GenelGüncelKültür Sanat

Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur ?

Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

[email protected]

Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?

 Erməni millətçiləri Ermənistanda məqsədyönlü şəkildə gürcüfobiyanı yayırlar. Erməni xadimləri vaxtaşırı olaraq mətbuatda, Ermənistanın kanallarında antigürcü, gürcüfobiya ruhlu çıxışlar edərək ictimaiyyətdə gürcü xalqına qarşı nifrət yaradırlar. Bu baxımdan sübut olaraq, Ermənistanın “Noyan Topan” telekanalında [1] çıxış edən gürcüfob erməni xadimi Razdan Madoyanın antigürcü xarakterli çağırışlar etməsini və onu dinləyən aparıcının ona haqq qazandırmasını göstərmək olar. R.Madoyan, beynəlxalq neft platformalarında qətllərin törədilməsinə dair çağırışlar edir və beləcəerməni millətçilərinin ölkələrarası arapozuculuq fəaliyyətini həyata keçirməyə çalışır. Belə bir arapozuculuq fəaliyyətinin həyata keçirilməsindəisə məqsəd – Gürcüstan üzərindən hər hansı tranzitin, enerji qovşağının formalaşmasının qarşısını almaqdır.

Erməni millətçiləri məskunlaşdıqları Gürcüstan ərazilərində də qəsdən gürcüfobiyanı yayaraq gürcülərə qarşı nifrət yaradırlar və gürcüfobiyadan təzyiq mexanizmi kimi istifadə edərək gürcüləri sıxışdırmağa, ərazilərini isə ələ keçirməyə çalışırlar. Başqa sözlə desək, erməni millətçiləri ruslarda gürcülərə qarşı nifrət oyadaraq Rusiyanın hərbi potensialıhesabına Gürcüstanın ərazilərini ələ keçirmək istəyirlər. Belə bir fakt məlumdur ki, 2006-cı il tarixində “Cavaxk” separatçı təşkilatının yaradıcılarından biri olan R.Madoyan Rusiya hərbi bazasının Axalkalakidən çıxarılmasına qarşı çıxanlardan biri olub.Erməni separatçıları Samtsxe-Cavaxetini “Cavaxk” kimi qələmə verərək həmin ərazidə,İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra tamamilə iflasa uğrayan “Artsax” ssenarisini həyata keçirməyə çalışıblar.

    Eməni millətçiləri hər dəfə eyni yalanlarla mediada çıxış edərək, Ermənistanın əsassız ərazi iddialarının həyata keçirilməsinə çalışırlar. Xatırlatmaq istəyirik ki, Razdan Madoyan bundan əvvəl 2021-ci ilin oktyabrın 8-də də Ermənistanın “Noyan Tapan” kanalının efirində çıxış etmişdi [2]. Həmin vaxt “erməni politoloqu” R.Madoyan, ermənilərin “Cavaxk” kimi qələmə verərək mənimsəməyə cəhd göstərdiyi Samtsxe-Cavaxeti rayonunun guya tarixən Ermənistana məxsus olduğunu qeyd etmişdi. R.Madoyan hələ bir arsızcasına guya gürcülərin “Cavaxk” rayonunu Ermənistandan oğurladığını bildirmişdi. Daha əvvəlki tarixə diqqət yetirərək, R.Madoyanın 2006-cı ilin martın 14-də verdiyi müsahibəyə [2] nəzər salsaq, onda görərik ki, R.Madoyan həmin vaxtda da Samtsxe-Cavaxeti rayonunun guya heç vaxt Gürcüstana məxsus olmadığını bildirmişdi. Göründüyü kimi, erməni milləçiləri qəsdən ildən-iləeyni təxribatları müxtəlif yollarla davam etdirərək, mediada antigürcü xarakterli çıxışlar edərəkictimaiyyətə gürcüfobiyanı yeritməyə çalışırlar ki, burada da məqsəd Ermənistanın əsassız ərazi iddialarını reallaşdırmaq və erməni yalanlarını beynəlxalq ictimaiyyətə sırımaqdır.

     Qeyd edək ki, gürcü ziyalıları erməni millətçilərinin yalanlarını açıq-aşkar ifşa edirlər. Gürcü politoloqu Zurab Abaşidze Samtxse-Cavaxeti məsələsi ilə bağlı erməni yalanlarına fikrini bu şəkildə bildirir: “Bu bəyanatlar heç bir halda Gürcüstancəmiyyətinin əhvalını əks etdirmir. Bu cür bəyanatların ayrı-ayrılıqda verilməsi təxribat kimi qiymətləndirilməlidir”. Eksperin sözlərinə görə, bütün bu təxribatların reallıqla heç bir əlaqəsi yoxdur [3].

