret uzun illər baxımsız qalmışdır.Portreti rəssam Fərhad Hacıyev bərpa etmişdir.. O, portreti bərpa edərkən əzilmiş və yaxud qopmuş yerdə olanəşyanı mülki generalın forma elementi kimi – ağ əlcək kimi başa düşmüşdür..Səhv də elə buradan qaynaqlanmışdır.
H.Z.Tağıyevin öz portreti haqqında islam tarixi ilə 1329-cu il rəbiüləvvəlayının 20 -də (1911-ci il, martın 18-də(19-da) Bakı Qızlar Məktəbində novruz bayramı münasibətilə onları təbrik edərkən dediyi sözlər:

” Övladlarım! Görürsünüzmü? Bənim sağ əlim dini-islamın rüknü (dayağı,sütunu-N.N.) və mədari-iftixarı olan Qurani-əzimin…üstündədr və sol əlimdə dutduğum isə qəzetədir”.(“İşıq” qəzeti,şənbə,19 mart 1911-ci il,N 9 (səh. 1-2 )

Yeri gəlmişkən qeyd edim ki, mənim bu şəkil haqqında yazımı dostumuz tarix üzrə fəlsəfə doktoruFərhad Cabbarov məsul katibi olduğu “Milli Azərbaycan Tarixi Muzeyi-2011″adlı Elmi Əsərlərdə çap etdirmişdir(səh.195-200)
Yazı belə adlanır :”İşıq” qəzeti H.Z.Tağıyevin bir portreti haqqında”
Mən sonralar da bu məsələyə bir neçə dəfə qayıtmışam.
Bu portret haqqında F.Cabbarovun da , Ziyadxan Əliyevin dəbir neçə elmi məqaləsi var.

Generalın ağ əlcəyi, yoxsa qəzet? Mübahisə davam edir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi,t ürkoloq


P.S və yaxud söz ardı


   Görkəmli sənət ustası Fərhad Hacıyev (1929, Şamaxı  – 1987,Bakı)

– Azərbaycanın ilk bərpaçı-rəssamılarından biridir.. Ə.Əzimzadə adına

Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq

İnstitutunu bitirmişdir.

İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənən məşhur

Novqorod, Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs

Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,Vilnüsdən Çürlyonisin

qrafik əsərlərini, Ermitaj muzeyinin, Tretyakov qalereyasının,

A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını

bərpa və konservasiya etmişdir. 1957 ildə Rüstəm Mustafayev adına

Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpaçı-rəssam kimi işə

başlamışdır. Muzeydə fəaliyyət göstərdiyi çox qısa bir zamanda 100-dən

artıq yağlı boya tablolarının bərpa və konservasiyasını həyata

keçirmişdir. 17-ci əsr holland rəssamlarının, 19-20 -ci əsr Azərbaycanın

məşhur rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab,

M.Abbasov, M.Cavadov və T.Cavadov qardaşları, T.Nərimanbəyov,

T.Salahov, M.Abdullayevin, rus rəssamlarından Tropinin,Korovin,

…Vereşagin, Maşkovun,

xarici rəssamlardan A.de Şarto, J. Düpre, Y.Stık və başqalarının

əsərlərini ustalıqla bərpa etmişdir.

Sənətşünas alimlərin yazdığına görə, 1959-60 illərdə bərpa və

konservasiya əməliyyatlarını icra etdiyi rus rəssamı İ.Brodskinin

fırçasına məxsus olan “Hacı Zeynalabdin Tağıyevin” portreti bərpaçı-

rəssama böyük uğur gətirmişdir.

Əslində F.Hacıyevin bərpa etdiyi bu portretin

İ.Bradski Bakıya sifarişlə şəkil çəkdirməyə dəvət olunandan bir il əvvəl

Bakı QızlarSeminariyasının böyük zalının bəzəyirdi.İ.Brodskinin

1912-ci ildə 2000 manata çədiyi əsərində bu portretin elementlərindən

istifadə etdiyi güman olunur.

Pin It on Pinterest