Bizə təpələr az, dağları verin!!!
Yaylağı, oylağı, axan çayları…
Bizə təpələr az, dağları verin!
Talanıb çoxu da qalmayıb qızıl,
Bizə, Kəlbəcəri, dağları, verin!!!
Anadan, balanı ayrı salıblar,
Boyunlar bükərək, yetim qalıblar,
Bütün Türk elləri nəyə dalıblar?!
Qubadlı, Zəngilan, Xankəndi verin!!!
Şuşasız keçməsin bu ayı, ili,
Ucadan çıxmasın, biz Türkün dili!
Çox keçsə, çıxacaq işin zibili,
Cəbrayıl, Ağdərə, Laçını verin!!!
Dərd edirəm, içim qubar eyləyir,
Harda olsam bu dilim gileyləyir,
ALLAH şahid, şair doğru söyləyir,
Füzuli, Xocavənd, Ağdamı verin!!!
Necə sızlamasın, bu yaram, bu can?
Xocalı qisasıyla biz alaq çox can!
Düşən, tək şəhidin əvəzi yoxdur!
Olan, soyqırımın cavabın verin!!!
Qarabağsız keçən ömür nahaqdır,
Hər tutan əllərə bir silah haqdır.
Şeirimi oxuyan, sözümü çatdır!!!
Mənə Qarabağın tamamın verin!!!
Elsevər Hüseynoğlu
Bakı~02/03/2020