Biz dünyaya hökm etmiş Sak-Oğuz tariximizə sahib çıxmalıyıq…
Sənan Qacar/Azerbaycan
Sevindirici haldır ki, yeni nəsil tarixçilərimiz, həm Türkiyədə, həm də Azərbaycanda tariximizin əlimizdən alınmış SAK-SKİF-İSKİT və s. adlarla adlandırılmaqda olan dövrünə sahiblik iddialarını ortaya qoyurlar. Onların üzdə olan mənbələr əsasında ortaya qoyduqları paylaşımları diqqətinizə çatdırırıq. …Bizans tarixçisi Menandr Protektor (6-cı əsr) «Əvvəllər Saka (İskit) adlandırılan türklər» başlığı ilə başlayan İstemi Kağan ilə Şərqi Roma arasında ittifaq müqaviləsinin olduğunu bəhs edir. Göktürk elçisi Mniax imperator Yustiana Sakca yazılmış Xaqan məktubunu verir. Kitabda deyilir ki, İstəmi xanın farslarla da əlaqələr qurmaq və Türkistanda istehsal olunan pambıq və xam ipək satmaq məqsədi ilə göndərilən türk elçiləri Fars hökmdarı tərəfindən zəhərləndiyindən, Sakların xarakterlərinə güvənilməyəcəyini üçün razılaşma əldə edimədiyi deyilir və türk-fars düşmənçiliyi buradan qaynaqlanır (Selim Sarısoy-Türkiyə). …Eranın V əsrində Bizans tarixçisi Zosim Hunlar haqqında yazırdı: «Bəziləri bu xalqı unn (Hunn) adlandırır, digərləri isə çar skifləri adlandırırlar. Onlar haqqında Herodotun danışdığını söyləyirlər. Zosim orta əsr Roma tarixçisidir (V əsrin sonu). «Yeni tarix»in müəllifidir (6 kitabdan ibarətdir 498-ci ildə yazılıb). Roma İmperatorluğunun qısa tarixi Avqustdan tutmuş Alarik I tərəfindən Romanın tutulmasına qədər (410) Roma İmperiyası tarixini ümumiləşdirən Yeni Tarixin müəllifidir. Menandr Protektor — Bizans diplomatı və VI əsr tarixçisi. Bu ikinci Türk səfirliyi Fars məhkəməsinə gələndə, nazir və Katülfüs ilə birlikdə farsların türklərlə dostluq əlaqələrinə girməsi son dərəcə qeyri-mümkün olardı, çünki bütün skif irqində etibar edə biləcək heç kim yoxdur… İmperator (Bizans) İskit dilində yazılmış bu məktubu tərcüməçilərin köməyi ilə oxuyanda bu səfirliyi lütfkarlıqla qəbul etdi və sonra türklərin hakimiyyəti və ölkəsi ilə bağlı suallar verdi … İndi Yustin, qədim zamanlarda Saka deyilən türklərin onunla müqavilə bağlamaq üçün (insanları) göndərdikdən sonra o da onlara səfir göndərməyi qərara aldı … Türklərin yazışması ilə bağlı ilk hesabata Menandr sahiblik edir. Bizans imperatoru Yustin I tərəfindən Türk səfiri Maniaxın qəbulunu şərh edən Menandr, «İskit hərfləri» ilə yazılmış xaqan məktubundan bəhs edir. Mixail Syriyalı (1126-1199) «Üç İskit qardaşının əfsanəsi»: «O dövrdə İskifdən üç qardaş otuz min skifi özləri ilə apardı və altmış gündə İmaon dağından uzaqlaşdılar. Romalıların sərhədlərinə çatdıqda, Bulqarios adlandırılan onlardan biri, on min ər götürdü və qardaşlarından ayrıldı. Tanais çayını keçib Pont dənizinə axan Tunaya yaxınlaşdı və (nümayəndələrini) Mauritiusa göndərdi ki, orada məskunlaşıb Romalıların köməyi olsun. İmperator ona Dakia, Yuxarı və Aşağı Moziyanı verdi … Onlar orada məskunlaşdılar və Romalıların keşikçisi oldular. Romalılar onları Bulqar adlandırdılar. « Qeysəriyyəli Prokopiy (c. 500-560-cı illər) Qotlarla müharibə: «Qədim dövrlərdə, kimmerilər adlandırılan çox sayda Hun, bu yaxınlarda qeyd etdiyim yerləri işğal etdi və hamısının başında bir padşah dururdu. Bir dəfə padşah onların üzərində hökm etdi, iki oğlu vardı, biri Utiqur, digəri isə Kutriqur. Atalarının ömrü bitdikdə, ikisi də gücləri öz aralarında böldülər və hər biri ölkəsinə öz adını verdi. Beləliklə, mənim vaxtımda bir Utiqurlar, digərləri Kutrigurlar adlandı. Hamısı eyni yerdə, eyni tərzdə və həyat tərzi keçirərək, «Bataqlığ»ın və onun ağzının [Kerç boğazının] digər tərəfində yaşayan insanlarla ünsiyyət qurmadılar, çünki bu suları keçməmişdilər və onları keçə biləcəklərini düşünmürdülər. Meotiy bataqlığının digər tərəfində və onun Evkin Pontu ilə əlaqəsi, sadaladığım Qot-Tetraksitlər, adını çəkdiyim dövrdən bəri orada yaşayırdılar. Qotlar-Visiqotlar, Vandallar və digər tayfalar onların yaxınlığında məskunlaşmışdılar. Əvvəlki dövrlərdə onları skiflər də adlandırırdılar, çünki bu əraziləri işğal edən bütün tayfalar skiflərin ümumi adı ilə çağırılırdı; bəzilərinə savromatlar, melanxlenlər («qara qapaqlar» -«qra papaqlar» da ola bilər, — «чернонакидочниками») və ya başqa bir ad verildi. Bizanslı səlnaməçi Feofan: «Omnudiyanın oğlu İskit Attila, cəsur və qürurlu bir insan, böyük qardaşı Vdeldən ayrılaraq özünü Unn-hun adlandıran və İskitlər üzərində hökmranlığı ələ alıb Frakiyaya hücum etdi» (Qəhrəman Hümbətov — Azərbaycan).