Elsevər Hüseynoğlu
Bir daha gəlməni yasaqlayıram,
Qəlbimə iznsiz gəlmə qadası.
Gələrkən topla, çıx əlli kəz düşün,
Məni öz dünyamdan bölmə qadası.
Mənim ruhum ayrı, bədənim ayrı,
Ayrılar içindən seçiblər məni.
Bu dəfə birtəhər yırtdım kəfəni,
Bağrımın başını dəlmə qadası.
Məni görən zaman yolunu dəyiş,
Yol mənə çıxarsa qayıt, dön, geri…
Bu yolun sonunda görüşmək varsa,
Məndən çox yaşayıb, ölmə qadası.
Mənim yanlışlarım çox olar sənə,
Yalanım olsa da sənin xeyrinə.
Hər şeyi düşünüb içinə yetmə,
Nə olar özündən bilmə qadası.
Gəlmək də bəhanə, getmək də sənə,
Bir səbəb götürüb yola düşürsən.
Səbəbdən nətiçə çıxarmaq olmur,
Səbəbsiz başıma gülmə qadası.
Bilməzsən nə üçün mən səbirsizəm,
Bağlamır özünə quru baxışın..
O kobud sözlərin toxunsa mənə,
Göz yaşım sel olsa silmə qadası.
Elsevər Hüseynoğlu
Bakı ~ 15/05/202