Genel

Azərbaycanın dövlət siyasətində Qarabağa aparan yol – Sübhan Talibli

Dr. Doç. Sübhan Talıblı

Tarix üzrə fəlsəfə doktoru, dosent

Şanlı və tarixi qələbəmiz

Azərbaycan ordusunun bizə bəxş etdiyi Zəfər II əsrdir gözlədiyimiz bir qalibiyyətin və mübarizənin nəticəsi idi. Zaman-zaman böyük dövlətlərin gücü ilə tarixi torpaqlarımıza yerləşdirilən ermənilər xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişdilər. İllərdir Azərbaycan xalqına qarşı böyük dövlətlərin və regional güclərin hərətərəfli dəstəyilə təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər özlərinə saxta tarix yaratmaqla kifayətlənməmiş, tarixi Azərbaycan torpaqlarını “Böyük Ermənistan” ərazisi kimi qələmə vermiş və bu saxta fikirləri ilə beynəlxalq ictimaiyyəti inandırmağa çalışmışlar. XX əsr boyu torpaqlarımızı hissə-hissə mənimsəyən ermənilər böyük güclərin köməyi ilə 1918-ci ildə tarixi Azərbaycan ərazisində öz dövlətlərini böyük dövlətlərin dəstəyi ilə yaratmağa nail oldular. Sovetləşmədən sonra Dağlıq Qarabağa yiyələnmək arzusuna çata bilməyən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Həmin vaxt Azərbaycan iri dövlətlər tərəfindən müdafiə olunan Ermənistanın işğalçılıq siyasətinin qarşısını ala bilmədi. Bununla kifayətlənməyən ermənilər Azərbaycandan yeni torpaqlar əldə etmək üçün tez-tez təxribatlar törətməyə başladılar.

2020-ci ilin iyulunda Dağlıq Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində Ermənistan və Azərbaycan arasında dövlət sərhəddində Ermənistan ordusu atəşkəsi pozmuş və həmin istiqamətdə döyüşlər başlayıb.Hərbi əməliyyatlar geniş miqyas almasada artilleriya istifadə olunub, daha çox yüksəkliklər uğrunda mövqe döyüşləri gedib.Üç gün çəkən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və iki mayor olmaqla 11 hərbçisi şəhid olub.Bütün bu baş verənlər təcavüzkar Ermənistan dövlətinin növbəti təxribatından başqa bir şey deyildi.Qələbə ilə başa çatan tarixi bir müharibənin başlanması ilə nəticələnən hərəkət idi. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində şəhidlərimiz və qazilərimizin olduğu haqqında bəyanat yaymışdır.

Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirdi.

Ermənistan Respublikasının və orudusunun təcavüzkar siyasətinə qarşı Azərbaycan ordusunun apardığı 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən düşmən ordusu tamamilə dağıdıldı, 80 faizə qədər hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, 30 illik təcavüzkar Ermənistanın apardığı işğala son qoyuldu. Azərbaycan rəhbərliyinin apardığı düşünülmüş siyasət  nəticəsində, Ağdam, Laçın, Kəlbəcər rayonları isə siyasi yolla, heç bir itki vermədən tam azad olundu və bu şanlı qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ümumiyyətlə, Azərbaycan ordusu tarixdən bugünə kimi həmişə sülhün və əmin-amanlığın tərəfdarı olmuşdur.

30 ilin əziyyəti,  ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik və  “artıq yetər” deyib torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silaha sarıldıq.  “Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, şəhərlərimiz əsarət altında nə qədər qalacaqdı?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

44 günlük müharibə və düşmən üzərində TARİXİ QƏLƏBƏ dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz, müzəffər xalqımız  Zəfər  gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər, dünyada və regionda həm də sülhün, əmin-amanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri, xalqları həmrəyliyə səsləyir. Nankor, xəbis erməni xəyanətkarlarının uzun illər xalqımıza, torpaqlarımıza təcavüz etməsinə, insanların başına min bir müsibətlər gətirməsinə, kütləvi qırğınlar, terrorlar, soyqırımları, təxribatlar törətmələrinə baxmayaraq, dövlətimiz heç zaman müharibənin tərəfdarı olmamışdır. Azərbaycan Respublikası Prezidenti və müzəffər Ordumuzun Ali Baş komandanı İlham Əliyev dəfələrlə xatırlatmışdır ki: “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azad olunması uğrunda döyüşür”.   Azərbaycan Respublikası Silahlı Qüvvələlərinin Ali Baş Komandanıcənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə torpaqlarımızın işğaldan azad edilməsi milli dövlətçilik və hərb tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, çətinlik xalqımızın qələbəyə inamını sarsıtmadı. Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş daxili və xarici siyasət kursu dayanırdı. Məhz Qələbə  onun apardığı dərin siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticəsində əldə edilmişdir. O, dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirdi. Qalibiyyət qazanandan sonra indi bütün dünya deyir ki, Azərbaycan ən müasir, ədalətli  müharibə apardı və 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi. Ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təchiz olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.

Bu gün dünya siyasətçiləri Prezident İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən fəxarətlə söz açır. Bəli, Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi: bir tərəfdən  dünyanı cənginə alan koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz, xəbis, xain, nankor  düşməni ilə müharibə etmək… Bu işğal bizim gözümüzü kölgəli, başımızı aşağı etmişdi. Bəli, havadarları sayəsində ermənilərin torpaqlarımızı işğal etməsi, sərvətlərimizi talan etməsi bizim yaralı yerimiz idi. Ölkə Prezidentinin uzaqgörənliyi, düşünülmüş siyasəti tarixi qələbəmizə tuşlanmışdı. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu.Bu misilsiz  tarixi qələbə  əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. Həm ölkəmizdə, həm də xaricdə yaşayan Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi. Çünki həmin gün şəhidlərimizin və qazilərimizin qisası alınmışdı. Bu Qələbəni xalqımıza yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezident İlham Əliyevə və Müzəffər Ordumuza  minnətdarıq! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə torpaqlarımız azad olundu. Bəli, bu qələbə bizim tarixi və hüquqi haqqımız idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və dünya azərbaycanlıları, qardaş Türkiyə xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır.

İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyəsi  işində, milli vətərpərvərlik ruhunda əsas rol oynamışdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır, müqəddəsdir. Biz gənclər xalqımızın əldə etdiyi tarixi və şanlı qələbəmizi həm ölkəmizdə, həm də dünyada təbliğ etməliyik.

ADU-nun tələbəsi, gənc könüllü

Səma Vahabzadə

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest