Biganəlik həyəcanı…
Narahatam, narahat,
Yuxum qaçıb gözümdən..
Öz dərdim,özgə dərsi…
Buna necə dözüm mən..
*
Saatın tıqqıltısı
Döyəcləyir özünü..
Səsi aləmə düşüb,
sanki görmür hç kimi…
*
Yol keçən maşınların
səsi gəlir arabir…
Düşüncələr nə qədər,
amma di gəl,yara -bir.
*
…Hərə öz işindədir,
kitablara baxan yox,
Söz deyirlər,közü yox,
yandıran yox,yaxan yox.
*
Belə getsə,zəmamə
əlifbasız qalacaq…
Ay Allah, bu dünyanın
işi necə olaxcaq?
***
Əlim çənəmdə qalıb,
mən gözümü döyürəm…
Günahkar adam kimi
öz-özümü söyürəmm...
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq. Bakı.