Bir müdirin son iş günü – Şətrəncçinin gediş anı, gediş günü…
Qabusnamə-öyüd,nəsihət kitabı- PƏNDNAMƏ
Hər sür’ətin sər həddi var.
İşin-gücün bir həddi var.
Görürsən ki,bəxtin yatır,
Dünya sənə olmasın dar…
***
Bir dostumun son iş günü
Sözlərimin təsdiqidir.
Qocalmışdı müdirlikdə
Hamı bunu təsdiq edir.
***
At oynadan vaxtı getdi,
İt oynadan vaxtı getdi…
Əsaslanıb paxırına,
Qol çəkdilər axırına ..
***
Sanırdı ki,dünya onun
Yetmişində – gəncliyidir.
Dincəlməyə çoxdur vaxtı,
Bu iş onun dincliyidir.
***
Deyən yoxdur qaşın üstə
Gözün vardı, indi o yox.
Daha bəsdir. atını sür,
Yorulubdur indi o çox.
***
Nəhayət ki,keçirildi,
İdarədə bir yığıncaq…
Göndəridi istehfaya,
Sən üzlərdə sevincə bax…
***
Olanı da ,olmazı da
Tərifləndi eyham ilə.
Pörtdətdilər, qızartdılar,
İkibaşlı salam ilə.
***
“Ay elədir,ay belədir,
Görülən iş baş ilədir.
Növcahansan, bilirik ki,
İndi iş-güc yaş ilədir !”
***
Uzun sözün mustafası,
Öz yerini bildi müdir.
Baxdı sağa, baxdı sola,
Öz kəndinə gəldi müdir..
***
Yana – yana yaxıldı o.
Hər sifətdə özün gördü.
Hər yarımçıq qalıq işdə
Öz ləpirin,izin gördü.
***
Gülümsədi…Bu nə gülüş?!
Sinəsinə başın əydi.
Daha yaxşı olmazdımı,
Müdirlikdən tez getsəydi?
***
Alqışların havasıyla ,
Həyatından getdi müdir…
Toy- büsatda yaşayırdı,
Büsatdan getdi müdir.
***
Yerinizi bilin, bilin.
Rahatlıqla ömür sürün.
Son iş günü dostum kimi
Sürünməyin dizin-dizin.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq
Bakı
10.11.2019.