BÖYÜK ŞAMAN RÜSTƏM BEHRUDİ ilə GÖRÜŞDƏN
İnsan amalları qədə uludur, qədimdir. Bəzən elə şəxsiyyətlər çıxır ki qabağımıza onla-
rın yaşı insanlığın yaşı qədər gəlir bizə. Sanki ilk yaranan insan odur. Ya da, ilk yaradılmış
insanla birgə yaradılmış, kənardan müşahidə etmişdir ilk insanı. Hətda öz xalqının yaradı-
lışını görmüş, yaxud xalqının ilk nümayəndəsi olmuşdur. Bəzi adamlar var ki, təpədən dır-
nağa öz milləti ilə yoğrulub. Duruşunda, baxışında, ətirində, hər zərrəsində millətinin,
ayrı-aryrı dövürlərdə yaşamış bir fərdini tapmaq olar. Təklikdə bir millətdi, tarixdi, tor-
paqdı. Bir sözlə insanlıq var olandan var olmuş, yox olacağı günə qədər yaşıyacaqdır.
Bu cür tanıyıram Rüstəm Behrudini. Bu cür bilirəm. Türklüyün mərkəzində duran, ayrı-
ayrı dillərdə danışan bir ulusun vahid dilidir Rüstəm Behrudi. Sanki ulu bir çinardı Turan
elində. Bütün Türklük kölgəsində mənəvi dinclik tapan, budaqları Turanın dörd bir yanına
yayılmış ulu bir çinar. Əcdadlarının yolundan, inancından bir an olsun yayımadığı üçün,
müqəddəs ruhların daşıyıcısı olan, böyük şamandır Rüstəm Behrudi. Duaları şeir şəklində
türk dillərini qovuşduran mərkəz deyilmi? Turanın harasında Rüstəm Behrdi desək dar
ağacına salam verməyəcək insanlar?
Kitablarından tanıdığım bir əfsanəydi Rüstəm Behrudi. Və həmişə düşünürdüm, görə-
sən hansı hisslərlə dar ağacına salam vermişdi, iblisin mələkdən gözəl olduğunu necə gör-
müşdü və ya insanlara, “namazını qurd üzünə, yarpaq üstə qılan gəlsin” deyə müraciət
edərkən nəyə səsləyirdi? Şükürlər olsun ki şəxsən tanımaq nəsib oldu mənə.
2017-ci ilin aprel ayında Naxçıvana gələcəyinin xəbərini aldıq şairin. Daha doğrusu dos-
dum gənc şair Ruslan Ələkbərov gözlərinin içi gülərək verdi bu müjdəni mənə. Dərhal şair-
lə əlaqə yaratmağa başladıq sosial şəbəkə üzərindən. Şairdən görş üçün vaxt istədik. O da
məmnuniyətlə bizə vaxt təyin edəcəyini bildirdi. Nəhayət ki görüş günü gəlib çatdı. Və biz
şairin ata yurdu Behrud kəndinə getdik. İlk tanışlığımız kənd meydanında baş tutdu. Şair
balıq tutmaqdan gəlirdi. Bütün türklüyün qəlbini ovlayanın, bu gün ovu uğursuz alınmışdı.
Bizi evlərinə dəvət etdi. Şairin əmisi və qardaşları o qədər mehribanlıqla qarşıladılar ki bi-
zi, sanki illərdi bu evə gəlib gedən ən yaxın adamları gəlmişdi. Təqribən dörd-beş saatlıq
bir görüş oldu. Lakin bu görüşü xəyal kimi xatırlayıram. Yol boyu verəcəyim sualları təkrar-
lasamda hamısını unutmuşdm. Yaşayan bir əfsanə varıydı qarşımızda, diyəsən çox həyə-
canlanmışdıq. Allahdan şairin özü “salam dar ağacı” şeirinin tarixcəsini danışdı da sualla-
rımdan birinə cavab almış oldum. Sən demə şair bu şeiri Əmir Teymurun məzarını ziyarət
edərkən, məzarın başında bədahətən deyib. Və akademiyanın əməkdaşlarının qeydi nə-
ticəsində bu günüə gəlib çatıb bu şeir. Şeir haqqında, türkçülük, Turançılıq haqqında xeyli
söhbət etdik. Bizim yaradıcılığımızla tanış oldu. Müsbət fikirlərini, tövsüyələrini dinlədik.
Naxçıvan ədəbi mühidi ilə də maraqlandı şair. Biz də bildiyimiz qədər anlatmağa çalışdıq.
Həqiqətən gözəl bir gün keçirmişdik, gözəl tövsüyələr dinləmişdik. İkimizində həyatında,
yaradıcılığında iz buraxacaq bir gündü.
Şairdən ayrılandan sonra Ruslanında gözlərindən oxuduğum bir fikir formalaşmışdı
bizdə. Yaxşı ki bu ulu çinarın gövdəsi, Əmir Teymurun bənzətməsi ilə desək, Turan üzüyü-
nün ən parlaq qaşı olan Azərbaycandadır.
Rəhim VAHİD