Ey qart düşmən, yağı düşmən, yerin yoxdur bu dünyada
Bu dünyada yerin yoxdur, yağı düşmən,
O dünya da sənin üçün hayıfdır.
Sənin kimi məxluqların,kəslərin
Bu dünyada yaşamağı ayıbdır.
****
Sökün xəndəkləri,sökün bəndləri,
Bu nədir, ölkələr çəpərli, çöllər çəpərli?
Dünya başdan başa gülüstan olsun,
İşini dəyişsin elin ləşkəri.
***
Döyüş çöllərində bağlar salınsın,
Gələn nəsillərin toyu çalınsın.
Paxıllar,bədxahlar yansın,yaxılsın,
Başlansın dünyanın yeni günləri.
***
Qazsın su arxları səngər qazanlar,
Qursun məclisini aşiq, ozanlar.
Nəğmələr qoşsunlar ağı yazanlar,
Qaynasın qanları coşsun eşqləri.
***
Nəyimə gərəkdir bu tüfəng mənim,
Əgər tükənibsə daha düşmənim…
Təxirə salınan toy-düyünləri
Başlasın qızları,oğlu Bətənin.
***
Döyüş məşqlərini davam etdirək,
Döyüşdə düşmənin bağrı sökülsün..
Mərmilər səpilən tarlada,düzdə
Bağçalar salınsın,taxıl əkilsin…
***
Biri desin dəvələrim böyüsün,
Biri desin nəvələrim böyüsün.
Yol gözləyən adamların gözlər
Qoy səyrisin xoş gün üçün,sülh üçün…
***
Ehey!.. Orda sözlərimə gülənlər,
Silahım var kəlləndəki tük qədər…
Hələ sağsan, qorunsan da bir təhər
Var-yoxuna söyəcəklər nəsillər.
***
Sən ey düşmən,uduzmusan,əy başını
Deyən, sənin yekə başın
çox qaşınır,
Bu dünyada yerin yoxdur,
o dünyaya yük daşınır,
Tez ol yüyür,
çat maşına,
çat maşına…
Diri ikən
öz leşini
at maşına…
at maşına….
Nazim Nəsrəddinov.
Bakı.
27.04.2021