Tarixə nəzər saldıqda aydın şəkildə görmək olur ki, ermənilərin gürcülərə qarşı hədsiz dərəcədə nifrətiolub. Gürcü yazıçısı, milliyyətçə abxaz olan Sergi Sacay“Sakartvelos Respublika”da dərc olunan məqaləsində erməni vəhşiliklərini dilə gətirib: “Əsir və ya mülki şəxslər ağaca bağlanıb, başlarına təkər taxılıb yandırılıb. Nə qədər qadın zorlanıb… Bir gürcü qadını erməni ailəsində gizlənərək Yaştxva kəndində ilişib qalıb. Qadına xəyanət edərəkonu cəlladların yanına atıblar. O, bütün batalyon tərəfindən zorlanaraq dəli olub” [4].

Gürcü xalqı daim köməyə ehtiyacı olanların yanında olub. Erməni millətçiləri isə gürcülərin xeyirxahlığından sui-istifadə edərək onlara xəyanət ediblər, nifrət bəsləyiblər. Gürcü yazıçısı Sergi Sacay, saxtakar erməni müəllifi olan gürcüfob Xocanıın – Baqramyan batalyonu haqqındakı kitabına nəzər salıb və həmin kitab barəsində fikrini bu şəkildə bildirib:“Bu günlərdə aqressiv separatizmin ideoloqlarından biri olan Xoca adlı şəxsin gürcülərə qarşı etnik təmizləmə və soyqırım törədən zaman xüsusi qəddarlığı ilə seçilən Baqramyan adına erməni batalyonunun hərbi yolu haqqındakı kitabı ilə rastlaşdım. Kitabı vərəqlədim, silahlı qaniçənlərin siyahısında yedizdirdiyim, onlara kömək əlini uzatdığım, qonşumu, işçimi, haqq yoluna saldığım bir çox həmvətənlərimin adlarını gördüm. Bu haqda əvvəllər bilirdim, amma əllərimlə toxunanda gözlərimə inanmadım, doğrudanmı bu qədər xəyanət etmək olar?” [4].

Xoca kimi gürcüfob erməni “tarixçiləri” real tarixi məqsədyönlü şəkildə saxtalaşdıraraq, yeri gəldikdə gürcü xalqına qarşı gürcüfobiyadan istifadə edərək öz cinayətlərinə, məkrli niyyətlərinə haqq qazandırmağa çalışırlar. Qeyd edək ki, 1993-cü il fevralın 9-da yaradılan Baqramyan batalyonugürcülərlə qarşı xüsusi qəddarlığı və insanlığa sığmayan amansız cinayətləri ilə tarixdə qalıb.Gürcü tarixçisi Bondo Arveladzeyazır: “Ermənistan hökuməti Baqramyanların əməllərinə qiymət verməsə, gürcü-erməni qardaşlığından danışmaq ikiüzlülük olar… Baqramyanın cinayətlərini əks etdirən sənədli foto və videolar var” [4].

Ermənistanda gürcüfobiya ilə yanaşı həm də azərifobiya mövcuddur. Erməni millətçiləri daim gürcüləri və azərbaycanlıları gözdən salmaq üçün müxtəlif çirkin yollara əl atıblar. Erməni faşistləri öz məkrli niyyətlərindən ötrü təkcə gürcülərə qarşı yox, azərbaycanlılara qarşı da etnik təmizləmə siyasətini və soyqırmı həyata keçiriblər.1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə,keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirib. Həmin faciə zamanı yüzlərlə dinc əhali, başqa sözlə desək günahsız azərbaycanlılar həlak olublar. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1990-cı ilin yanvarın 21-də tarixi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisənin hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə yad olduğunu bildirmişdi. Ümummilli lider 1991-ci ilin martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “…1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. 1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı demişdir: “…Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır” [5].

      Bu gün ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən 20 yanvar şəhidlərinin ruhu şaddır. Ümummilli lider Heydər Əliyevin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində 20 yanvar şəhidlərinə və əlillərinə yüksək səviyyədə qayğı göstərilir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzlərinin yaradılması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunması Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilib [6]. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün artıq fəxrlə qeyd edə bilərik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

İstifadə olunmuş mənbələr:

  1. Раздан Мадоян призывает к диверсиям на нефтепромыслах Азербайджана и убийству турецких дипломатов /04.01.2023/ https://www.youtube.com/watch?v=-nIbdOK5Xt4&t=1s
  2. Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir /15.11.2021/ https://www.fact-info.az/news?id=14054
  3. Грузинский политолог: «Джавахк не является сепаратистским регионом» /01.05.2011/ https://noev-kovcheg.ru/mag/2011-08/2529.html
  4. Как армяне убивали грузин – Свидетели. Часть II /05.02.2020/ https://ru.axar.az/news/politika/442450.html
  5. “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 20 yanvar 1990-cı il faciəsinin ildönümləri ilə bağlı çıxışlarına dair ümumi tarixi arayış /Tarix: 17.01,2023/ https://lib.aliyevheritage.org/az/5649464.html
  6. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər /20.01.2022/ https://president.az/az/articles/view/55283

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest