Ermənistan sülh müqaviləsi imzalamağa razı olsa, bu halda nələr baş verə bilər? – Subhan Talıblı
Azərbaycan dövləti və xalqı sülhə, birgəyaşayışa və xalqlar, dövlətlər arasında əməkdaşlığa həmişə sadiq olub. Xüsusilə, tarixən Azərbaycan ərazisində yaşayan bütün dinlərə, xalqlara hörmət edib, həmişə sülh şəraitində yaşayıb. Bunu regional və böyük güclərin əli ilə tarixi torpaqlarımıza köçürülən və yaşayan bədnam ermənilər də sübut edə bilər. Halbuki, hazırda tarixi Azərbaycan torpaqlarında ermənilər yaşamadığı halda, Azərbaycanda ermənilər yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşlərinin birində demişdir ki, “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur”: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu fikir onu deməyə əsas verir ki, erməni rəhbərliyi terror siyasətindən əl çəkməlidir, sülh müqaviləsinə, birgəyaşayışa əməl etməlidir, 44 günlük II Qarabağ müharibəsində Azərbaycan ərazi bütövlüyünü həm beynəlxalq hüquq baxımından, həm də Azərbaycan ordusunun gücü və canı-qanı bahasına, xalqımızın milli ruhu sayəsində əldə etdiyini qəbul etməlidir. Anlamalıdır ki, Azərbaycan xalqı üçün Vətən, Şəhid və torpaq müqəddəsdir, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış atəşkəs haqqında üçtərəfli bəyanat imzalanmışdır. Ermənistan tərəfi dəfələrlə imzalanmış bəyanatın şərtlərini pozmuşdur. Bununla bağlı istədim ki, bəzi məsələlərə dair ətraflı münasibət bildirim”.
Eyni zamanda, Sübhan Talıblı vurğulayıb ki, əvvəla, Ermənistanla imzaladığımız müqavilələrə o heç zaman sadiq olmayıb: “İkincisi, bu məsələdə Ermənistan rəhbərliyi və himayədarları ilə sülh müqaviləsəni imzalamağa gərək razılıq əldə etsin. Üçüncüsü, Ermənistan Azərbaycan Rerspublikasının beynəxalq hüquqda qəbul olunmuş və istər Sovet dövründə, istərsə də 1991-ci ildən sonra işğal etdikləri ərazilərimizi tarixi sahibi olan Azərbaycana qaytarmalıdır. Dördüncüsü, istər Ermənistan rəhbərliyi, istər hökumət qurumları, istər ictimaiyyəti, istərsə də diasporası Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından, regional və beynəxalq güclərin hərtərəfli dəstəyi ilə məkrli siyasətindən əl çəkməlidir. Beşincisi, əgər ermənilər Dağlıq Qarabağda yaşamaq istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqları olan, sovet rəhbərliyinin dəstəyi ilə hazırkı Ermənistan ərazisindən zorla köçürülmüş xalqımız da Ermənistanda yaşamalarına və onların hüquqlarının qorunmasına hərtərəfli şərait yaradılmalı, Azərbaycan Respublikasının qanunlarına tabe olmalıdır, təbii ki, həmin ermənilər azərbaycanlılara qarşı terror, cinayət, hərbi birləşmələrində, qeyri-qanuni işlərlə məşğul olmasınlar. Əgər belə hal varsa, Azərbaycan Respublikasının qanunları əsasında cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Altıncısı, əgər bu baş verərsə, Ermənistan rəhbərliyi regionda xalqlar və dövlətlər arasında sülh, təhlükəsizlik, birgəyaşayış, regionun iqtisadi inkişafına və s. səbəb ola bilər. Halbuki, bunlar da Ermənistana daha sərf edər ki, nəinki tarixən müxtəlif dövlətlərin maraqlarına xidmətdən uzaq olar”.
Ayşən Vəli