GenelGüncel

Dərdlərə dərman söz, fərmanlara Fərman – söz,söz,söz…

*Yaraq söz-yarayır

*Calaq söz- calayır

*Daraq söz-darayır

*Quraq söz-həftəbecər sözdür

Çolaq söz- axsayır,ahəngə uya bimir

Qıraq söz-gəlmə də ola bilər, parçalama,bölmə də

Dərman söz- sağaldan sözdür

Fərman söz-hakim sözdür

    *****

*Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz…*Sözün var,söz danış,sözün yoxdur,döz, danışma.*Sözümü eşitdi, kürkünə birə düşdü     *Dünyada yaxşı sözlü adamlar çox imiş*Adamları həm işinə,həm də sözünə görə dəyərlndirmək lazımdır   *Xəbislik və natamamlıq pis nəsnədir *Bir adam yalan danışırsa,ondan uzaq ol*İkiüzlü və yaramaz adamlarla ancaq salamlaşın.Onların ipinin üstünə odun yığmaq olmaz ha..
*Başqalarına “qızım “, “oğlum” sözü, xitabı ilə müraciət etməyin.Belə adamların çoxunu el məclisinə çağırmaq olmaz.

*Söz kimindir? – O sözü özünə aid edənin.

*Sözlü adama oxşasan da lazım olan sözü de.

*Sözü elə deyin ki, sözün içindən başqa söz çıxmasın.

* Otu yolarlar, ağacı yonarlar,sözü həm yolarlar,həm də yonarlar

*Yonulmamış adam olan kimi,yonulmayan söz də var.
*Sözlü adam gözünü gizlədər.
*Ayrı söz də var,əyri söz də…
*Bir söz bir ordudan gclü ola bilər.
*Ağızdakı söz bulağı,ürəkdəki göz bulağı.
*Söz söyləyəndə həm düz danış, həm də elə söz danış ki,başa düşülsün.
*Sözlə söyüş – qohum sözlərdir. Sözdə də səs var,söyüşdə də.
*Hər sözün öz yeri var, hər sözün həm əyri, həm də düz yeri var.
*Məclisdə xoşagəlməz,ikibaşlı,pis səslənən söz danışma.
*Sözün də,üzün də qırışığı var.
*Söz əmrdir: ” Atları yəhərləyin!”
*Söz təsdiqdir: ” Bəli, bakılıyam”
*Söz xahişdir: “Getmə,getmə,getmə,dayan,yandım,ay aman!..”
*Şair sözü incələyir,çözələyir, filosoflar öncələyir,  

*Söz güləndə ,üz də gülər.
*Elə danış ki,sözün yerə düşməsin.
*Söz deyəndə elə de ki,adamın canına yağ kimi yayılsın.
*Atın sözü,itin sözü- yalançının bütün sözü.
*Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz.
*Söz qəhətə çıxanda,yerini,yurdunu bil.
*Bu söz ki var ha,
şıxdı,getdi,
geri gəlməz bir daha.
*Söz sözü gətirər,söz deyən söz bilirsə.
*Hər sözü üzə demək olmur.El sz var ki,onu qulaöa deyirlər.
*Söz NOVRUZ bayramı süfrəsinin nəsnələrinə oxşayır ;
ərəbdə -süxən,
rusda -slova.
türkdə -söz …
*Bir sözü söz eləməyin yaxşısı da var,yamanı da…. 
*Sözün  üç möbqeli yeri var 1)sözaltı  2)düzünəqu  3)sətirüstü
*Türk dillərində sözü- -qafiyləri-
söz,döz,köz,öz,çöz..
*Papağını başına qoy,fikirləş,yaman sözü yaman demə.
*Yaxşı söz olanyerdə,yaman sözdən danışma.
*Sözü ki çözdün,məsələ də bitdi.
*Söz yiyəsi   –  öz sözünün öz yiyəsi
*Söz var ki,doğulanda tərs doğulur
*Tərs sözlərdən qaçın ki,o söz bəlanız olar.
*Dilimizin söz lüğəti,beynimizin öz lüğəti.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.

08.12.2018.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest