GenelGüncel

Darçın xala, yəhudilər, iranlı molla və bizim “Molla Nəsrəddin”

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Kamran NƏZİRLİ

 Darçın xala, yəhudilər, iranlı molla və bizim “Molla Nəsrəddin”

”Ramazan” gəlməmiş “Məhərrəm” döyür qapımızı; gah Şükür pəncərəmizdən girib bizə sərkiyə
verir, gah da İnşallah ümidimizi sönməyə qoymur. Bir yandan da Molla Maşallah bizim Qarabağdakıkövrək həyatımıza burnunu soxur; gah bizə xox gəlir, gah da ağ əmmaməsini başından çıxarıb irəvanlıkatolik Aşotun qabağına sərib deyir: “And olsun qabağımdakı əmmaməyə, söz dəyirmandakıdı!”. Aşot da hələ şokdan ayılmamış gözlərini döyür, bir şey anlamır, soruşur:

 – Molla əmi, sən dədənin goru, əməlli danış, o nə sözdü belə?

– A gədə, Şirin quyruğu bilmirsən nədir? Mən o “Molla Nəsrəddin”i qorxuduram…

– Vaxxxxx….Mənim başım doğrudan da külqabıdı. Heç nə qanmıram.

Bir dəfə qonşum Darçın xala demişdi ki, “Aşot da camaatın nümayəndəsidi, mənasını bilmədiyişeyi göylərə qaldırar, bəzən də əksinə, heç bir səbəb-filan olmadan başlayar nifrət eləməyə, lotu-potular da ara qarışdırmağa mıx kimi hazır durublar: görürsən ki, başladılar mıxı hara gəldi soxmağa, belədə düşmənin dəyirmanına su tökürlər!” Allah bizi camaatdan yox, elə o lotu-potulardan qorusun! Bu heç, bunu elə-belə dedim…

Mənim bir yəhudi dostum vardı, hərdən bildiyi şeyləri mənə öyrədərdi. Misal üçün, deyərdi:
gördün ki, əsəbləşmisən, söyüş söy, elə belə, gir dörd divar arasına, başla söyüş söyməyə və elə söy ki, heç kim eşitməsin, heç kimə də xətər gəlməsin! Bu bir. İkincisi, gördün ki, dostun, qardaşın sənə xəyanət edir və ya sənin haqq işini nahaq sayır, ona kobudluq eləmə, əksinə, sus, mübarizəni altdan-altdan apar! Üçüncüsü, gördün ki, biri sənə xox gəlir, deməli, səndən qorxur, ya da səni gözü götürmür. Oğrular xox gəlməyi də, qaçmağı da sevirlər və sair və ilaxır. O yəhudini qonşumuz Darçın xala tanış eləmişdi mənimlə. Ötən əsrin sonlarında Azərbaycanda (elə dünyada da!) qarışıqlıq düşdü, dostum çıxıb getdi İsrailə, yəni öz əqrabalarının yanına. Gedəndə bildiyi bəzi şeylərdən də mənə danışdı: “Qarabağda vəziyyət çox qarışacaq, nə qədər ki, rus ordusu burdan çıxıb getməyib, hələ başınız çox ağrıyacaq. Amma çox yox, iyirmi-otuz ildən sonra vəziyyət sizin xeyrinizə dəyişəcək, torpaqlarınızı da geri alacaqsınız…Nəbada məndən öyrəndiklərini kimsəyə deyəsən”. Soruşdum ki, niyə belə deyirsən, yaxşı şeyləri gərək ötürəsən, özünlə gora aparmayacaqsan ki! Gör mənə diribaş yəhudi dostum nə cavab verdi: 

– Qadası, biz İsa Məsihdən qabaq doğulmuşuq, dünyanın işlərini sizdən yaxşı bilirik. Adam
bildiyi yaxşı şeyi də, pis şeyi də qarnında saxlayar, yeri gələndə, vaxt-vədə yetişəndə onlardan
məharətlə istifadə edər…

Düzü, o zaman yəhudi dostumu anlaya bilməmişdim, hərgah Darçın xala olmasaydı, indiyə kimi də anlamayacaqdım. Sonralar Darçın xala dedi ki, ay Mirzə, sən çox da atdanıb-düşmə, dünya dəyişəcək və biz dostla-düşməni daha yaxşı tanıyacağıq. Bu da heç. Bunu da elə-belə dedim.

And olsun pandemik havamıza, neçə gündü yata bilmirdim, elə dünyanın qəliz işləri başıma
girmişdi, ordan çıxa bilmirdi ki, bilmirdi. Dünən səhər açılar-açılmaz gördüm ki, qonum-qonşu yenə
yığışıb pəncərəmizin qabağındakı tut ağacının altına, qızğın mübahisə gedir; arvadım dedi ki, bəs, iranlı bir molla var, özü də azəri türküdü, bizə xox gəlib. Camaat da ondan danışır.

– Nə deyib ki o molla?

– Nə bilim, şirin quyruğundan danışıb deyəsən…

– Şirin quyruğundan? -gülmək məni tutdu. – Ay qız, nə şir, nə quyruq? Hər lotu-
potunun sözünə baş qoşsaq, onda gərək…

 – Ədə, mənə inanmırsansa, Darçın xaladan soruş…Zarafata salma, aləm dəyib e bir-
birinə…(Əstəğfürullah! Qoymurlar e, başımızı aşağı salıb işimizi görək! Həftə səkkiz mən doqquz bir iş çıxır!) Kimin qarğışına keçmişik görəsən? – arvad havalı-havalı əlini dizinə çırpdı və pəncərədən həyətə boylananda Darçın xalanı gördü: – Odur bax, Darçın gəlir, özü də bizə gəlir. Özün soruşarsan…

Darçın xala içəri girər-girməz dedi:

– Mirzə, bax gör, bu kişi o mollaya nə cavab verib?- Arvad əlindəki jurnalı mənə uzatdı.

– Hansı mollaya?

– Başında əmma-məsi var e, o mollaya!

– Ay arvad, sən də lap ağ eləmisən e! Biz nə hayda, sən nə hayda?! Sənin başqa işin-gücün yoxdu?

 Dolamağa adam tapmırsan?

– Mirzə, niyə hirslənirsən? Girmisiz dörd divarın arasına, çıxmırsız çölə, bilmirsiz nələr olur.
Səsinizi də çıxartmırsız…İranda bir molla var, adı da yadımnan çıxıb, hə, ağzına gələni danışıb,
heç kim də ona cavab vermir. Belə olmaz axı! Ona görə də “Molla Nəsrəddin”i gətirmişəm ki, heç
olmasa, o cavab versin. Eşitməmisən ki, dinsizin öhdəsindən imansız gələr?

– Nə demək istəyirsən?

– Mən nə dediyimi yaxşı bilirəm: indi sənə bir şeir oxuyaram, dəymişin dura-dura kalın tökülər!

– Ay arvad, di sözünü de, sən allah, qısa elə.

– Qoyursan ki? Bax gör, “Molla Nəsrəddin” 29 sentyabr 1906-cı il 26-cı sayında iranlı dostuna nə
yazır…

– Nə yazır?

– Aman ver, oxuyuram:

Mən eylə bilirdim ki, mənə yar olacaqsan,
Aləmdə mənə yari-vəfadar olacaqsan!

Mən eylə xəyal etmiş idim ah, bəradər!
İranda olan qəmlərə qəmxar olacaqsan!

Dərdi-dilimi anlamayıb, zərrəcə axır,
Məndən nə bilim kim belə bizar olacaqsan!

Biçarə vətən tarü qaranlıqda qalanda,
Əğyarə gedib şəmi-şəbi-tar olacaqsan!

Söz verməz idim mən sənə, ey dusti-dilazar,
Bilsəydim əgər böylə dilazar olacaqsan!

Sərməsti-meyü mütrübü tiryaksən indi,
Bir vaxt ayılıb axiri huşyar olacaqsan!

Məğrursan indi, xəbərin yoxdur özündən,
Əldən vətənin getsə xəbərdar olacaqsan!

Xar elədi qəflət səni əğyar yanında,


Yatdıqca bu qəflətdə yenə xar olacaqsan!

Darçın xala qəzəli oxuyub susdu. Elə mən də susurdum, ürəyimdə isə “Molla Nəsrəddin”ə rəhmət
oxuyurdum. Arvad gedəndə çönüb bir də mənə tərs-tərs baxdı, dedi:

– Mirzə, gör necə KİŞİLƏR olub e!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest