Atamın türkdilli pedaqoji məktubları
Biz uşaq olanda babamgildən uzaqlarda yaşayırdıq.Ünsiyyətimiz məktublarla olardı. Bu cəhətdən məktublar da bizə çox nəsnələrdən xəbər verərdi. Söhbət Nuh əyyamından yox, 50-ci illərdən gedir. Atam 14-15 yaşına qədər yazı-pozularını ərəb əlifbası ilə yazmışdır. Atam babamın oxuduğu məktəbdə – Şamaxı Məslis Məktəbində oxumuş, zəmanəsinin ən yaxşı milli müəlimlərindən dərs almışdır. Nənəm məktəb təhsili görməsə də, dərin zəkası, yüksək mükalimə qabiliyyəti olan qadın idi. Babamla toyları olanda 14 yaşı var imiş. Nənəm hər sözə, hər kəlməyə münasibət göstərən, nəvələri üçün onları incələyən, izah edən nənələrdən idi.Atam məktəbə gedənəcən onun ilk müəllimi, təbii ki, babam olmuşdu. Atam da, babam da üç əlifbaya sinə gərən ölkə vətəndaşı idi. Babam da, atam da ilk təhsillərini alan vaxylarda ölkədə ərəb əlifbasından istifadə olunsa da,onlar sonralar latın və rus qrafikalı əlifbanı da layiqincə öyrənmişdilər.Əlbəttə. hər üç əlifbanın müəyyən çətinliklərilə yanaşı, düzgün yazı qaydaları üçün tarixi üstünlükləri də çox idi. Əlifbaların ən çətini ərəb əlifbası olmuşdur.Dilimizdə elə alınma sözlər var ki, onların ərəb əlifbası ilə düzgün yazılışı məhz sözün lüğəvi (leksik) mənasını bilməkdən asılı idi. Əlifbamızın latın dövrü, daha sonra isə kril dövrü gəldi.Atam ömrünün sonuna qədər (1977) sənədlərə qol çəkəndə lalın qrafikası ilə Nəsrəddin sözünu dağ istiqamətində( 25 -30 dərəcədə) yazar, altından da xətt çəkərdi.Mən hələ də təəccüb edirəm ki, buna görə, rusların hakimiyyəti dövründə latın qrafikasından bu cür nümayişkəranə istifadəyə görə, ona niyə bir söz deməyiblər? Bəlkə də deyiblər. Atam əvvəlcə, Qalağayında (indiki Sabirabadda) türk dili və ədəbiyyatı müəllimi, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu qurtarandan sonra isə həkim işləyib. Can həkimi idi. Onu məhz belə tanıyırdılar. O vaxtlar müalicə fakültəsində xüsusi ixtsaslaşdırmalar yox idi. Atam uzun illər respublikamızın Mərkəzi Aran və şimaldakı dağlq rayonlarında tibb məntəqə müdiri, baş həkim, poliklinika müdiri vəzifələrində işləmişdir. Rəhbər vəzifədə olan dostları çöx idi. Paytaxtda yüksək vəzifə də tuta bilərdi. Dünyanın ən yeni tibb yenilikləri ilə tanış olurdu. Rus və alman dillərində geniş mütaliəsi var idi. Türk, rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindən biri kimi tanınırdı. Nə isə….Ərazi uzaqlığı bizi doğmalarımıza məktularla yaxınlaşdırırdı. Yeganə ünsiyyətimiz məhz məktublar idi. Biz məktubları bibimdən, bibim uşaqlarından, bir də ki, babamdan alardıq. Babamdan gələn məktublar evimizdə həmişə qorunub saxlanardı. Babamdan həftədə 2-3 dəfə məktub alardıq. O, öz məktublarını təhsil aldığı illərin əlifbası ilə – ərəb əlifbası ilə yazardı. Belə çıxır ki, mənim gördüyüm ilk məktublar Şamaxıda məşhur şair Seyid Əzim Şirvanidən dərs almış babamın ərəb yazılı məktubları olub. Babam məktubları üçün tarixi hadisələri əks etdirən zərflərə üstünlük verərdi. Bu cəhərdən məkrublar bizə çox nəsnələrdən xəbər verərdi.Sonralar bu məktular da, atamın qalın ensiklopedik kitabları da itib-batdı, bir kitab HIRSIZ’ının əlinə keçdi. Gözlərim hələ də o kitabları və yazıları axtarır.Ən ürəkağrıdanı budur ki, HIRSIZ’ın apardığı kitabların arasında babamın ərəb əlifbalı nadir kitabları və məktubları da var idi. Bu məktublar atama müraciətlə ( nuri-didəm oğlum -gözümün işığı olan oğlum ) sözləri ilə başlayardı. Atam bu sözləri bizə xüsusi şövqlə oxuyurdu.Atam yazıda çox səliqəli idi. Hər sözə diqqət yetirərdi. Sözün sətirdən- sətrə keçirilməsində də əndazəni və dəyəri gözləyirdi. Atam mənim 27 yaşımda əsgərlikdən yazdığım məktublarımı da redaktə edərdi. Hər dəfə cavab məktununda bunları izah edər və incələyərdi.Hərçənd ki, mən əsgərlikdə olanda Nəsimi adına Dilçilik İnstitutunun qiyabiçi aspirantı idim.Türk dilləri ixtisası üzrə təhsil alırdım. Heyif ki, atamın mənə yol göstərən məktuları da hırsızın apardığı kitablar da yoxa çıxdı. Amma atamın hər sözü, hər pəndi, öyüdü və nəsihəti yadımdadır.
Nazim Nəsrəddinov,Azərbaycan Respublikasının Əməkdar müəllimi,Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi