Ermənistanın ordumuza qarşı növbəti təxribatı – Kamal Salayev
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin baş mütəxəssisi
012 5020148; 055 9016455
Ermənistanın ordumuza qarşı növbəti təxribatı
Erməni millətçiləri bir qayda olaraq məkrli niyyətlərini həyata keçirmək üçün Azərbaycana qarşı qəsdən müxtəlif təxribatlara əl atmağa davam edirlər. Buna sübut olaraq, hələ 2021-ci ilin dekabrın 19-da avia.pro [1]saytında ermənilərin Azərbaycan Ordusuna qarşı həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli xəbərini misal olaraq göstərmək olar. Həmin xəbərdəguya iki erməni hərbçisi tərəfindənAzərbaycan Ordusunun iki ədəd T-72 tankının məhv olunduğu qeyd olunur. Həmin xəbərdə guya tankların Berdzor istiqamətində hücum etməyə çalışdığı, ermənilərin isə guya əl qumbaralarından istifadə edərək sözügedən tankları məhv etdiyi qeyd olunur. Bundan əlavə ermənilərüstəlik həyasızcasına guya tank ekipajlarının bacarıqsız olduğunu, ordumuzun hazırlıq səviyyəsinin isə guya aşağı səviyyədə olduğunu qeyd etmişlər.
Qeyd etmək lazımdır ki, baş verən təxribatların günahkarı əslində təcavüzkar və faşist Ermənistan dövləti olduğu halda erməni millətçiləri günahı qəsdən azərbaycanlıların üstünə atmağa çalışırlar. Bununla yanaşı, ermənilər İkinci Qarabağ müharibəsi zamanıağır məğlubiyyətə,itkilərə məruz qaldıqlarınıgizlədirlər. Bu baxımdan ermənilər aprel döyüşlərində olduğu kimi, iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə dəciddi itkiyə məruz qaldıqlarınımətbuatdan gizlətməyə çalışırdılar. Ermənistan KİV-ləri guya erməni hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəyerləşənQaraqaya yüksəkliyini ələ keçirtməsi barədə də yalan məlumatlar yaymışdılar. Lakin bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti operativ şəkildə məsələyə münasibət bildirərək həmin məlumatların dezinformasiya olduğunu, həqiqətə uyğun olmadığınıartıq qeyd etmişdi[2].
Azərbaycan Ordusunun hazırlıq səviyyəsi olduqca yüksək səviyyədədir. Ordumuzun böyük hərbi potensiala malik olduğu göz qabağındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi kimin kim olduğunu göstərdi[3].Belə ki, bu gün Azərbaycan Ordusuyenilməz ordu statusuna sahibdir.
Bu gün istər döyüş meydanında, istərsə də informasiya məkanında Ermənistan rüsvayedici məğlubiyyətə uğramış bir ölkədir. Milli dövlətçilik tariximizdə İkinci Qarabağ müharibəsi ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində əsaslı dönüş baş verdi.1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalaraq erməni vandalizminin qurbanı olmuş Şuşa şəhəri 2020-ci ilin noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanışanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu və beləliklə də tarixi ədalət bərpa olundu. Regionda yeni reallıqlar yarandı. 2021-ci ilin yanvarında Şuşaya səfər edən Prezident İlham Əliyev Şuşada həyata keçiriləcək layihələrlə bağlı öz tapşırıqlarını verdi. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. 2021-ci ilin martında Novruz bayramı zamanı Prezident İlham Əliyevin Şuşaya səfər edərək tonqal yandırması böyük zəfərin rəmzi idi. 2022-ci ilin Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən “Şuşa ili”nin elan olunması [4]isə artıq Azərbaycan mədəniyyətinin tarixində yeni bir əlamətdar hadisədir. Ali Baş Komandanın belə bir qərarı xüsusi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bu gün zəngin mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolu böyükdür.Belə ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdəki bütün tarixi memarlıq abidələri layiqincə qorunur.2021-ci ilin yanvarında Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Şuşadakı Qazançı kilsəsinə səfəri, tarixi memarlıq abidələrinə dövlət qayğısını bir daha nümayiş etdirir[5].Azərbaycanda bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Bu baxımdan tarixə nəzər salsaq, hələ 2016-ci ilin Prezident İlham Əliyevin tərəfindən “Multikulturalizm ili”nin elan olunması Azərbaycanda dilindən, dinindən, irqindən, mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün etnik qruplara ehtiram və hörmətlə yanaşıldığından xəbər verir.
Bu gün hərtərəfli bərbad vəziyyətdə olan Ermənistan üçün yeganə çıxış yolu sülhdən və əməkdaşlıqdan keçir. Lakin məlum məsələdir ki, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır. Ermənistanın bu cür rəftarına cavab olaraq isə Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarından birində sülh müqaviləsi təklifinin masa üzərində əbədi qalmayacağını qeyd etmişdir[6].
Ermənistanın regionda sülhün tərəfdarı olmaması, beynəlxalq hüquq normalarına zidd olan təcavüzkar siyasəti açıq-aşkar dünya mediasında da müşahidə olunur, bu baxımdan Ermənistanınözünü guya günahsız və təzyiq altında olan bir ölkə kimidünyaya qələmə vermək cəhdləri isə iflasa uğrayır.
Ədəbiyyat siyahısı:
- Двое армянских военнослужащих уничтожили два азербайджанских танка практически врукопашную /19.12.2021/ https://avia.pro/news/dvoe-armyanskih-voennosluzhashchih-unichtozhili-dva-azerbaydzhanskih-tanka-prakticheski
- Prezident İlham Əliyevin Ermənistan üzərindəki növbəti siyasi-diplomatik qələbəsi /22.07.2020/ https://science.gov.az/az/news/open/13820
- “İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir” -İlham Əliyev /24.12.2021/ https://www.gununsesi.info/44-gunluk-qarabag-muharib%C9%99si-gost%C9%99rdi-kim-kimdir/
- Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı /05.01.2022/ https://president.az/az/articles/view/55197
- Azərbaycan Prezidenti Şuşada “Qazançılar kilsəsi”ndə olub /15.01.2021/ https://report.az/qarabag/azerbaycan-prezidenti-susada-qazancilar-kilsesi-nde-olub/
- Azərbaycan sülh təklifini masa üzərində əbədi saxlamayacaq /02.10.2021/ https://ikisahil.az/post/245158-azerbaycan-sulh-teklifini-masa-uzerinde-ebedi-saxlamayacaq