EdebiyatGüncelYazar

Rəna Nəcəfqızının qələmindən detektiv hekayə

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Rəna Nəcəfqızı
Rəna Nəcəfqızı

Rəna Nəcəfqızı

“Su” əməliyyatı

      Detektiv hekayə.

  Zümrüd işlədiyi qəzetdən Azərbaycan Rəssamlar ittifasının qalareyasında keçiriləcək sərgiyə 

 jurnalist kimi dəvət olunmuşdu.

  Baş redaktor özü on səkkiz jurnalist içərisindən bu tədbirə getməyə onu məsləhət görmüşdü.

  Qız gecəni həyəcandan, sevincdən çox narahat yatmışdı. 

  O, səhər oyanıb kirayə qaldığı mənzilinin eyvanına çıxanda gördüyü mənzərədən heyrətə gəldi. Yollardan sel axır, binaların həyətlərindəki çuxurlarda yaranan gölməçələr günəş şüaları altında bərq vururdu. O, qamaşan gözlərini ovuşdurub otağa qayıtdı.   Saat doqquza on dəqiqə qalmış əynini geyinib çantasına əl ataraq tələsik evdən çıxdı.

 Ağır-ağır irəliləyən maşınlar suları yollardan səkiyə dağıdaraq piyadaların gediş-gəlişini çətinləşdirirdi. Zümrüd gecədən başlayan yağışın səhər də davam etmədiyinə çox sevindi. Ona verdiyi bu şansı əlindən almadığına görə Allaha şükr elədi.  

  Səkinin ətəyi ilə gur axan suyun üstündən atılmağa çətinlik çəkən Zümrüd tərəddüt etmədən ona uzanan əli tutdu. Başını qaldırıb qarşısında  topuqlarına kimi uzanan mavi rəngdə plaş geymiş qara eynəkli oğlanı görəndə özünü itirdi. Həyəcandan təşəkkür etməyi belə unudaraq yoluna davam elədi. Bir qədər getdikdən sonra dönüb arxaya baxdı, həyacanı bir az da artdı, dizləri əsdi. Göy plaşlı oğlan ardınca gəlirdi. Səkidə toplanan gölməçələrin əlindən yerimək çətin olsa da arxaya baxmadan addımlarını yeyinlətdi. 

   Sərgi keçirilən qalareyaya   çatıb özünü qapıdan içəri saldı.

Vaxtından əvvəl gəldiyi üçün  sərgidə adamlar seyrək idi. Çox keçmədi ki, salonda adam əlindən tərpənmək mümkün olmadı. 

   Zümrüb sərgidə nümayiş etdirilən bir-bırındən gözəl tabloların önündə dayanıb onlara heyranlıqla baxır, müəlliflərindən qısa da olsa müsahibə almağa hazırlaşırdı. 

 Gənc jurnalist ön sıralarda olan tablolara baxa-baxa arxa cərgəyə keçdi. 

Burda gördüyü əsərlər əvvəlkilərdən daha maraqlı gəldi. Pəncərənin önünə qoyulmuş çox, da böyük olmayan mənzərə rəsmlərdən birinə nəzər saldı. Qız onu dəniz tanrısı adı almış dünya şöhrətli Ayvazovskinin əsərlərinə bənzətdi. Rəsmdə dəniz təsvirindən çox

dalğaları əks etdirən fırça dərbələri diqqətini çəkdi. 

Heyranlıqla əsərə yaxınlaşıb qulaqlarını şəklədi. Zümrüd sanki su səsi eşidirdi. Bir qədər də irəliləyib əli ilə tabloya toxundu. Bu bir möcüzə idi, rəsmin üzərindən elə bil su damlaları aşağı doğru yuvarlanırdı. Qız əllərinin  islandığını zənn edib çantasından dəsmalını çıxardı. Ətrafına baxdı, kimsənin fərq etmədiyini görüncə gülümsündü, başını bulayaraq dəsmalını yenidən çantasına qoydu. Çox maraqlı bir əsərlə üz-üzə dayanmışdı. 

O, hələ də suyun səsini  eşidirdi. Heyrət içərisində; “Bu necə ola bilər?” – deyə düşündü. 

