Bilmirəm
Məndən küsənlərə gələ bilmirəm,
Yollarım bağlıdır, səbr edin bir az.
Məsafə qoymusuz, ümid yeri az,
Tikanlı sərhəddi aşa bilmirəm.
Bilirəm, kobudam, soyuqqanlıyam…
Fəqət, düşüncəmdə heç yanılmıram.
ALLAHa hardasa ortaq qoşanı…
Necə bağışlaram, bilə bilmirəm?
Necə deyim ki, mən yalana düzdür?
Şirk dolu sözlərin, düpə-düz düzdür.
Tövhidə şübhəylə yanaşanları…
Ürəkdən bağrıma basa bilmirəm!
Əminəm! Həssasam, kövrək biriyəm,
Vətəni namusdan bilən biriyəm.
Qəlbinə iki eşq sığdıranları…
Dəvət yollarında görə bilmirəm.
Mən də bir insanam səhvlərim vardır,
Kiçikdir, böyükdür, günahım vardır:
Biz aciz qullara, Tək Allah yardır,
Tövbəsiz, duasız qala bilmirəm.
Elsevər Hüseynoğlu
Bakı~21/03/2020
Coronavirusdan dolayı insanlarımız çox əzab çəkir. İnsanlıq ölməsin, Allah yaxşı insanların köməyi olsun. Bizim həyatımız, dünyamız imtahandan ibarət olduğundan. Bu epidemik xəstəliyi də bir imtahan kimi qəbul edək. Cismən təmiz olub, ruhunu kirlətməyənlər in şəə Allah bu xəstəliyə bulaşmayacaqdır. Tədbir bizdən, təqdir Allahdan, Allah ən böyükdür! Günahlara tövbə edib, Allahdan bağışlanma diləyib, Allaha doğru qayıtmağın tam zamanıdır! Heç olmasa qəlbində səksəkə o biri dünyada aqibətim nə olacaq deyə ölməyərək, Rəhimli və Mərhəmətli Allahın Rəhmətinə sığınmaq lazımdır…!!!