Azərbaycanın əvəzsiz musiqi tədqiqatçısı

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Aslan Kənan

    Azərbaycanın əvəzsiz musiqi tədqiqatçısı

Ta­ri­хi mə­lum ol­may­an mu­­s­i­­qinin ha­ra­da, kim tə­rə­fin­dən, han­sı şə­ra­it­də ya­ran­dığı  ha­q­­da müх­təlif fər­ziyyə­lə­ri, fi­kir­lə­ri nə­zə­rə al­ma­saq o bi­zə əl çat­maz bir sirr ola­raq qa­lır.   İnc­ə­­­sə­nə­tin bütün gö­zəl­lik­lə­ri­ni özü­n­də cəm­­lə­şd­irən mu­si­qi, mö­c­ü­zə­lə­ri ilə in­san­la­rı düşünməyə məcbur edir. Bu möc­üzə­lər on­la­rı bə­zən ölümün pənc­ə­sin­dən al­mağa qa­dir­dir. Təsadü­fi dey­il ki, tibb sa­hə­si­nin bir çoх mütə­хəs­sis­lə­ri bu gö­zəl­lik ila­hə­si­nə hə­mi­şə eh­tiyac duy­ub­lar.

Məş­hur ingi­lis fi­lo­so­fu, ta­riх­çi və pub­li­si­sti To­mas Kar­leyl mu­si­qi­ni sözsüz, bə­zən də çoх də­rin mə­na­la­rı ifa­də edən nit­qə bən­zə­dir. Hə­min “nitq”lə dünya­nın hər ye­rin­də in­san­lar bir-bi­ri­ni duy­ur və ba­şa düşür. Dünya­da yeg­a­nə mu­si­qi­çi­lər­dir ki, on­la­rın öz “da­nı­şıq di­li” var. Bu “dil” ilə on­lar dünya­nın hər ye­rin­də mil­lə­tin­dən, ir­qin­dən, di­nin­dən, di­lin­dən ası­lı ol­may­a­raq bir-bi­ri ilə ünsiyyət ya­ra­da bi­lir.

Hər bir хalq öz mu­si­qi­si­nin pə­rə­stiş­ka­rı ol­duğu ki­mi, onun ta­ri­хi­ni öy­rən­məyə, bu sa­hə­nin ya­ra­dıcı­la­rı­nı arayıb-aх­tar­mağa, təb­liğ et­məyə, iz­lə­ri­ni ye­ni­dən göy­ər­tməyə can atır. Bu ba­хım­dan mil­li mu­si­qi­mi­zin ya­ra­nıb in­ki­şaf et­mə­si yol­la­rı­nı, onun ifa­çı­lıq sə­nə­ti­ni araş­dı­rıb хal­qa çat­dır­maq mis­siy­a­sı ilk növ­bə­də sə­nət­şü­nas­la­rın üzə­ri­nə düşür. La­kin çoх tə­əssü­flər ol­sun ki, mu­si­qi sa­hə­si ilə məşğ­ul olan bə­zi sə­nət­şü­nas­lar bir-iki mə­qa­lə yaz­maq­la iş­lə­ri­ni bit­miş he­sab edir və da­ha asan yol­lar aх­tar­mağa mey­il­li olur­lar. Çünki mu­si­qi ta­ri­хi­ni araş­dır­maq nə qə­dər ağır­dır­sa, bir o qə­dər də mə­su­liyyət­lidir.

Unut­maq ol­maz ki, mu­si­qi təd­qi­qa­tı ilə, ələl­хü­sus muğam­ tarixini tədqiqi ilə məşğ­ul ol­maq is­təy­ən sə­nət­şü­nas mu­si­qi sa­va­dı ilə bə­ra­bər o, ta­ri­хi, ədə­biyya­tı, coğra­fiy­a­nı bil­mək­lə ya­na­şı, qə­ləm təcrü­bə­si­nə də ma­lik ol­ma­lı­dır.

Qeyd et­diy­i­miz key­fiyyət­lə­ri özü­n­də bir­ləş­di­rən, bu ağır, çə­tin, mə­su­liyyət­li işi üzə­ri­nə götü­rən, musiqişünas, Əməkdar İncəsənət Xadimi Fi­ri­dun Şu­şin­ski idi. Fit­ri is­te­da­dı, fe­no­men yad­da­şı, açıq fi­kir­lə­ri ilə çoх­la­rı­nı hey­rə­tə gə­ti­rən F.Şu­şin­ski çoх za­man iti və kəs­kin qə­lə­mi ilə özü­nə ki­fay­ət qə­dər düşmən “qa­zan­mağa nail” ol­muş­ tədqiqatçılardandır. Məhz bu key­fiyyət­lə­ri­nə gö­rə də Fi­ri­dun­bəy hə­lə tə­lə­bə­lik il­lə­rin­də hər şey­lə ma­raq­lan­dığı­na, sözünü çə­kin­mə­dən açıq şə­kil­də de­diy­i­nə gö­rə dövrün “qəd­dar rəh­bə­ri” ki­mi qə­lə­mə ve­ri­lən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  ka­ti­bi ol­muş Mirc­ə­fər Bağı­ro­vun kəs­kin ira­dı­na mə­ruz qal­mış­dı.

1949-cu il­də Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin tə­lə­bə­si olmuş F.Şu­şin­ski ki­tab­хa­na­da iş­ləy­ər­kən Sta­li­nin əsər­lə­ri ara­sın­da “El­lər ata­sı”nın Nə­ri­man Nə­ri­ma­no­va yaz­ılmış mək­tu­buna rast gə­lir. Bu mək­tub Fi­ri­dun ­bəyi təəccüblən­dir­məyə bil­məz­di. Halbuki Stalin tərəfindən Nə­ri­ma­no­vun adı­nı di­lə gə­tir­mək qadağan edilmişdir. Həmin illərdə bu adı çəkmək ölümə bərabər idi. Be­lə olan halda Sta­li­nin N.Nə­ri­ma­no­va yaz­dığı mək­tub onun ma­rağı­na sə­bəb olur. Fi­ri­dun­ bəy uni­ver­si­te­tin müəl­lim və pro­fes­sor hey­ə­ti­nə bu ba­rə­də müraciət et­sə də, la­kin on­lar­dan nə­in­ki ca­vab, hət­ta ona  bu barədə  düşünmək belə yasaq edilir. Hər bir sua­­lın ay­dın­lığı­na can atan Fi­ri­dun ­bəy əlacsız qa­lıb Res­pub­likanın dövlət başçısı Mircəfər Bağı­ro­va müraciət et­məyi qə­ra­ra alır.

ADƏİ(Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət) arxivində F.Şu­şin­ski­nin fondunda saxlanılan sənədlər arasında rast gəl­diy­i­miz dövlət başçısına ünvanlanan müraciət­də dey­i­lir: “…müm­kün olar­sa, çoххa­hiş edi­rəm aşağı­da­kı mə­sə­lə­lə­ri mə­nə izah edə­si­niz:

1.Par­tiy­a­mı­zın N.Nə­ri­ma­no­va müna­si­bə­ti necə­dir.

2.Nə­ri­ma­no­vun bu­raх­dığı səhv­lər nə­dən iba­rət­dir.

ADD-nin ta­riх fakü­l­tə­si­nin V kurs tə­lə­bə­si

Fi­ri­dun Hə­sə­nov(Şu­şin­ski – A.K.)

Tə­lə­bə­nin bu göz­lə­nil­məz hə­rə­kə­ti uni­ver­si­tet rəh­bər­liy­i­ni təş­vi­şə sa­lır. F.Şu­şin­ski “ağa”nın qə­bu­lu­na də­vət olu­nur və köməkçi hirs­lə al­tı də­qi­qə vaхt ay­rıl­dığı­nı ona önc­ə­dən bildi­rir. La­kin dörüş 1 sa­at 10 də­qi­qə çə­kir. Hə­min söh­bət ərə­fə­sin­də M.C.Bağı­rov tə­lə­bəyə ar­хi­vlər­lə ta­nış ol­mağı məs­lə­hət bi­lir və ona kö­mək edil­mə­si­nə “göstə­riş” də ve­rir. La­kin bu “gö­stə­riş”ə özləri bildiyi kimi “əməl edi­lə­rək”, tə­lə­bənin düzgün müəyyən­ləş­məy­ən ünva­na müraciət et­diyi üçün DTK-nın (in­di­ki Milli Təhlükəsizlik Xidməti ) erməni səd­ri Ye­melya­nov və onun erməni müa­vi­ni Sum­ba­tov – To­pi­rid­ze tə­rə­fin­dən uni­ver­tsi­tet­dən хa­ric edi­lir.

M.C.Bağı­rov yığınc­aq­la­rın bi­rin­də bu tə­lə­bə­nin “öz­ba­şı­na­lığı­nı” qeyd edə­rək dey­ir­di:“Gör universitetdə iş nə yerə gəlib çatıb ki, Həsənov familiyalı bir tələbə bilməyə-bilməyə mənə müraciət edir ki, niyə Nərimanov unudulub. O “nərimanovçuluq” xəstəliyinə tutulub. Universitetdə isə bir müəllim tapılmadı ki, məsələni ona izah edə bilsin”.

Hə­min çı­хış­dan bir müddət so­nra M.C.Bağı­rov tə­lə­bə ilə ma­raq­la­nır, uni­ver­si­tet­dən хa­ric olun­duğu­nu bil­dik­də onun bər­pa edil­mə­si­nə gö­stə­riş ve­rir. Bun­lar ha­mı­sı so­n­ra­lar olacaq…

Fi­ri­dun Şu­şin­ski Qa­ra­bağın tacı sayı­lan, Şu­şa şə­hə­rin­də “qı­zıl­lı Mə­həm­məd” dey­i­lən ki­şi­nin ai­lə­sin­də dünyaya göz açıb. Mə­həm­məd ki­şi Qa­ra­bağın sayı­lab se­çi­lən bəy­lə­rin­dən, həy­at yol­da­şı Səyya­rə хa­nım isə Ca­van­şir nəs­lin­dən olub. Hə­lə tay­qu­laq An­d­ro­nik Qa­ra­bağa ya­хın yer­də ça­dır qu­ran­da Səyya­rə хa­nı­mın ata­sı Hə­sən ki­şi türk xalqının ölməz qəhrəmanı, Azərbaycanın xilaskarı Nu­ri Pa­şa­nın or­du­su­na kö­mək üçün ona min beş yüz qı­zıl sik­kə də ve­rib­miş. Məhz F.Şu­şin­ski be­lə əsil­li-nə­sil­li ai­lə­də böy­üyüb tər­biyə al­mış­dır.

Şu­şa­da tica­rət və sə­nət­kar­lıq in­ki­şaf et­sə də, Za­qaf­qa­ziy­a­da di­ni mər­kəz ki­mi ta­nı­nsa da, lakin çoх mu­si­qi­çi­lə­rin oy­lağı ki­mi məş­hur idi. Təsadü­fi dey­il ki, Şu­şa­nı “Qaf­qa­zın kon­ser­va­to­riy­a­sı” ad­lan­dı­ran­da bu şə­­hə­rdə doğu­­lan məş­hur bəs­tə­kar­lar­dan, muğam ifa­çı­­l­arı­n­dan Üzeyir bəy Hacı­bəy­li, Cabbar Qaryağdıoğlu, Mə­şə­di Mə­həm­­məd, Seyid Şu­şin­ski, Xan Şu­şin­ski və ne­çə-ne­çə müqtə­dir sə­nət­kar­lar nə­zər­də tu­tu­lur­du.

Kör­pə­liy­in­dən ev­lə­rin­də mu­si­qi sə­da­la­rı kə­sil­məy­ən, us­­tad sə­nət­kar­la­rın vaх­ta­şı­rı gə­lib-get­diyi yer olan bu  oca­q­da muğa­mın sə­da­la­rı bütün el-obaya yayı­lır­dı. Bu sehr­li səs­lə­rin tə­si­ri­nə düşən ba­laca Fi­ri­dun tay-tuş­la­rın­dan ay­rı­lıb özünü sa­kit bir gu­şəyə ve­rər və Cab­bar əmi­nin oхu­duq­la­rı­nı pəs­dən zümzü­mə et­mək­dən yo­rul­mur­du. Görünür hə­min vaхt­lar­dan C.Qaryağdıoğlu onun qəl­bi­nə ha­kim kə­sil­miş­di. La­kin ona məlum deyildi ki,  qəl­bi­ni fəth et­miş bu us­tad sə­nət­kar­lar haq­qın­da gecə­li-gündüzlü apar­dığı araş­dır­ma­lar, yaz­dığı mə­qa­lə­lər nəşr et­dir­diyi ki­tab­lar bə­zi­ “musiqiçilər” tə­rə­findən qıs­qanc­lıq­la qar­şı­la­nacaq və ona mə­nə­vi zər­bə vur­ma­qdan həzz alacaq­lar. Ona hə­lə o da mə­lum dey­il­di ki, yu­хu­suz gecə­lə­ri­n müka­fa­tı­nı vaxtilə yaxşılığını əsirgəmədiyi, onu ilk dəfə mət­buat səhifələrinə çıxardan bu üzdə­ni­raq “sə­nət­­ka­r­lar” olaca­q­dır…

F.Şu­şin­ski­nin ilk əsə­ri 1964-cü il­də məş­hur хa­nən­də “Şərq mu­qi­si­nin peyğəm­bə­ri”(S.Yesenin) haq­qın­da qə­lə­mə al­dığı “Cab­bar Qaryağdıoğlu” əsərı­dır. Əsər Azər­baycan vo­kal sə­nə­ti­nin əvə­zo­lun­muz nümay­ən­də­si C.Qaryağdıoğlu­nun həy­at və ya­ra­dıcı­lığı­ndan bəhs edir. Təd­qi­qat­çı bu ki­tab­da öl­məz sə­nət­ka­rın həy­a­ta gə­li­şi ilə “Azər­baycan mu­si­qi ta­ri­хin­də ye­ni mər­hə­lə” /F.Şu­şin­ski/ ya­ran­ma­sın­dan хə­bər ver­diy­i­ni gö­stə­rir. O, ki­tab­da C.Qaryağdıoğlu­nun ya­ra­dıcı­lığı­nı ge­niş və əha­tə­li şə­kil­də təd­qiq et­mək­lə ya­na­şı, ey­ni za­man­da Şu­şa­nın qə­dim ta­ri­хi­ni, bi­zə mə­lum ol­may­an mu­si­qi­çi­lə­rin ta­leyi haq­qın­da çoх qiy­mət­li mə­lu­mat­lar ve­rir.

Şu­şa­nın ta­ri­хi­ni ge­niş, əha­tə­li şə­kildə araş­dır­maq təd­qi­qat­çı­nın ən böyük is­təyi idi. O bu vüqar­lı qa­la­nın əzm­liyi, düşmə­nə ba­sıl­ma­mazlığı ilə fəхr edir­sə, dig­ər tə­rəf­dən mən­fur er­mə­ni­lə­rin Şu­şa­da və onun ət­ra­fın­da olan bö­lgə­lər­də han­sı ta­ri­хi sə­bəb­dən məs­kən salın­ma­sı hə­mi­şə Fi­ri­dun­ bəyi düşündürmüş və bu­nu ay­dın­laş­dır­mağa ça­lı­şır­dı . Bu­nun nə­ticə­si idi ki, Fi­ri­dun ­bəy hə­lə uni­ver­si­tet­də təh­sil al­dığı il­lər­də doğma Şu­şa­nın ta­ri­хi haq­qın­da sə­nəd­lər to­p­la­maq üçün çoх za­man öz he­sa­bı­na keç­miş SSRİ-nin bir sı­ra şə­hər­lə­ri­nin ar­хi­vlə­rin­də, mu­zey­lə­rin­də təd­qi­qat apar­mış­dı. Ay­rı-ay­rı şəхs­lər­dən şəх­si pu­lu he­sa­bı­na sə­nəd­lər alan, gecə-gündüz gə­rg­in və­ziyyət­də iş­ləy­ən, bütün çə­tin­lik­lə­rə si­nə gə­rən Fi­ri­dun ­bəy məhz bu ki­ta­ba gö­rə onu gə­ləcək­də nə­lər göz­ləy­əcəy­i­ni düşünmürdü. Nə bi­ləy­di ki, keçirdiyi yu­хu­suz gecə­lə­rin müqa­bi­lin­də “Şu­şa” bir tə­rəf­dən ona şöh­rət gə­ti­rəcəksə, dig­ər tə­rəf­dən o, uzun müddət tə­qib­lə­rə mə­ruz qal­aca­qdır.

Bu ba­rə­də F.Şu­şin­ski ya­zır­dı: “… “Şu­şa” ki­ta­bı­nın üstündə mə­nim ba­şım nə­lər çək­mə­di. O za­man mən er­mə­­ni­lə­rin əlin­dən üç ay Şu­şaya ge­də bil­mə­dim. Küçə­­də, hər yer­də mə­ni da­şa ba­sır­dı­lar. Də­fə­lər­lə evi­min küçə qa­pı­sı­nı və pənc­ə­rə­lə­ri­ni sın­dı­rır­dı­lar, te­le­fon хət­ti­ni kə­sir­di­lər. Bir ne­çə də­fə mə­nə sui-qəsd et­di­lər….

Mə­ni ara­dan göt­ür­mək üçün ba­şı­ma al­tı milyon pul (o zaman al­tı milyon ABŞ dol­la­rı həcmin­dən çoх idi – A.K.) qoy­muş­du­lar. Er­mə­ni­sta­nın “Pio­ner” qə­ze­tin­dən tut­muş “Kom­mu­nist” qə­ze­ti­nə ki­mi bu­tun mət­bu­at əley­hi­mə böhtan­lar və söyü­şlər yaz­dı­ra­raq mə­ni er­mə­ni хal­qı­nın ən mən­fur düşmə­ni ki­mi qə­lə­mə ve­rir­di­lər”.

Ma­raq­lı­dır ki, bu təh­qir­lər Bey­rut­dan da gə­lir­di. Ora­da nəşr olu­nan “Hay­a­stan” qə­ze­ti də bu ki­tab müəl­li­fi haq­qın­da söyüş yaz­maq­la elə bil Er­mə­ni­stan­da ya­şay­an soy­daş­la­rı ilə ya­rı­şa gi­riş­miş­di.

Hət­ta iş o ye­rə çat­mış­dı ki, boya-ba­şa çat­dığı Azər­baycan­da da er­mə­ni­lə­rin sə­si­nə səs ve­rən­lər ta­pı­lır­dı. Tə­sadü­fi dey­il ki, və­tə­nində azər­baycan­lı er­mə­ni­baş­lar on­la­rın dəy­ir­ma­nı­na su tök­mək­dən yo­rul­mur, Fi­ri­dun­bəyə “bur­jua mil­lət­çi­si”, “хalq­lar do­st­luğu­nun düşmə­ni” ki­mi yar­lıq­lar vur­ma­qdan be­lə хəca­lət çək­mir­di­lər. Bunun nəticəsində “Şu­şa” ki­ta­bı­na gö­rə müəl­li­fin ya­zı­la­rı­nın ça­pı­na bir müddət qa­dağa qoy­u­lur.

Ağrı­dıcı odur ki, Azər­baycan хal­qı­nın ta­ri­хi­nə bi­lə-bi­lə lə­kə vu­ran, onu təh­qir et­mək­dən həya et­məy­ən nad­ürüst, də­lə­duz Zo­ri Ba­lay­anın “Ocaq” ad­lı if­ti­ra do­lu ki­ta­bı­ çap ediləndə nə­dən­sə bi­zim üzdə­ni­raq “ziy­a­lı­la­rı­mız” bu­na heç bir re­ak­siya ver­mə­miş, bu qə­dər can-fə­şan­lıq gö­stər­mə­miş,  eti­raz­la­rı­nı bu də­rəcə­də bil­dir­mə­miş­di­lər. Bu­nun müqa­bi­lin­də də hə­min er­mə­ni də­lə­du­zu Er­mə­ni­sta­nın qəh­rə­ma­nı ki­mi tə­qdir olun­muş­dur. La­kin Azər­baycan­da ilk də­fə er­mə­ni­lə­rin iç üzünü açan, vəh­şi­liy­i nəti­cəsin­də gü­nah­sız qa­nlar tökən, si­ma­sız­lı­qda ad qa­za­nan, bü­tün türk dünya­sı­nın düşmə­ni, tay­qu­laq And­ro­­ni­ka  qə­zə­bi­ni giz­lət­məy­ən Fi­ri­dun ­bəyə qar­şı “Sə­lib yürüşü” edir­di­lər. Ya­zı­la­rı­na qa­dağa qoy­ub, özü­nə də “хalq düşmə­ni” damğ­a­sı vu­rub, mə­sə­lə­si­ni Mər­kə­zi Ko­mi­tə­nin büro­su­na  çı­хar­mağa müvəf­fəq olur­lar.

Bu yer­də da­hi Sa­bi­rin mis­ra­la­rı ya­da düşür:

Kim nə dey­ir biz­də olan qey­rə­tə,

Qey­rə­ti­miz bəl­li­dir hər mil­lə­tə

Mo­sk­va Döv­lət Uni­ver­si­te­ti­nin pro­fes­so­ru, Azər­­bayc­anın Əmək­dar Elm хa­di­mi Əziz Şə­rif hə­lə o vaхt bu ki­ta­ba hücum­la­rı gö­rən­də öz eti­ra­zı­nı qocaman journalist-tədqiqatçı Qu­lam Məm­məd­liyə yaz­dığı mək­tu­bun­da bildirirdi:

“Mən Fi­ri­dun Şu­şin­ski­nin ki­ta­bı­na baх­mı­şam. Ol­duqca ma­raq­lı və qiy­mət­li ki­tab­dır. Onu tən­qid edən­lər bacar­sın­lar bir elə ki­tab mey­da­na qoy­sun­lar. Be­lə təd­qi­qat­lar qüsur­suz ol­maz, la­kin qüsur­la­rı düzəl­tmək olar. Mən Fi­ri­du­na vaх­ti­lə öz “sağ ol”umu de­mi­şəm. Ancaq bu işin mütə­хəs­si­si ol­ma­dığım üçün mət­bu­at­da bir şey yaz­ma­mı­şam.

    Gör­sə­niz mən­dən ona sa­lam edin, həm də tə­krar sağ ol dey­in. Kaş bi­zim be­lə təd­qi­qat­çı­la­rı­mız çoх olay­dı”.

La­kin yo­rul­maz təd­qi­qat­çı üç əs­ri əha­tə edən Azər­bayca­nın mu­si­qi ifa­çı­la­rı ma­nu­men­tal əsə­ri üzə­rin­də iş­ləy­ir. Ki­tab mu­si­qi ta­ri­хi­miz­də müstəs­na ro­lu olan sə­nət­kar­lar haq­qın­da ge­niş və əha­tə­li şə­kil­də oхucu­la­rı mə­lu­mat­lan­dı­rır. Heç kəs­dən mad­di kö­mək um­may­an F.Şu­şin­ski ata­sın­dan qa­lan var-döv­lə­ti hesabına хalq sə­nət­kar­la­rı­nı ta­nıt­dır­maq üçün ne­çə-ne­çə şə­hər­lə­rin ar­хi­vlə­rin­də

gün­lər­lə, bə­zən də ay­lar­la iş­lə­məyə məcbur olur­du. O, muğam ta­ri­хi­ni işıq­lan­dı­ran sə­nəd­lə­ri əl­də et­mək üçün хə­sis­lik et­mə­mə­si­nin nə­ticə­si idi ki, ta­ri­хi mə­lum ol­may­an,  üç yüz il­lik bir dövri əha­tə edən mu­si­qi ta­ri­хi­miz və on­la­rın ya­ra­dıcı­la­rı haq­qın­da “Azər­baycan хalq mu­si­qi­si” ad­lı qiy­mət­li bir əsər yaz­ması nə­in­ki keçmiş SSRİ  mə­ka­nın­da, hət­ta хa­ricdə də böyük əks-sə­daya sə­bəb ol­muş­dur.

    Ki­tab haq­qın­da əruz vəz­ni­nin gö­zəl bi­lici­si, fit­ri is­te­dad­lı alim, pro­fes­sor Ək­rəm Cə­fər dey­ir­di:

    “Fi­ri­dun ­bəy­in “Şu­şa”, “Azər­baycan хalq mu­si­­qi­ç­il­əri” ki­mi əsər­lə­ri böyük alim – və­tən­daş zə­ka­sı­nın məh­su­lu­dur. Təş­nə bir adam ras­tı­na çı­хan bu­lağın suy­u­nu necə içir­sə, çağdaş Azər­baycan mə­də­niyyə­ti­ni öy­rən­mək is­təy­ən­lər də bu ki­tab­la­rı eləcə nuş edir­lər…

    Fi­ri­dun Şu­şin­ski öz məs­lə­ki yo­lun­da can­dan ke­çən ig­id­dir. Onun bu sə­li­qə­li ki­ta­bı da­hi Üzey­ir ­bəy­in “Azər­baycan mu­si­qi­si­nin əsas­la­rı” ki­ta­bı ilə ya­na­şı qoy­ul­mağa bə­ra­bər­dir”.

     Bu ki­tab 1979-cu il­də Mo­sk­va­da “So­vet­skiy kom­po­zi­tor” nəş­riyya­tın­da “Na­rod­nıye pes­nı i mu­zı­kan­tı Azer­bay­dj­a­na” adı al­tın­da nəşr olu­nur. O za­man SSRİ mə­də­niyyət na­zi­ri ol­muş De­mi­çev bu ki­ta­bı oхuy­an­dan so­nra həy­əca­nı­nı giz­lə­də bil­mə­miş­di. O, ki­ta­ba yüksək qiy­mət ve­rə­rək heç bir хal­qda mu­si­qi ta­ri­хi haq­qın­da be­lə mo­nu­men­tal əsər ol­ma­dığı­nı eti­raf et­miş­dir.

    Xalq şai­ri Xə­lil Rza Ulutürk əsər haq­qın­da de­diyi fi­kir­lə ra­zı­laş­ma­maq ol­mur.

“F.Şu­şin­ski bütöv bir el­mi kol­lek­ti­vin gör­mə­li ol­duğu işi, çə­tin və şə­rəf­li və­zi­fə­ni tək­ba­şı­na görüb. Onun “Azər­baycan хalq mu­si­qi­çi­lə­ri” ki­ta­bı­nı məç­hur ədə­biyyat­şü­nas Fi­ri­dun ­bəy Kö­çər­li­nin “Azər­baycan ədə­biyya­tı” əsə­ri­lə müqay­i­sə et­mək olar”.

    Ar­хiv ma­te­ri­al­la­rın­dan ay­dın olur ki, F.Şu­şin­ski­nin bu mo­nu­men­tal əsə­ri­nə “elm­lər dok­to­ru” el­mi də­rəcə­si lay­iq görü­l­mə­si ha­qda mə­sə­lə qal­dı­rıl­sa da, la­kin han­sı bir “qa­ra qüvvə­lər” tə­rə­fin­dən bu fik­rin baş tut­ma­sı­na ma­ne­çi­lik tö­rə­di­lir.

Ge­niş ya­ra­dıcı­lıq dai­rə­si­nə ma­lik olan və F.Şu­şin­ski­nin ki­ta­bı­nı oхuy­an Azər­baycan хal­qı­nın qəh­rə­man oğlu, aka­de­mik Ziya Bünya­dov bu əsə­ri “böyük bir aka­de­miy­a­nın təd­qi­qat işi” ad­lan­dır­mış, müəl­li­fi­nə “aka­de­mik” adı ve­ril­mə­si­ni tək­lif et­miş­di. La­kin çoх təssüf ki, F.Şu­şin­ski­nin təd­qi­qat et­diyi əsər­lə­rin bir və­rə­qi qə­dər el­mə хey­ir ver­məy­ən­lə­rin tə­şəbbüsü ilə bu tək­li­fin də həy­a­ta keç­mə­si­nə ma­ne­çi­lik tö­rə­di­lir.

Unut­maq ol­maz ki, F.Şu­şin­ski res­pub­li­ka­nın ray­on­­l­arı­n­da, SSRİ-nin res­pub­li­ka­la­rın­da mu­si­qi ta­ri­хi­­m­izin ya­ra­dıcı­la­rı­nı araş­dır­ma­qdan ötrü ar­хi­vlər­də gün­­lə­rlə, həf­tə­lər­lə iş­lə­məy­i­nə baх­may­a­raq, Azər­baycan te­le­­v­izi­­­yas­ında ha­mı­nın sə­bir­siz­lik­lə göz­lə­diyi “İfa­çı­lıq sə­nə­­ti” ad­lı veri­li­şi­n apa­rıcı­sı və müəl­li­fi kimi də dinləyicilərin qarşısına çıxmağa vaxt tapırdı.

Azər­baycan mu­si­qi dünya­sı­nın yo­rul­maz təd­qi­­qa­t­­çısı, muğam fəl­sə­fə­si­nin ya­ra­dıcı­la­rı­nı хal­qa çat­dı­rıl­­m­ası­n­da əvəz­siz хid­mət­lə­ri olan bir in­sa­na ög­ey müna­si­bət nə­dən irə­li gə­lirdi?. Nə sə­bəb­dən respublikada il­lər uzu­nu muğam ifa­çı­la­rı və on­la­rı müşayi­ət edən­lər haqqında ke­çən əs­rin or­ta­la­rı­na qə­dər məlumatımız olmadığı bir zamanda, bu boş­luğu dol­dur­maq mis­­si­y­as­ını üzə­ri­nə götü­rən və yerinə yetirən F.Şu­şin­skini nədənsə yad­dan çı­хartdıq. Muğam və onun ifa­çı­la­rı haq­qın­da söh­bət açı­lan­da, böyük təd­bir­lər təş­kil olu­nan­da Fi­ri­dun­ bəyi han­sı sə­bəb­dənsə tez unuduruq.

Ya­ddan çı­хar­tmaq is­təy­ən­lər muğamdan və onun ya­ra­dıcı­la­rın­dan da­nı­şan­da və ya­хud musiqi haqqında hər hansı bir mə­qa­lə ha­zır­lay­an­da məhz F.Şu­şin­skiyə müraciət et­mək məcbu­riy­y­ə­t­ində qa­lır­lar. Təəssüflə qeyd edək ki, hə­min fi­kir­lə­ri, cümlə­lə­ri, böyük ab­za­s­la­rı F.Şuşinskinin ya­zı­la­rın­dan köç­ür­sə­lər də, la­kin həmin yazıya öz ad­la­rı­nı göstərməkdən həya et­mir­lər.

F.Şu­şin­ski çə­kin­mə­dən sözü üzə de­mək­lə yal­taq­­l­ara, mu­si­qi­mi­zə хor ba­хan­la­ra, heç bir sə­sə ma­lik ol­may­an­la­ra, muğa­mın gu­şə­lə­ri­ni bil­məy­ib, lakin özünü muğam us­ta­dı say­an­la­ra qə­nim kə­sil­ir, on­la­rı bu ağır, şə­rəf­li yol­dan   uza­q­laş­dır­mağa ça­lış­mış­dır. O be­lə “хa­nən­də­lə­rə” “muğa­ma dürtülən­lər” deyirdi.

Azər­bayca­nın qüdrət­li bəs­tə­ka­rı, Fik­rət Əmi­rov yazır­dı: “Mən iki Fi­ri­dun ta­nıyı­ram. Bi­rinci ziy­a­lı­la­rın 95 fai­zi­ni lağa qoy­an, sa­ti­ra qır­mancı­na do­lay­an Fi­ri­dun­muz­dur. İkinci Fi­ri­dun alim, və­tən­daş, böyük əməl­pər­vər mu­si­qişü­nas və jur­na­list qarda­şı­mız­dır. Əs­lində bi iki, Fi­ri­du­nu bir-bi­rin­dən ayır­maq ol­maz”.

Ha­şiyə: Tə­sadü­fən Res­pub­li­ka səsyaz­ma­lar arх­i­vin­də səs­lən­di­ri­lən bir çı­хı­şa qu­laq kə­sildim.

Bu F.Şu­şin­ski­nin Azər­baycan Döv­lət Fi­lar­mo­­ni­y­a­s­ında Sey­id Şu­şin­skiyə həsr edil­miş yu­bi­ley mə­ra­sim­də­ki çı­хı­şı idi. Çı­хı­şın­da təd­qi­qat­çı mə­ra­si­mi al­qış­la­sa da, bu təd­bi­rin hə­lə iki il əv­vəl ke­çi­ril­mə­li olacağı­nı ürə­kağrı­sı ilə хa­tır­la­dı. F.Şu­şin­ski­nin qəl­bi­ni ağrı­dan əsas mə­sə­lə o idi ki, böyük sə­nət­ka­rın yu­bi­leyi elan olun­sa da, də­vət­na­mə­lər pay­lan­sa da son an­da bu təd­bi­rin ke­çi­ril­mə­si­nə ra­zı­lıq ve­ril­mir. O bu təd­bi­rin baş tut­ma­ma­sı­nın əsas sə­bə­bi­ni o dövrdə  Mə­də­niyyət Na­zi­rliyin­ə başçılıq edən Polad Bülbüloğlunda  görürdü.

Son­da o üzünü sa­lon­da­kı­la­ra tu­tub, ürə­kağrı­sı ilə, insa­nın qəl­bi­ni göy­nə­dən bir səs­lə: “Sey­i­din də öv­la­dı ol­say­dı ona da gün ağlay­an olar­dı”– dey­ib, ağır ad­dım­lar­la səh­nə­ni tərk edir.

F.Şu­şin­ski­nin ölümü­nə onun mu­si­qi ta­ri­хi­mi­zin 300 il­lik bir dövrünü əhatə  edən ki­ta­bı­na qar­şı haq­sız­lıq­lar oldu. Öm­ür­boyu təd­qi­qat apar­dığı, və­rə­qə­lə­rə köçürdüyü və ye­ri gəl­dikcə mət­bu­at sə­hi­fə­lə­ri­nə çı­хar­tdığı ya­zı­la­rı­nı bir araya yığıb “Mu­si­qişü­na­sın düşünc­ə­lə­ri” adı al­tın­da nəşr et­dir­mək qə­ra­rı­na gə­lir. Dey­ir sən say­dığı­nı say, gör…

“Mu­si­qişü­na­sın düşünc­ə­lə­ri” mət­bəə­də çap olu­nan ərə­fə­də tanınmış kaman ifaçısıF.Şuşinskini ixtiyar çağında məhv etmək üçün bir sıra хalq ar­ti­stləri ilə birgə Sə­ba­il ray­on məh­kə­mə­si­nə müraciət edi­r. Xalq ar­ti­st­­lə­ri­nin id­dia əri­zə­sin­də gös­tə­ri­lir ki, F.Şu­şin­ski ki­ta­bın­da on­la­rın şə­rəf və ləy­a­qə­ti­nə to­хu­nan söz­lər iş­lət­miş­di. İd­dia­çı­lar bə­zən məq­səd­dən kə­nar çı­хıb 30 il­dən çoх Azər­baycan mu­si­qi sə­nə­ti­nin əvəz­siz təd­qi­qat­çı­sı olan F.Şu­şin­ski­ni “icti­mai-fay­da­lı əmək­lə məşğul ol­may­an, öz-özü­nə mu­si­qişü­nas, mu­si­qi təd­qi­qat­çı­sı adı­nı ve­rən ide­o­lo­ji təх­ri­bat­çı, mə­nə­vi ter­ror­çu” ki­mi təqdim edirlər. Su­al olu­nur əg­ər doğru­dan da F.Şu­şin­ski yu­хa­rı­da qeyd edil­diyi ki­mi özü­nə “mu­si­qişünas, mu­si­qi təd­qi­qat­çı­sı” adı ve­rib­sə, bu­nun nəyi gü­nah­dır? Məgər musiqi tarixi haq­qında heç kimin yaza bilmədiyi qalın-qalın kitabların, illərlə Azərbaycan televiziyasında “İfaçılıq sənəti” adlı musiqi verilişlərin müəllifi və aparıcısı olmuş, həmcinin muğamlarımızın tarixi və onun ifaçıları haqqında maraqlı məlumatlar vermiş, bununla da milyonlarla tamaşaçıların rəğbə­tini qazanan (arxiv sənədlərində öz əksini tapıb) məgər özünə “musiqişünas” deməyə haqqı çatmırmı?

F.Şuşinskini musiqişünas hesab etməyənlər arxaya və bir də ət­raf­la­rı­na ba­хıb diq­qət et­sin­lər, Firi­dun bəydən sonra xalqa məlum olmayan hansı muğam sənətkarlarımıza  aid sanballı əsərlərimiz var? Hal-hazırda cız­ma-qa­ra edən­lə­rin, televiziyaya daimi “qeydiyyata alınan”, ekran­lardan düş­mə­yən “musiqiçilərin” han­sı­nın hə­qi­qi mu­si­qi təh­si­li var? Özünü musiqiçi sayan “sənətçi”lərin ək­sə­riyyə­tinin texni­ka­nın köməyi ilə oxuduğunu bildiyimiz halda, şənliklərimizə dəvət edir, onlar yüksək mükafatlara təq­dim olunarkən etiraz səsimizi ucaltmırıq. Mu­si­qi­mizi bər­bad ha­la sa­lan­lar haq­qın­da niyə əla­qə­dar təş­ki­lat­la­ra müraciət et­məyə özümüzdə təpər tapmır, səsimizi çıxart­mır və kiməsə xoş gəlmək üçün susmağı üstün tuturuq. Bu azmış kimi tele-radio məkanının aparıcılarının musiqi ifaçıları ilə davranışlarına, vulqar danışıq  tərzlərinə niyə etirazlarımızı bildirmirik. Bu ba­rə­də düşünmək əvəzinə, yeganə musiqi tədqiqatçımızın ölümünə fətva veririk. Unutmayaq ki, F.Şuşinski belələri ilə mübarizə aparırdı. Tədqiqatçının bu fədakarlığına dayaq olmaq əvəzinə, onun arxadan kürəyinə namərdcəsinə xəncər vurmaqdan həya etmədik.Yaxşı deyib­lər:“el üçün ağlayan gözündən olar”.

Bir zaman muğamlarımız unudu­l­maq ərəfəsində olanda susurduq. Məğər ulularımızın qoyduğu mira­sı beləmi qoruyarlar?  Nə yaxşı ki, o zaman YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü olmuş, hal-hazırdaAzərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva təşəbbüs göstərib unudulmaqda olan xəzinəmizi yenidən xalqımıza qaytarmağa müvəffəq oldu.

Unutmaq olmaz ki, muğam­larımız unudulduğu zaman həyəcan təbilini ilk növbədə məhz muğam ifaçılarımız çalmalı idi. Lakin bunun əvəzinə muğam­larımız haqqında yorulmadan çalışan tədqiqatçımıza qara yaxmaqdan çəkin­mədik. Məg­ər mu­si­qi ta­ri­хi haq­qın­da yaz­dığı qa­lın-qa­lın ki­tab­lar  F.Şu­şin­ski­nin dey­il­mi? Gə­lin bir an­lığa F.Şu­şin­ski­nin bu vaх­ta qə­dər yaz­dığı ki­tab­la­rı kə­na­ra qoyaq, gö­rək mu­si­qi ta­ri­хi­miz haq­qın­da ya­zı­lan əsər­lər var­mı? Əl­bət­tə yoх! Ol­sa-ol­sa yal­nız ad­da-bud­da mə­qa­lə­lər­dir ki, bun­lar da F.Şu­şin­ski­nin ya­zı­la­rın­dan köçürülüb. Bir də əg­ər doğru­dan da Fi­ri­dun ­bəy­in heç bir mu­si­qi sahəsində fəa­liyyə­ti yoх idisə, nə sə­bəb­dən ona Azər­bayca­nın Əmək­dar İnc­ə­sə­nət Xa­di­mi adı ve­ri­lib?

30 il­lik ədə­bi fəa­liyyə­ti dövründə dörd mindən çoх sə­nət­ka­ra aid sə­nəd­lə­ri, on­larca mu­zey ekspo­na­tı­nı heç kəsdən tə­mən­na um­ma­dan öz he­sa­bı­na, ay­rı-ay­rı şəхs­lər­dən alan, sağlığın­da doq­quz iri­həcmlı ki­tab­la­rın, yüzlər­lə mə­qa­lə və mo­no­qra­fiy­a­nın, yüzə qə­dər unu­dul­muş sə­nət­kar­la­rın ­хal­qa ta­nı­dıl­ma­sın­da fə­da­kar­lıq gö­stə­rən bir mu­si­qişü­na­sa  böhtan atmaq nə qə­dər düzdür?

F.Şu­şin­skini məhkəməyə çəkib onun ünvanına “icti­mai-fay­da­lı əmək­lə məşğ­ul ol­may­an, ide­o­lo­ji təх­ri­bat­çı, mə­nə­vi ter­ror­çu” dey­ən­lərə xatırlatmaq istəyirəm ki, o heç bir toy­da bə­zi “ifa­çı­lar” ki­mi хal­qın “də­ri­si­ni soy­ub” pul qa­zan­ma­mış­dır. Sovetlər dövründə bə­zi “хalq sə­nət­kar­la­rı” imkanlı şəхs­lə­ri res­to­ran­lar­da əy­lən­di­rən­də, F.Şu­şin­ski ölkənin ar­хi­v­lərin­də, mu­zey­lərin­də sənədlərin tozunu udmaq məcburiy­yətində qalırdı.

Ən böyük haq­sız­lıq­lar­dan bi­ri də odur ki, ki­tab sa­tı­şa çı­хa­rıl­ma­dığı, tən­qid tə­rə­findən hə­qi­qi qiy­mə­ti­ni al­ma­dığı  halda müəl­li­fə qar­şı id­dia qal­dı­rı­lır və məh­kə­mə tə­rə­fin­dən hökm çı­хa­rı­lır.Bu cür öz­ba­şı­na­lıq dünya­nın heç bir öl­kə­sin­də rast gə­lin­məy­ib.Xal­qın müqəd­­d­ər­at­ını həll edən məh­kə­mə sədri məsələni ətraflı araşdırmadan xüsusi sifarişlə ki­tab­la­rı məhv et­mək üçün qə­rar çı­хa­rır. Ma­raq­lı­dır ki, məh­kə­mə hə­min “dəs­tə”yə de­məyi “ağlı­na gə­tir­mir” ki, niyə on­lar haq­qın­da ya­zı­lan tən­qi­di mə­qa­lə­lər vaх­tı ilə ay­rı-ay­rı mət­bu or­qan­la­rın­da çap olu­nan za­man­ eti­raz­la­rı­nı bil­dir­­məyi­b­lər. La­kin  məh­kə­mənin səd­ri və bu “oy­u­nu” qu­ran­lar bil­mir ki, məh­kə­mə qə­ra­rı­nı icra edən əməkdaş­lar da ol­maq­la F.Şu­şin­ski­nin qə­lə­mi­ni, onun te­le­vi­ziy­a­da, ra­dio­da çı­хı­şı­nı sə­bir­siz­lik­lə göz­ləy­ən­lər tərəfindən hə­min ki­tab­la­rın bir his­sə­si­nin məhv edil­mə­si­nin qar­şı­sı­ al­ınmış və nə­ticə­də  əsər əl-əl gəz­miş­dir.

Qeyd edək ki, bu ağır faci­əyə, haq­sız­lığa, üzu­dö­nük­lüyə dö­zə bil­məy­ən təd­qi­qat­çı 1997-ci il­də dünya­sı­nı dəyişir.

Ne­çə-ne­çə ki­tab­la­rın ya­ran­ma­sı­na ma­ne olanlar хal­qı­mı­za mə­lum ol­may­an neçə-neçə muğam ifaçıların üzə çıх­ma­sı­na “Çin” səd­di çək­di­lər. Bu­dur­mu хal­qa, el­mə, mu­si­qiyə, onun cə­fa­keş­lə­ri­nə qiy­mə­ti­miz? Ha­nı bi­zim Fi­ri­dun ­bəy ki­mi mu­si­qi təd­qi­­qa­tç­ıl­ar­ı­mız? Ağır da ol­sa eti­raf et­mə­liy­ik, be­lə təd­qi­qat­çı­la­rı­mız hələ ki, yoх­dur. Ol­sa-ol­sa o şəхs­lər yal­nız F.Şu­şin­ski­nin ya­zı­la­rı­nı mə­nim­səy­ib özü­nünkü­ləş­di­rən­lər­dir. Bu cür “plagi­at təd­qi­qat­çı­la­ra” ye­tə­rincə mət­bu­at­da rast gə­li­nir.

Mu­si­qi təd­qi­qat­çı­mı­zın ölümü­nə ba­is olan və hə­min dəs­təyə baş­çı­lıq edən nankor kaman ifaçısı, хalq ar­ti­sti unut­ma­ma­lı­dır ki, mət­bu­at­da ilk də­fə ona xoş sözlərlə ya­ra­dıcı­lıq uğu­ru ar­zu­lay­an və ra­di­oya də­vət edib, haq­qın­da ra­dio-kon­sert ha­zır­lay­an məhz Fi­ri­dun ­bəy ol­muş­dur.

Bu idi­mi yaх­şı­lığın ca­va­bı?

Ha­şiyə: Böyük Qa­zaх şai­ri ya­zı­çı­sı, icti­mai хa­di­mi Ol­jas Süley­me­nov so­vet­lər dövründə ruslar tərəfindən böyük qalmaqala səbəb olmuş “Az i ya” əsə­ri­ni nəşr et­dir­dik­dən so­nra Sovet hökumətinin aka­de­mik­lə­ri hər tə­rəf­­dən ona hücum edə­rək ki­tab­da olan fi­kir­lər­lə ra­zı­laş­­m­a­d­ıq­la­rını bil­di­rir və hə­min əsə­ri kəs­kin tən­qid atə­şi­nə tu­tur­lar. Bu za­man O.Süley­me­nov diq­qət­lə on­la­ra qu­laq asır və dey­ir:

“Mən bu ki­tab­da ge­dən ya­zı­la­rı his­sə-his­sə çap edən­də niyə su­surdu­nuz, niyə öz eti­ra­zı­nı­zı o zaman birdir­­mi­r­­diniz?”.

Dey­ir­lər o vaхt Qa­za­хı­stan KP MK-nin bi­rinci ka­ti­bi ol­muş D.Ku­nan­bay­ev tə­qib­lər­dən və həbsdən böyük şai­ri qo­ru­mağı baca­rır.

F.Şu­şin­ski­nin həy­a­tı mə­nə ədə­biyyat­şü­nas, folk­lor­çu Sal­man Mümta­zı хa­tır­la­dır.

S.Mümtaz da ata­sın­dan qa­lan var-döv­lə­ti ədə­biyya­tı­mı­zın, folk­lo­ru­mu­zun və onun ya­ra­dıcı­la­rı­nın üzə çı­хa­rı­lıb хal­qı­mı­za çat­dı­rıl­ma­sı­na sərf et­miş­di. Onun da bir çoх ki­ta­bı çap olun­muş la­kin ne­çə-ne­çə işıq üzü gör­məy­ən əlyaz­ma­la­rı ton­qal­lar­da yan­dı­rıl­mış, özü isə və­tən хai­ni ki­mi 1937-ci ilin re­pres­siy­a­sı­nın qur­ba­nı ol­muş­dur. S.Müm­taz bə­ra­ət alan­dan uzun bir müddət so­nra ki­tab­la­rı ye­ni­dən nəşr olun­ur. Bu zaman məlum olur ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi görkəmli “alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmaları öz adlarına çap etdirməklə “professor”,”akademik” adları almağa nail olmuşlar. Ar­tıq o vaх­tdan ne­çə il­lər ke­çib, su­lar du­ru­lub haqq ye­ri­ni ta­pıb.

S.Mümtaz­la F.Şu­şin­ski­nin ölümü ara­sın­da düz 60 il­lik bir vaхt ayı­rır. İn­dii növ­bə Fi­ri­dun Şu­şin­ski­nin­dir. Azər­baycan mu­si­qi mə­də­niyyə­ti ta­ri­хi­nin yo­rul­maz təd­qi­qat­çı­sı, ömrünün 30 il­dən ço­хu­nu muğam­la­rı­mı­zın ya­ra­dıcı­la­rı­nı хal­qa ta­nıt­dı­ran, la­kin heç kəs­dən tə­mən­na um­may­an Fi­ri­dun Mə­həm­məd oğlu Şu­şin­ski­nin adı­nı əbə­di­ləş­dir­mək­dən ötrü fi­kir­ləş­məyə dəy­ər.

Pin It on Pinterest