Əyilib tablonun arxasına baxmaq istəyırkən gözü qəfil bayaq ona əl uzadan oğlanın işıq saçan ayaqqabılarına sataşdı. Cəld qəddini düzəldib üst-başına əl gəzdirdi:

  -Sizsiz? Burda nə işiniz var? 

 Oğlan şlyapasının günlüyünü yuxarı qaldıraraq:

-Mənə bir təşəkkür borcu olduğunuzu düşündüm, onu almağa gəlmişəm, – deyib gülümsündü.

Tanımadığı bu adamın ona qarşı hərəkətlırini qeyri-etik sayan qız üz-gözünü turşutdu:

-Bunu bayaq orda da xatırlada bilərdiz, bura qədər gəlməyinizə ehtiyac qalmazdı. 

Qara buğdayı, qonur gözlü  oğlan əllərini plaşının ciblərinə salıb, yenə də zarafatından qalmadı:

-Neynəmək olar, taleyim məni xoşbəxtçiliyimin arxasınca buraya qədər gətirdi.

Zümrüd bu dəfə dişlərini qıcayıb tərs-tərs oğlana baxdı, əlinin arxası ilə onun qoluna toxunaraq önündən çəkilməsini istədi:

-Zarafatı buraxın, bura ictimayi yerdi, mən axtardığınız adam deyiləm, yol verin keçim, sizin də yolunuz açıq olsun. 

Qız oğlanın həqiqətən də onun arxasınca gəldiyini hesab etmişdi. Bunu hiss edən oğlan başından şlyapasını çıxarıb, qəddini önə əyərək, qarşısında dayanmış qətiyyətli, məğrur xanıma centelmen bir həfəkətlə əl uzatdı:

-Siz məni səhv başa düşmüsünüz xanım, mən rəssamam, sərgiyə qatılmışam, özüm fransalıyam, adım Juliandır, gördüyünüz bu tabloların müəllifi, Julian Karlos. 

 Firuzə təəccüblə altdan yuxarı bu uca boy oğlana baxıb, hərəkətlərindən utandı. Qız qarşısındakı adamın azərbaycanca yaxşı danışmasına baxmayaraq ləhcəsindən onun başqa bir millətin nümayəndəsi olduğunu başa düşmüşdü. Qonaqla o cür davrandığına görə rəssamdan üzr istədi və onun əlini havada saxlamadı:

   -Bağışlayın mösye, bonjour, bienvenue Azerbeyjan, – deyib gülümsündü.

-Ooho, mersi, siz fransuzca bilirsiz?

Zümrüd qəhqəhə çəkəcəyindən ehtiyat edib əliylə ağzını tutdu:

-Yox, yox, sadəcə bir neçə kəlmə…

Oğlan gülümsündü:

-Sizin imzanızın necə olduğunu bilmək istərdim. Əsərlərinizlə tanış olmaq mənim üçün çox maraqlı olardı, – deyib ətrafına göz gəzdirdi.

-Zümrüd mehriban bir görkəm aldı:

-Adım Zümrüddü, mən rəssam deyiləm, sərgiyə dəvət olunmuşam. Amma  bu sənətə uşaqlıqdan marağım olub. 

-Zümrüd… Gözəl adınız var. 

Zümrüd; gözəllik, saflıq deməkdir.

 Qızın yanaqları allandı. Onun bu halı oğlanın xoşuna gəldi. Fransada qızlar elə bir mühittə yaşayırdılar ki, ismət hissindən belə qızarmaq mümkün deyildi. 

 Zümrüd utana-utana oğlandan onun öz adının  mənasını soruşdu.

 -Bəs, Julyan nə deməkdir?

  Rəssam gülümsünərək izahat verdi.

-Bu ad qədim Julius Sezarın adıyla bağlı olub, “gənc”, “cavan” mənasını verir.

Qız aldığı cavabdan məmnun qaldığını yüngül baş işarəsi ilə ifadə edib oğlana təşəkkürünü bildirdi:

– Julian bəy, siz əsərlərinizdə suyu çox mükəmməl şəkildə təsvir edirsiniz. Tablolara baxdıqca qulaqlarımda su şırıltısını hiss etdim, bu bir möcüzədir.

-Maraqlıdır, rəssam dostlarım da bunu deyir. Bəlkə də Rəbbimin mənə verdiyi bir inayətidir. 

 Bu zaman Julianın telefonuna zəng gəldi. O, kənara çəkilib alovlu şəkildə nəyi isə etiraz edirdi.

  Julianın Hiperrealist Texnika ilə Canlı su üslubunda çəkdiyi bu rəsmlər öz reallığı ilə seçilirdi. O, suyun üzərindəki işıq qammalarını və şəffaflığı çox məharətlə işləmişdi. Bu isə vizual bir gözəllik yaradırdı. Əsərlərdən biri Mingəçevir Su Elektrik stansiyadını xatırladırdı. Zümrüd tablonun qarşısında dayanıb uzun-uzadı fikrə getdi. Gözləri yol çəkərək onu uşaqlıq illərinə apardı. Pəncərə önündə dayanıb havanın qaralmasını, işıqların Mingəçevir Su Elektrik stansiyaslnda nə vaxt yanacağını gözləyər, saatlarla o mənzərıni seyr edərdi. 

Julianın səsi onu keçmiş xatirələrindən yarımçıq ayırdı:

-Zümrüd xanım, bağışlayın, telefona cavab verməliydim.

-Buyurun, rica edirəm. 

 Qız rəssamın geri dönməsini gözləyirmiş kimi önündə durduğu tabloya işarə etdi:

-Bu qara çərçivəli rəsminizi çox bəyəndim. Əsəriniz mənə doğulub, boya-başa çatdığım yerləri xatlrladır. Amma niyə onu qara çərçivəyə salmısız?

Rəssam tablonu əlinə alıb gözləri önünə gətirdi:

-Heç fikir verməmişəm. Bəlkə bu bir təsadüfdür.  Doğrudan da bu qədər rəsmlər arasında qara haşiyəyə salınan yeganə əsərdir. 

Nə bilmək olar, bəlkə əşyaların da insanlar kimi “alın yazısı” var. Bu da onun taleyidir! 

Rəssamın danışığı, davranlşı qızda xoş təsurat yaratmışdı, o, oğlana qarşı yaranan hisslırini artıq gizlədə bilmirdi. 

  Onlar sərgidən  çıxıb  birlikdə xeyli yol getdilər.

  Julian qızın ailə tərkibiylə maraqlandı.

  Zümrüd heç tərəddüd etmədən ünvanını belə söylədi. 

 Atasının böyük bir su anbarında rəis, anasının da mühəndis olduğunu açıqladı. Julianın  ata-anasının işiylə bağlı verdiyi sualları  adi hal kimi qəbul edən qız ona həvəslə cavab verirdi…

Ertəsi gün Zümrüdün kirayədə qaldığı evə zəng gəldi. Dəstəyi qızın otaq yoldaşı Dilbər qaldırdı:

-Buyurun!

-Hər vaxtınız xeyir!

-Aqibətiniz xeyir! 

-Yəqinki Zümrüdün anasısız ?

-Xeyir, bacısıyam, kimdi soruşan?

Rəfiqəsinin səsini eşidən Zamrüd yan otaqdan qaça-qaça gəldi:

-Julian bəydi, ver mənə, – deyə dəstəyi onun əlindən aldı.

Dilbər qızın bu hərəkətinə donub qaldı:

-A qız, noolub, biləyimi qırdın! Juylan kimdi?! 

Zümrüd rəfiqəsinə göz-qaş oynadaraq, dəstəyi qulağına dayadl:

-Bəli, eşidirəm!

-Salam Zümrüd!

-Salam Julian bəy!

– Deyirdim, bu gün vaxtınız olsaydı məni şəhərinizlə tanış edərdiniz.

Zümrüd əvvəlcə nə deyəcəyini bilmədi, bir qədər susduqdan sonra:

-Julian bəy, bir saatdan sonra olarmı?

-Əlbəttə!

-Elə isə zənginizi gözləyəcəm.

-Dud-dud-dud-dud-dud!

Qızın dəstəyi yerə qoymadan baxışlarını məchul bir nöqtəyə zillədiyini görən Dilbər əlini onun gözləri önündə gəzdirdi: 

-Alooo, Aaalo! Nooldu sənəə! Bıy, Allah sən saxla! A qız, olmaya aşiq olmusan. Juylan kimdi? Bu nə addı belə? 

Zümrüd yuxudaymış kimi diksinib ayıldı:

-Rəssamdı, fransalıdı, sərgidə tanış olduq. Atası azərbaycanlıdı, Gəncədəndi, onu görməyə gəlib. Necə deyərlər, “həm ziyarət, həm ticarət”. 

-Sənə zəng edib nə deyirdi?

-İçəri şəhəri görmək istəyir.

-İçəri şəhəri, yoxsa səni?

Qəhqəhə çəkdilər.

 …Zümrüd Julianı əvvəlcə İçəri şəhərə apardı. Fransalı rəssam “Qız qalası”nı, qalanın içərisində olan qədim ekspanatların şəkillərini qol saatı ilə bir-bir  çəkdi. Sonra dəmiryol vağzalına gəldilər. Julian burada da qatarların divardan asılmış hərəkət cədvəlinə baxaraq bəzi qeydlər götürdü. Sonra onlar gəmi portuna, ordan da taksiyə əyləşib hava limanına gəldilər. Julian burda da eyni qayda ilə  marşrutların gediş saatlarını yazdı. O, tez-tez kənara çəkilir, qollarını sinəsində çarpazlayaraq üzünü günəşə tutub fransuz dilində nəsə danışırdı. Zümrüd Julianın qəribə hətəkətlərinə  təəccüblənsə də, onun ibadət etdiyini düşünərək, bu barədə heç nə soruşmurdu.

…Hava qaralmaq üzrəydi. Julian taksini yenidən içəri şəhərə sürdürdü. Onlar “Qala” restoranına gəldilər. Zümrüd bərk yorulmuşdu. Julian onun plaşını alıb asılğandan asdı. Aclıq ikisini də taqətdən salmışdı. Qonaq tanımadığı yeməklərin hər birindən sifarş verdi. Masaya kabablar gəldi. O, Zümrüdə qarsondan çox özü xidmət göstərirdi. Bu da qızın canına yağ kimi yayılırdı. 

Julian:

-Zümrüd, bəlkə bir qədəh qırmızı şərab içək. Sizin yaxşı şərablarınız olar.

Zümrüd gülümsəyərək:

-Julyan bəy, mən heç vaxt içməmişəm, jurnalist olmağıma baxmayaraq bu barədə məlumatım belə yoxdu.

Qarson “Ayı qanı” şərabını məsləhət gördü. Zümrüd ilk dəfəydi ki, əlinə badə alırdı. Cütlük o ki var yeyib, içdi. Qız şərabın təsirindən get-gedə özünə nəzarəti itirirdi. Julian onu düz mənzilinin  qapısına qədər gətirdi. Dilbər qapını açıb otaq yoldaşının qoluna girərək onu içəri apardı…

 Zümrüd səhər erkəndən ayılıb yerində pal-paltarlı yatdığını gördü. Cəld ayağa qalxıb Dilbərin otağına keçdi, silkələyərək onu oyatdı:

-Dilbər, Dilbər, qalx, qalx ayağa! Mən evə necə gəlmişəm? 

Dilbər yuxulu-yuxulu:

-Ay qız, mən nə bilim, qoy yatım daa, özündə idin ki? 

-Bəs məni kim gətirdi?

-Mən nə bilim kim gətirdi, Juylonun!

Hər ikisi gözləri yaşaranacan güldü.

Zümrüd süfrə başında Dilbərə oğlanla keçirdiyi dünənki gündən danışdıqca yanaqları allanlrdı. Deyəsən o, aşiq olmuşdu.

…Cütlük demək olar ki, bütün günlərini birlikdə keçirirdi. Qız günbəgün rəssama daha çox bağlanırdı. O, qonağının bütün istəklərini sevə-sevə yerinə yetirməyə hazır idi.  Hər görüşdən sonra rəssamla bağlı duyğularını  açıb otaq yoldaşına danışırdı. Bəli, qız Juliana vurulmuşdu. 

…Bir gün Zümrüd Dilbərə:

-Bacıcan, səndən bir xahiş etmək istəyirəm, amma çəkinirəm, məni səhv başa düşəcəyindən qorxuram.

Dilbər rəfiqəsinin boynuna sarıldı:

-Zümrüd, bir zamanlar mən də sevmişəm. Sevginin gözü kordur, nə istəyin var, de, mən ki, yad deyiləm.

Zümrüd rəfiqəsini qolları arasında sıxaraq, kürəyinə sığal çəkdi:

-Bacıcan, bilirsən ki, Julian  burda qonaqdı, kimsəsizdi. Kirayə tutduğu evdən çıxıb, qalmağa yeri yoxdur, deyirəm bəlkə…

Rəfiqəsinin ürəyini oxuyan Dilbər əlini onun saçlarında gəzdirdi:

-Biz bir yerdə qalarıq, qoy gəlib mənim otağıma yığışsın.

Zümrüd uşaq kimi yerində atılıb düşdü:

-Doğru deyirsən?

-Əlbəttə, gəlsin! Hamımız iş adamıyıq, mən sənin üzünü  yatandan-yatana görürdüm. Juylonun peyda olandan ona da həsrət qalmışam.

  Zümrüd rəfiqəsini bir daha bağrına basıb güldü:

Juylon yox, Julian.

-Ay qız, nə təfavütü var, Juylon olmasın Julian olsun. Onun qohumlarının başı batsın, qoymağa ad tapmırdılar?

Rəfiqələr zarafatlaşıb, xeyli güldülər…

 Julian bir neçə gün idi ki, qızların qaldıqları mənzilə yerləşmişdi, bir ailə kimi olmuşdular. Artıq o, Dilbərlə də mehribanlaşmışdı. Birlikdə kompyuterin arxasına keçib, saatlarla internetə qoşulurdular. Zümrüdün atasının mühəndis işlədiyi Mingəçevir Su Elektrik stansiyası ilə maraqlanırdılar. Julian hər dəfə uca səslə:

-Zümrüd, məni atanın iş yerinə apar, oraları görmək istəyirəm. Həm sizinkilərlə tanış olarıq, həm də o möhtəşəm stansiyanın rəsmini çəkərəm. Sən bilirsın ki, su ilə bağlı əsərlər çəkmək mənim xobbimdi. Dilbər də bir yandan;

-Məni də özünüzlə aparın, – deyə israr edirdi.

İlk günlər Julianın ağıla gəlməz təklifinə səssiz qalan Zümrüd bu dəfə ona razılıq verdi:

 -Yaxşı dostlar, günü, saatı özünüz təyin edin. 

 …Onlar Mingəçevirə gələndə artıq gün günorta olmuşdu. Zümrüdün anası qonaqlarını mehribanlıqla qarşıladı. Onlara nahar süfrəsi açdı. Julian azərbaycan mətbəxindən xoşlandığını dilə gətirdi. Zümrüd yeməkdən sonra çay dəmlədi. Eyvanda çay içə-içə panaramanı seyr etdilər. Zümrüd qonaqların gəlişinin səbəbini anasına danışdı. Adilə qızına;

-A bala, stansiyaya yad adam buraxmırlar ki. Yenə  də qoy atan gəlsin.

…Artıq gün əyilmişdi. Sarxan işdən qayıdıb, qonaqlarıyla masa arxasında söhbət edirdilər. Rəssamın danışığı, davranışı Zümrüdün atasının xoşuna gəldi. Julian kişini sanki ovsunladı. 

 Sarxan Mingəçevir SES-də baş mühəndis vəzifəsində işləyirdi. Bütün işçilər onun hörmətini saxlayırdılar. Ona görə də süfrə arxasında rəssamı stansiya ərazisinə keçirəcəyinə söz verdi.

                                                      ***

   Ertəsi gün mühəndis Julianla Mingəçevir Su Elektrik Stansiyasına gəldi. O, qonağını strateji enerji obyekti olduğuna görə təhlükəsizlik qaydalarına uyğun olan yerlərə apardı.

Qadağan zonasına keçmədən rəssama bütün avadanlıqlar haqqında danışdı. Şüluslara qoşulmuş generatorları göstərərək onların necə işlədiyini başa saldı:

-Baxın Julian bəy, bu şulusların köməyi ilə su yüksəklikdən buraxılır, bu zaman onun potensial enerjisi hərəkət enerjisinə çevrilir. Gördüyünüz bu turubini güclü su axını fırladır. 

 Alınan elektrik xətlər vasitəsiylə şəhərlərə ötrülür.

Qısası su axır, turubini fırladır, generator işləyir elektrik yaranır. Stansiyanın gücü 424 000 kVt-dır. Burada gün ərzində 10,2 milyon kVt-saat elektrik enerji istehsal olunur.

 Beton blokların qalınlığını görürsənmi?

Bu beton bəndlər yıxılsa Azərbaycanın on beşdən çox şəhəri suyun altında qalar.

Fransalı qonaq bir-bir Sarxanın verdiyi məlumatların qeydlərini apardı, göstərdiyi yerlərin hamısının qara qələmlə kağız üzərinə eskizlərini çəkdi…

  Zümrüd Mingəçevirdən qayıdandan sonra Julianla daha da mehribanlaşdı. 

  Bir gecə qız sevdiyi oğlana könüllü təslim oldu. 

 …Zümrüd səhər yuxudan ayılıb süfrə açır, Julianla birgə səhər yeməyi yeyərək işə gedirdi. (bu saatda Dilbər yatırdı). Günortadan sonra evə qayıdan qız nahar etmədən rəssam sevgilisini istədiyi yerlərə aparırdı.

Zümrüd Julianı yalnız Bakı kəndlərinə deyil, həftənin şənbə, bazar günləri rayonlara da gəzməyə apatırdı. Əvvəllər yollardan yorulub, bezən qız indi sevdiyi oğlanla gəzməkdən zövq alırdı. O, jurnalist vəsiqəsinin köməyi ilə oğlanla hərbi alayları gəzir, əsgərlərlə görüşürdülər.

                                                            ***

  2020-ci il 13 oktyabr gecə saat 02:17.

Axşamdan başlayan yağış yenicə dayanmışdı. Polis maşınlarının işıqları binanın qabağını gündüz kimi işıqlandırmışdi. Səsə oyanan bəzi sakinlər durub baş verənləri balkonlarından izləyirdilər. Ətraf sarı lentlə dövrəyə alınmışdı. Ortada bir qadın meyiti görünürdü. Prokuror Kamranov cəsədə yaxınlaşaraq eksperti yanına çağırdı:

-Yoldaş Muradov, meyiti müayinə edin. Bütün izləri qeydə alın. Hadisə yerindən nümunələr götürün. Bir  xırda detalı belə gözdən qaçırmayın. 

 Sonra üzünü əməliyyat qrupunun rəisinə  tutdu:

-Əbilov, qadının düşdüyü yüksəliyi müəyyənləşdirin. Binada şübhəli şəxsləri saxlayın. Ölənin son əlaqədə olduğu adamı araşdırın. Hadisəni xəbər verənin kimliyini yoxlayın.

-Yoldaş prokuror, ilkin məlumata görə qadın özünü 14-cü mərtəbədən atıb,  balkonun qapısı hələ də açıq qalıb, – deyə əməliyyat qrupunun rəisi dilləndi.

-Yoldaş Əbilov,  “ilkin məlunata görə” sözünü protokola yazmayın, dəqiq yoxlayın!

 Ekspert meyiti sağa-sola çevirib biləyini əlinə aldı:

-Dirsəyində köhnə olmayan sıyrıqlar var. Bu düşmə travmasına oxşamır. 

 Prokuror əyilərək meyitin yaralarına nəzər saldı:

-Diqqətlə yoxlayın, bu, müdafiə yarası da ola bilər.

-Biz onu ekspertizadan sonra müəyyən edə bilərik, yoldaş ptokuror.

Bu vaxt müstəntiq ağacların arasından ekranı çiliklınmiş telefon tapıb Kamranova yaxınlaşdı.

Prokuror tibbi əlcəkləri əlinə keçirib telefonu ondan aldı. Diqqətlə nəzərdən keçirdikdən sonra onu yenidən müstəntiqə qaytardı:

– Paketləyin, barmaq izləri götürülsün. Telefonla son dəfə kiminlə əlaqə saxlanıldığı yoxlanılsın.

 Tibb-eksperti meyitin sümükləri ətrafında ciddi qanaxma olmadığını müəyyən edərək məlumat verdi:

-Yoldaş prokuror, bu intihar deyil, qadın qətlə yetrildikdən sonra atılıb.

