GenelGüncelKültür Sanat

Dünyada sülh olsun, xoş günlər olsun…

Ölçü vahidləri çoxdur dünyada,

Vallah,  ölçülərə  dözür Dunya da…

Bəzən bu Dünyanı darıxdırırıq,

Axırda adamı üzür Dünya da
***
Heç zaman demə ki,birinci mənəm,\

Əgər belədirsə,ağlın olub kəm.

İndi adamları tanımaq asan,

Danışma sandığı  açıb tökərəm.

***

Möhtəşəm güzgüdür insanın üzü,

Məncə, bunu bilir hər  insan özü…

Üz var, dərisindən zəhrimar yağır,

Bu üzə  o özü ah,…necə dözür?…

***

Adam  xoşhal olur yaxşı zənglərə,

Şirin avazlara, xoş .ahənglərə.

Biri söz deyəndə  ağzını büzmə,

Onsuz da bir sözdən görünür hərə

***

Əgər yaxşı günlər istəyindəsən,

Onda hər adama xoş gün istə sən.

Çox yaman,  pis günə düşə bilərsən,

Birinə kəm baxlb əgər pisləsən.

***

Ehey!…Nə qaçırsan öyüddən,pənddən,

Səsin eşidilir dərədən,bənddən.

Bir kəsə sözün var,  üzünə söylə,

Bax səsin gəlməsin heç vaxt  xəlvətdən…

***.

Dünya xöşbəxt olur insanlarıyla,

Dünya bədbəxt  olur nadanlarıyla,….

Pozmayın Dünyanın tarazlığını,

Dünya -çox gözəldir bütün  varıyla,.

Hər günü, ayları, əyyamlarıyla….

***

Nazim Nəsrəddinov

Bakı,

26.04.2021.

Pin It on Pinterest