Genel

Dələ də tülkü imiş.. ( təmsil )

Tülkü durub pusduda bir gün tutdu Dələni:

-Ay nanəcib, niyə sən,açdın bağlı cələni.

Bu cələ quş üçündür, məni niyə ac qoydun,

Nə mən yedim, nə də sən bircə tikədən doydun?

Dələ dedi :– Tülkü bəy, hirsin tutmasın mənə.

Nə qədər ki dişim var ,mən quş taparam sənə.

Qoy Tülkiıər rahatca öz yerində yatsınlar,

Dələlərdən onlara hər gün təzə təam var.

Türkü gördü bu Dələ ondan betər tülküdür,

Dələlər öz ovunu axı haçan ürkdür?

Sığallayıb Dələnin tir – tir əsən başını,

Dedi –Get, bağışladım səni –öz qardaşımı.


Ah! Nə yaman hal olur, Dələ Tülkü olanda

Tülkünün tülkülüyü yaddan çıxır bir anda…

Mən dedim , hamı bildi, Dələ də tülkü imiş..

Bəlkə də Tülkülərin əzəli, ilki imiş..

…Dələ,Dələ ,ay Dələ, bir az vaxtın var hələ…

Bəlkə sən tülkülükdən,əl çəkəsən, gedəsən…

Dələ dedi : – Onda sən,əl çəksəm tülkülükdən,

mənə nə verəcəksən?


Mən gördüm yanılmışam, Dələ tülkü deyilmiş.

Sən demə, iüküləşib,Tülküləri yeyirmiş…

Nazim Nəsrəddinov.

Bakı,

28.03.2021.

Pin It on Pinterest