GenelGüncelKültür Sanat

Dövlətçilik istiqamətində şərəflə xidmət edən gənc alim

Dövlətçilik istiqamətində şərəflə xidmət edən gənc alim

Mustafayev Fərid Mustafa  oğlu 1986-ci il Bakı şəhərində anadan olub.

          F.M.Mustafayev 2004-2008 Azərbaycan Memarlıq və İnşaat Universitetidə – ET010000-Ekologiya və təbiətdən istifadə ixtisasında Bakalavr pilləsində təhsil almışdır.

          2009-2011–ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin ETM010011-Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi ixtisasında magistraturada oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 2009-cu ildən  hal-hazırki dövrə qədər Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların meliorasiya laboratoriyasında elmi işçi vəzifəsində işləyir

F.M. Mustafayev 2012-ci ildə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda – Meliroasiya, rekultivasiya və torpaqların mühafizəsi ixtisasi üzrə aspiranturaya (əyani təhsil üzrə) qəbul olmuş və 2015-ci ildə müvəffəqiyyətlə bitirmişdir.

            Mustafayev Fərid Mustafa  oğlu ümumilikdə 50 yə yaxın elmi məqalələrin müəllifidir. Bunlardan 3-ü  scopus (Q2 indeksli) biri isə agris bazasında dərc olunmuşdur.  https://scholar.google.com/citations?hl=ru&user=4j2eRJMAAAAJ

            O, 2022-ci ildə  AMEA-nın Həmkarlar təşkilatı tərəfindən səmərəli elmi-ictimai fəaliyyətinə və gənclər günü münasibəti ilə, 2023-cü ildə isə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral- Azərbaycan Gənclər günü münasibətlə;  20 avgust 2022 –ci iltarixində  N saylı Hərbi hissənin ictimai və həyat fəaliyyətində, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində roluna görə (N saylı Hərbi hissə komandiri  tərəfindən);  27 avgust 2022 –ci ildə -Gənc nəslin hərbi Vətənpərvərlik ruhda tərbiyə olunmasına görə AVMVİB Zəngilan şöbəsi tərfindən; 20.09.2022- ci ildə -Azərbaycan ordusuna göstərdiyi dəstəyə, köməyə və diqqətə görə (N saylı hərbi hissə komandiri  tərfindən); 04.04.2023-cü ildə – Hərbi hissəyə göstərdiyi maddi və mənəvi dəstəyə görə (N saylı Hərbi Hissə komandiri tərəfindən); 14.05.2023-cü ildə -Tovuz rayon ərazisində yerləşən hərbi hissənin mövqelərinin təkmilləşdirilməsində göstərdiyi köməkliyə görə; (Hərbi hissənin komandiri tərəfindən ) fəxri fərmanlarla təltif edilmişdir.

           F.M.Mustfayev elmi fəaliyyətinə görə də bir sıra sertifikatlarla qiymətləndirilmişdir:    

– by the European Academy of Sciences and Research (Hamburg, Germany),

– International Summer School KAZNARU-2022 at the Kazakh National Agrarian Research University in Almaty, the Republic of Kazakhstan from (June 6 to June 19, 2022),

– “Climate change and sustainable soil managment” international congress (2023),

 – 1918- ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci il dönümü məruzə və iştirak (2023),

        O, elmi fəaliyyətində bir sıra respublika və beynəlxalq konfransların  təşkilat komitəsinin üzvü və sədri vəzifəsində çalışmışdır. O cümlədən, “Elm gününə” həsr olunan tələbə,magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış Respublika konfransı təşkilat komitəsinin sədri, redaktor muavini;

 International Scientific-Practical Conference “Soil-ecological problems of agrocenoses and ways to solve them” Beynəlxalq konfransında Təşkilat komitəsinin sədri və redaktor müavini

-Gənc Alim və Mütəxəssilərin ikinci beynəlxalq elmi konfransında təşkilat komitəsinin üzvi;

-Climate change and sustainable soil managment international congress – beynəlxalq kongressdə- təşkilat komitəsinin  üzvi və məsul katibi olmuşdur.

         Mustafayev F.M. işlədiyi müddətdə bir sira  təşəkkürnamələr almışdır:

– Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı (2023-cü ildə);

– Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş  V Elm Festivalı (2024-cü ildə);

– “Qızıl örnək” məruzə və iştirak (2023-cü ildə );

– 3-cü şagird Respublika elmi-praktiki Konfrans (2022-cü ildə);

– “Climate change and sustainable soil managment” international congress  (2023-cü ildə);

– ADPU-nun Şamaxı filialının kitabxan fondunun zənginləşdirilməsində göstərilən dəstəyə görə  (2024-cü ildə).

          Onun mətbuatda 500 dən çoxictimai-siyasi məqalələri dərc olunmuşdur: Bunlardan Respublika qəzeti, Xalq qəzeti , Elm qəzeti və science.az , Azərbaycan İnformasiya agentliyi , ses media , Azərtac , İki sahil, krimin sesi və s.

          Ulu öndər Heydər Əliyev haqqında 1 kitabın müəllifidir (elmi, ictimai və siyasi). Hal-hazırda  redaktə olunur.

           Bundan başqa F.M.Mustafayev Ekspert kimi 3-cü şagird Respublika elmi-praktiki Konfrans (2022); Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı (2023); Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş  V Elm Festivalı (2024) fəaliyyət göstərmişdir.

            O, elmi fəaliyyəti ilə yanaşı aşağıdakı ictimai vəzifələrdə çalışmışdır:

– Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədr muavini  (2016-2017);

– Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssizlər Şurasının sədri (2017-2021);

– Avrasiya Torpaq Cəmiyyətləri Federasiyasının Gənclər Bölməsinin prezidenti (2021-2022);(2021-2023-cü illərdə Azərbaycanın ev sahibliyi etdiyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası )

-YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini (2021- ci ildən indiyədək);

Həmkarlar İttifaqının, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin, V.V.Dokuçaev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvidir.

           Fərid Mustafayev ictimai həyatda aktivist kimi də fəaliyyət göstərir: Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiya (Dinc aksiyanın 3-cü günü) (14-14.12.2022);

-Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyada qrup rəhbəri kimi fəaliyyət göstərmişdir.(17.12.2022) .

           Hal-hazırda o, 16 sayli Yasamal ikinci dairə seçki komissiyasinin 14 saylı Məntəqə seçki komissiyasının sədridir. Eyni zamanda  Mustafayev F.M.  Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaqların  meliorasiyası  laboratoriyasının elmi işçisi, İnstitutun YAP üzrə ərazi partiya təşkilatının sədr müavini kimi fəaliyyətini davam etdirir. Ailəlidir. Bir qız övladı var. Mustafayev Fərid Mustafa oğluna bu şərəfli yolda uğurlar arzu edirik.
subhan talıblı
subhan talıblı

 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest