Genel

Çanakqaladan Mustafa adlı əsgərin anasına məktubu

105 yaşlı kitabın  maraqlı bir yazısı-
Çanakqaladan  Mustafa adlı əsgərin anasına məktubu

Bu məktub 1916-cı ildə Leypsiqdə çap olunmuş bir kitabdandır.Müəllifləri- alman prpfeddoru şərqşünas və afrikanşünas Stumme və onun Berlin Univürstetində oxuyan sonuncu kurs tələbsi Halil Fikrətdir.

Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan , dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.

     Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır.

        İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da gözlerinden öperim, sevgili anacığım!

                                                  Oğlun Mustafa”.

 Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

Pin It on Pinterest