Ermənistanın mifi və ordusu darmadağın edildi
“Bildiyiniz kimi ki, Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 3 dekabr 2020-ci ildə Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alınaraq hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, tarixə nəzər salsaq, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan ərazilərinə müxtəlif adlar və müxtəlif məqsədlər üçün yerləşdirildikdən sonra, zaman-zaman istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Türkiyə, Qafqaz, Orta Asiya və digər yerlərdə terror, etnik təmizləmə, təcavüzkarlıq, pozuçuluq və s. əməllər törətməsi haqda məlumatlar vardır: “Bütün bunlarda məqsəd böyük güclərin əli ilə regionun yerli əhalisini köçürmək, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirməkdən ibarət olmuşdur. 1988-ci ildən başlayaraq təcüvüzkar Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə irəli sürmüş və ölkəmizə qarşı hərbi təcavüzə başlamış, bununla da Ermənistan və onu dəstəkləyən qüvvələrlə birlikdə torpaqlarımızın 20%-ni işğal etmiş,1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür”.
“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın 27 sentyabr 2020-ci ildə bağladığı əks-hücum əməliyyatı və parlaq qələbəni Ali Baş Konadanın rəhbərliyi, öz qanı-canı bahasına Müzəffər Azərbaycan ordusu və xalqımızın milli birliyi sayəsində nail olduq. Təbii ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etmək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Nizamnaməsinin 51-ci maddəsi, beynəlxaq hüququn prinsipləri, beynəxalq və regional təşkilatları qərarları, eləcə də tarixi ədalət və hüquqi cəhətdən dünya ölkələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyü baxımından, Azərbaycan dövləti və xalqının bir yumruq olmaqla səfərbər olaraq 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Azərbaycan Vətən müharibəsi ilə təcavüzkar Ermənistana və terror birləşmələrinə, Ermənistanı dəstəkləyən regional və beynəlxalq güclərə sübut etdi ki, Azərbaycan Rerspublikası istər diplomatiyada, istərsə də döyüş meydanında layiqincə və peşəkarcasına cavab verdi. Biz azərbaycanlıları bu qələbəyə Şəhidlərimizin qanı, qazilərimizin intiqamı, illərdir Qarabağa və işğal olunmuş torpaqlara qayıtmaq eşqi Azərbaycan xalqını və Ordusunu Vətən müharibəsinə, əks-hücum əməliyyatına başlamasına vadar edirdi”.
Sübhan Talıblı sözlərinə belə davam edib: “Ermənistanın təxribatlarına və dəfələrlə hərbi təcavüzlərinə nəzər saldıqda görürük ki, 2019-cu ildən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozması, Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşması və s. hərəkətlərinə, Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Azərbaycanın 27 sentyabr 2020-ci ildə bağladığı əks-hücum əməliyyatı apardı və haqq etdiyi parlaq qələbəyə nail oldu”.
“Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirməklə Ermənistan mifini və ordusunu darmadağın etdi.
Azərbaycan ordusunun bu qələbəsini, eləcə də xüsusi təyinlılarımızın döyüş qabiliyyəti, Azərbaycan ordusunun müasir silahlardan istifadə etməsini, xarici dövlətlərin hərbi qurumları və hərbi sahədə ixtisaslaşmış tədqiqat mərkəzlərinin də diqqətini cəlb etmişdir. Bu şanlı və haqq etdiyimiz tarixi qələbəmizi dövlətimizin yürütdüyü daxili və xarici siyasəti, hərbi strategiyası, xalqımızın güclü iradəsi, böyük əzmi, milli ruhu, dünyada yaşayan azərbaycanlıların dəstəyi Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdi”.
Ayşən Vəli