GenelGüncel

Ceyhun Bayramov: Bütün məktəblərdə “Ortaq Türk Tarixi” dərsi keçiləcək

Sənan Turanli QılıncArslan/Azerbaycan Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov arasında görüş keçirilib. Görüşdə Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında söhbət aparılıb. BTA prezidenti təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib və bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib. Akademiya prezidenti təşkilatın hazırladığı “Ortaq Türk tarixi” dərsliyinin Azərbaycanın 150 orta məktəbində pilot layihə olaraq tədrisinə başlanmasına dair Təhsil Nazirliyinin qərarından məmnun olduğunu diqqətə çatdırıb. Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tərəfinin Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini, gələcək əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirib. Nazir “Ortaq Türk tarixi” dərsliyinin gələn ildən respublikanın bütün orta məktəblərdə tədris proqramına daxil ediləcəyini deyib. O, Azərbaycanın sədrliyi ilə Elmi Şuranın növbəti toplantısının Azərbaycanda keçiriləcəyini və Akademiyanın növbəti il üçün fəaliyyət istiqamətləri və planlarının müzakirə ediləcəyini bildirib.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest