Azərbaycanın Görünməz Qəhrəmanı
Azərbaycan xalqı hər zaman öz mərdliyi, igidliyi, qəhrəmanlığı ilə seçilir. Azərbaycan xalqı hər zaman qəhrəmanlar yetişdirir. Azərbaycan mərdlər məkanıdır. Tarix boyu xalqımıza qarşı törədilən müharibələrlə mübarizə aparmış və hal-hazırda da bu mübarizəni davam etdiririk. Azərbaycan xalqının rifahı, ərazi bütövlüyü uğrunda canlarından keçən, igidlərimiz, qəhraman oğullarımız hədsiz sayıdadır. Məhz bu gün bizim rahat yaşamağımızın tək səbəbkarları onlardır. Qeyd edək ki, xalqımıza qarşı bu günə qədər çox faciələr törətdilmişdir. Məhz onların içində ən dəhşətlisi 20 Yanvar faciəsidir ki, tarixdə bu gün “Qanlı Yanvar” və ya “Qara Yanvar” kimi də qeyd olunur.
20 Yanvar faciəsi XX əsrdə törədilən ən qanlı terror aktlarından biridir. Ümumilli Liderimiz olan Heydər Əliyev qeyd etdiyi kimi: “20 Yanvar faciəsi, Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı keçirilmiş bir əməldir”. Bu faciədən artıq 30 il keçir. 1990-ci yanvar ayının 20-sində törədilən bu faciə Sovet ordusunun Azərbaycana xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı ən qanlı cinayətlərindən biri kimi tarixdə qalacaq. Bakıda həmin dövrdə fövqəladə vəziyyət elan edilmişdir. Bakıda həyata keçirilən qırğınlarda 131 nəfərin öldürüldüyü qeyd olunur. Fövqəladə vəziyyət olunmadığı rayonlarda 1990-cı il yanvarın 25-də Neftçalada və yanvarın 26-sında Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Nə az, nə çox tam’ da 30 il keçdi bu faciədən. 30 il keçsə də bu faciədən hər zaman qəlbimizdə bir hüzn, bir acı, bir yara açmışdır. 20 Yanvar faciəsində fədakarlıq göstərən, daim xalqının xidmətində dayanmış, xalqımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən şəxsiyyətlərdən biri də Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbovdur. O həqiqətən də Azərbaycan xalqının görünməz qəhrəmanıdır. Ələkbər Talıbov kimdir? Azərbaycan xalqına nə kimi xidmətləri olmuşdur?
Ələkbər Hacı Məhəmmədli oğlu Talıbov 1953 cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. 1970-ci ildə Bankə qəsəbəsi 1 saylı orta məktəbi bitirib, 1971-1973 cü illərdə Kamcatkada hərbi dəniz donanmasında xidmət etmişdir. Hərbi xidmətində sonra Bakı balıqçılıq texnikumunun gəmi sürücülüyü şöbəsini bitirib və H.Z.Tağıyev adına Bankə Balıq kombinatda balıqçı gəmisində kapitan işləməyə başlamışdır. O Azərbaycanın azadlığı uğrunda daim əlindən gələni əsirgəməişdir. Hər zaman xalqının keşiyində durmuşdur. Onu Azərbaycanın azadlığı uğrunda mübarizi adlandırılar. O 1988-ci ildə Azərbaycan da milli azadlıq hərəkatına qoşulub. Daha sonra isə Ələkbər Talıbov mərdlik göstərərək azadlıq hərəkatının fəal iştirakçısına çevrilib, o həmçinin Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Ələkbər Talıbov 1988-ci ildə kapitan vəzifəsində çalışmışdır. O bir fədai olduğu kimi həmçinin də komandiri idi. İçində olan bu vətənpərvərlik hissi ilə o, hətta azadlıq hərəkatı vaxtı öz gəmisinə “Azadlıq” adı vermişdir. Onun I Qarabağ müharibəsində iştirak etdiyi döyüşlər əsasən Ağdamın Gülablı, Quzanlı, Çəmənli, Fizuli rayonun aşağı Veysəlli, yuxarı Veysəlli olub. O “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür.
Bildiyimiz kimi, 1990-cı ildə Sovet ordusu Bakıda qırğınlar törətməklə kifayrtlənmir, 20 Yanvar hadisələrindən sonra Sovet ordusunun bir hissəsi digər bölgələrimizdə daxil olmağa çalışırdı. Bu vaxt Neftçalada Azadlıq hərəkatı baş vermişdir. Azadlıq hərəkatının fəallarından biri də Ələkbər Talıbov olmuşdur.
Qazi Ələkbər Talıbov Ans TV-yə müsahibəsində belə qeyd etmişdir: “Sovet ordusunun işğalçı ordusu məhz bizi bu yerdə güllə baran etdilər. Hərbçilərlə dialoq apardığımız zaman qəfil atəş açıldı. Hər birimiz müxtəlif nahiyələrimizdən xəsarət aldıq. Ələkbər Talıbov 20 Yanvar hadisələrinin canlı iştirakçısı idi. 0 20 yanvar faciəsininn Qazisidir. Ələkbər Talıbov Azərbaycan xalqının tarixində öz mərdliyi və cəsarətliyi , qəhrəmanlığı ilə iz qoyanlardan biridir. Ələkbər Talıbov usahibələrinin birində qeyd etmişdir ki; “Neftçalada 20 yanvar hadisələrinə etiraz zamanı heç bir silahımız yox idi. Sadəcə olaraq xalq üsyana qalxıb Bakıdakı 20 yanvar hadisələrinə öz etirazını bildirirdi. Daha sonra bizə məlum oldu ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hər tərəfli blokadaya alınmışdılar. Təbii ki biz xəbəri eşitdikdən sonra yeni qırğınların törədilməsinə imkan vermədik. Lakin buna baxmayaraq sovet ordusu bizlərdə divan tutdu. Neftçalada 2 nəfər Şəhid oldu .Bir neçə müddət Neftçalada törədilən qanlı Yanvar hadisələrindən sonra məni ölü bilirdilər. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər. Lakin sonra fikirlərindən daşınıb bizi vertalyotla Bakıya gətirmişdilər”.
Bir yazarın Ələkbər Talıbov haqqında məqaləsində qeyd etdiyi fikirlər diqqətimi çəkmişdi. O deyirdi: “Biz ağlımız kəsəndən onun söhbətlərinə qonaq olmuşuq. Ələkbər Talıbov ruhumuzu qəhrəmanlıq duyğuları ilə tərbiyə etdirir, erməni vəhşiliyi, vətən uğrunda canından keçən neçə-neçə igid oğulların qəhrəmanlıqla şəhid olması haqqında xeyli məlumat vermişdir. O həmçinin gənclərin də vətənpərvər ruhda böyüməsini, tarixini unutmaması üçün əlindən gələni əsirgəməmişdir. Onlara tarixi gözəl şəkildə aşılamağa çalışmışdır”.
Müsahibələrindən birində belə qeyd etmişdir: “Mən istiyərəm ki, gənclərimiz 20 yanvar hadisələrinin yalnız Bakı da olduğunu bilməsinlər, bilsinlər ki İmperiyaya meydan oxuyan Azərbaycan xalqı Neftçalada da güllə-baran edilib. 25 yanvar hadisələri zamanı bizim rayonda iki nəfər Şəhid oldu. Mən özüm güllə yarası aldım. Biz ayağa qalxdıq ki müstəqilliyimizi qoruyaq. Qan yaddaşımızı unutmaq olmaz”.
8 il bundan öncə ANS TV-də Mirşahinin aparıcılığı ilə yayımladığı “Ən Yeni Tarix” verlişində 1990-cı il 19-20 yanvar faciələri barəsində müzakirələr olmuşdur. Həmin verlişə 20 yanvar qaziləri və iştirakçıları dəvət olunmuşdur. Dəvətlilər arasında Ələkbər Talıbov da var idi. Verliş əsnasında aparıcı Mirşahin verlişdə qonaq kimi dəvət olunan 1990-cı ildə yanvar hadisələri ilə bağlı keçmiş Neftçala İH-nin başçısı Fərman Hüseynova bu hadisələrlə bağlı müxtəlif suallar verirdi və oda öz növbəsində 1990-cı il 20 yanvar hadisəleri barəsində və bu hadisələrdə qəhrəmanlıq, vətənpərvərlik sərgiləyən şücaətlər barəsində maraqlı faktlar və yaddaşlara yazılacaq müzakirələr etmişdir. Söhbət əsnasında Fərman Hüseynov qeyd etdi ki, həmən ərəfələrdə bizim idarə heyyətinin üzvü olan Ələkbər Talıbov həmən dəstəni güllələmək adı ilə bir sıraya düzən zaman O, uca səslə dediki :Qardaşlar madam ki bizi gülləliyəcəklər, əllərimiz qandallı xornan hər kəs Kəlmeyi şəhadət dedi və əsgərlərin üstünə cumdular. Mirşahin bu zaman Ələkbər Talıbova üz tutaraq dedi : İcazə verin soruşaq . O anda Ələkbər bəy siz nə fikirləşirdiniz?
Ələkbər Talıbov çıxış edərək dedi: o anda fikirləşdik ki, biz onsuzda ölümə gedirik və uşaqlara uca səsdən söylədim ki, gəlin hamımız birlikdə Kəlmeyi- şəhadəti oxuyaq! Onsuzda ölürük Azərbaycanın müstəqilliyi, bütövlüyü və toxunulmazlığı uğrunda ölək! Və ölürüksədə kişi kimi ölək! Onun bu sözləri çox qürurvericidir. Hətta ölümün bir addımlığında olmasına baxmayaraq yenə də dilində, ağlından xalqına olan sevgisi bitmir, yenə də ölürəmsə Vətən uğrunda ölürəm deməsi məhz onun qəlbində olan vətənpərvərlik ruhundan, Vətənə olan bağlılığından xəbər verir.
20 yanvar qazisi, Azaqlıq uğrunda mübariz, Qarabağ müharibəsi iştirakçısı, Prezident təqaüdçüsü Ələkbər Talıbov həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Xəzər hövzəsi Qəza Xilasetmə Xidmətinin idarəsində gəmi kapitanı vəzifəsində çalışmışdır.
Ələkbər Talıbov Azərbaycan xalqına göstərdiyi yüksək vətənpərvərliynə görə müxtəlif təltif və mükafatlara layiq görülmüşdür. O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə qanlı “20Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülmüşdür.
Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, azadlıq fədaisi, aşiqi olan, qəlbində daim vətənpərvərlik hissi ilə yaşayan, Azərbaycan xalqına qarşı törədilmiş döyüşlərin canlı iştirakçısı olan, “Azadlıq uğrunda mübariz” olan Qazimiz Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də qəflətən vəfat etdi. Onun vəfatı onu tanıyan hər birmiz üçün ağır itki oldu. Bu itki ailəsini, onunla müharibələrdə birgə şücaət göstərmiş silahdaşlarını, həmkarlarını və onu tanıyanları dərindən sarsıtdı. Nə vaxtsa bu xəbəri alacağımız ağlımıza gəlməzdi. Dəfn mərasimində 20 Yanvar qaziləri, döyüş yoldaşları, həmkarları və s. iştirak etmişdirlər.
Onun oğlu Gənc şərqşünas-alim, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, həmçinin də Bakı Avrasiya Universitetinində bizə ixtisas ölkəsinin tarix fənnindən doğru mənbələrlə tarixi aşılayan Sübhan Talıblı hər zaman tədris etdiyi dərs müddətində dərsdən əlavə vaxt ayıraraq Ələkbər Talıbov haqqında dərin məlumatlar verir, onun göstərdiyi qəhrəmanlıqlar barəsində böyük fəxr, qürur hissi ilə bizi aşılarıydı. Bu ölüm ən çox da oğluna böyük ağır itki oldu. Ən çoxda onu sarsıtdı. Mən də öz növbəmdə dəyərli müəllimimiz olan dos. Sübhan Talıblıya dərin hüzünlə başsağlığımı bildirirəm! Allah rəhmət etsin! Məkanı cənnət və ruhu şad olsun! Ailəsinə və yaxınlarına səbr arzu edirəm.
Azərbaycan xalqı daim tarix yazır. Zənnimcə Ələkbər Talıbov da bunlardan biri oldu. O tarix yazdı. O Azərbaycan tarixinə göstərdiyi vətənpərvərlik nümunəsi ilə iz qoydu. Necə deyərlər xalqın tarixini qəhrəmanlar yazır məhz Ələkbər Talıbov da bunlardan biri oldu. O Həqiqətən də Azərbaycanın Görünməz Qəhrəmanıdır! Mən bu gün böyük qürur hissi ilə deyə bilərəm ki Mən fəxr edirəm ki Mən Azərbaycanlıyam və mən fəxr edirəm ki Xalqımın Ələkbər Talıbov kimi vətənpərvər oğulları, qaziləri, şəhidləri, qəhrəmanları var!
Mehriban Xəlilli
❤️❤️❤️