 Prokuror əməliyyat qrupuna dərhal hərəkətə keçməyi tapşırdı:

-Qonşuları dindirin. Ölənin evinə gəlib-gedən adamları araşdırın. Meyiti tibbi-ekspertizaya aparın…

                                                                     ***

  Sarxanla Adilə Zümrüdün intihar etdiyini eşifib  təcili Bakıya gəldilər. Onlar  səhərə kimi ayaq üstə morqun önündə  qaldılar.  Qızlarının meyidini görmək üçün içəri girmələrinə yalnız saat 9:15 də icazə verdilər.

  Prokuror Kamranov qətl işini xüsusi nəzarətinə götürdü.  Dindirmək üçün o, Zümrüdün ata-anasını çağırtdırdı. Sorğu otağına əvvəl qızın atası dəvət edildi:

-Sarxan kişi, sizin nə vaxtsa kiminləsə bir ədavətiniz olubmu?

  -Yox, ay oğul, bizim kiminlə nə işimiz var? Dörd qız övladı böyütmüşük. Hər biri də ali təhsil alıb. Zümrüd bizim sonbeşiyimiz idi. O, bacılarından on-on beş il sonra dünyaya gəlmişdi. Dedik üç bacının bir qardaşı olar, bu zavallı balamızın da taleyi belə gətirdi. 

-Qızınız Bakıda nə zamandan yaşayırdı?

Səkkizinci ay idi. Mingəçevirə sizi görməyə son dəfə nə vaxt gəlmişdi?

-Dörd ay əvvəl, anasının ad günündə. 

– Tək gəlmişdi? 

-Xeyir, otaq yoldaşı ilə. 

Sarxan Julianın adını çəkmək istəmədi.

-Otaq yoldaşı dediyiniz o adamı siz tanıyırdız? 

-Xeyir, ilk dəfəydi görürdük.

Qızınız sizə ondan bəhs etmişdimi?

-Bu barədə söhbətimiz olmayıb, ola bilsin anasına nəsə deyib, məlumatım yoxdur.

-Sarxan kişi, qızınız nə işlə məşğul idi, maraqlanırdınızmı?

-O, jurnalist idi, qəzetdə işləyirdi.

-Kimlərlə dostluq etdiyindən xəbəriniz vardımı?

-Oğul, qızlar sirrini adətən  analarına deyərlər. Atalar oğlanlarına qızlarına nisbətən daha çox nəzarət edirlər. 

-Sarxan bəy, mənə elə gəlir ki, bizdən nəsə gizlədirsiniz.

Kişinin səsi titrədi. narahatlıqla dilləndi:

-Yox ay oğul, nə var ki, nəyi də gizlədim? Nə bilirdim, onu da dedim.

-Qızınızın rəfiqəsindən başqa sizin bir nəfər də qonağınız olub, Levon Artunyan. 

Sarxan kişinin dili ağzında keyidi. Özünü bir təhər ələ alıb:

-Ay oğul, rəssamı deyirsiz? O, qonağ idi, Fransadan gəlmişdi , atasını görməyə. Adı da Julian idi. Bu erməni hardan çıxdı?

Kamranov pərdəni çəkib çölə boylandı, arxaya dönmədən:

-Sarxan kişi, deyəsən sizinlə dil tapa bilməyəcəyik. Siz çıxın, bir az çöldə gözləyin. 

Prokuror düyməni basıb nəzarətçini səslədi:

-Qızın anasını çağırın!

Kamranov qadına oturmağa yer göstərdi.

 Bu vaxt prokurorun telefonuna zəng gəldi. O, dəstəyi qulağından xeyli  ayırmadı. Qarşı tərəfi dinlədikdən sonra bir kəlmə danışmadan dəstəyi yerinə qoydu, dərindən nəfəs alıb kreslosundan qalxdı: 

 -Buyurun, oturun! Vaxtınızı çox almayacam. Qızınızla bağlı bir neçə məsələni araşdırmaq istəyirəm. 

Qızlar nə sirr oldu analarına deyirlər. Zümrüd sizə hər hansı şəxsi məsələsini danışmışdı? 

Adilə xanım gözlərinin yaşını axıtdı:

-Yox, o, bacılarından fərqlənirdi, sirrini heç kimin   bilməsini istəməzdi.  

-Sizə rəfiqəsi barəsində söz açmışdımı ? 

-O, dörd ay əvvəl bizi görməyə gəlmişdi, rəfiqəsini də özü ilə gətirmişdi. Onunla həmin gün tanış olduq.  

-Təbii ki, ev sahibi qonağı ilə maraqlanmalıdır. Onunla nə barədə söhbət etdiniz?

-Əslən qarabağlı olduğnu söylədi, valideynlərini, bacı qardaşlarını Xocalı faciəsində itirdiyindən danışdı. Səkkiz yaşı varmış çarəsiz qızcığazın. O vaxt əmisigil  onu özləri ilə  Sumqayıta  gətiriblər . Üç il əvvəl bir oğlana qoşulub qaçıb. Bir il keçməmiş ayrılıblar. Sonra qızımla tanış olub. Dörd ay idi ki, Zümrüdlə birlikdə qalırdı. 

Prokuror qadının yalan danışmadığını hiss edib bir az mülayim tərzdə;

-Adilə xanım, qızınız evliydimi?

-Yox. 

-Kiminləsə  münasibətdə   olub- olmadığı barədə necə, bilirdiz?

-Yox, ay oğul, elə bir iş olsaydı, deyərdi. O, deməsə də, rəfiqəsi mənə çatdırardı.

-Xanım, qızınız üç aylıq hamilə imiş.

Otağın sanki bütün əşyaları Adilənin başına fırlandı, gözləri qaraldı, qırıq-qırıq nəfəs aldı:

-Bu ola bilməz, yox-yox, mənim qızım o hərəkəti eləməz! 

Prokuror qadını sakitləşdirməyə çalışdı:

-Özünüzü ələ alın. Atadır deyə ,mən bu məsələni ərinizə demədim, kişidir, qüruruna toxunmaq istəmədim. Məqsədim bəzi qaranlıq məsələləri aydınlığa çıxarmaqdır. Sarxan bəy əslən haralıdır?

-Laçınlı. 

-Bəs siz  özünüz?

-Biz Mingəçevirliyik, necə məyər? 

-Siz Laçına gəlin köçmüşdüz?

-Bəli.

-Orada neçə il yaşadınız?

-İki ay. 

-Sonra?

– Mingəçevirə köçdük.

-Laçının havası xoşunuza gəlmədi?

-Yox, niyə ki?

– Bəs, niyə köçüb getdiniz?

-Qonşuluqda bir erməni ailəsi yaşayırdı. Oğlanları Sarxanı ölümlə hədələyirdilər.

-Niyə?

-Mən təzə gəlin köçmüşdüm, məsələnin mahiyyətini bilmədim.

  -Yaxşı Adilə xanım, məsələ aydındır, çıxa bilərsiniz. Sarxan bəyə deyin, gəlsin.

Prokuror Kamranov pəncərənin qarşısındakı qrafindən bir stəkan su süzüb Sarxana uzatdı:

-İçin!

Sarxan əlini sinəsinə qoyub minnətdarlığını bildirdi. Kamranov stəkandakı suyu birnəfəsə içdi. Masanın çəkəcəyindən bir neçə vərək çıxarıb Sarxanın önünə qoydu. O,  Julianın Mingəçevir Su Elektrik Stansiyasında çəkdiyi rəsmləri tanıdı.

-Sarxan bəy, mərhum qızınızın barəsində cinayət işi araşdırılırdı. Zümrüd xarici kəşfiyyat idarəsi ilə əməkdaşlıq etməkdə və cəsusa kəşfiyyat xarakterli məlumatlar ötürməkdə şübhəli bilinirdi.

 Fransadan gələn qonağınızı SES-ə apardığınıza, onun kimliyini gizlətdiyinizə görə də ,sizin barənizdə həbs qətimkan tədbiri seçiləcəkdi. Çünkü “rəssam”ın bu təyinatı ilə Ermənistan respublikasının silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək Azərbaycan respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuşdular. 

Amma xanımınızı  dindirdikdən sonra məsələ tamamilə başqa səmtə yönəldi. 

  …Otuz il əvvəl Laçında; qonşunuz Nare Artunyanın hissləriylə oynamısız və onunla evlənməyib iki ay sonra başqasıyla ailə  qurmusuz..  Qızın qardaşları sizi  ölümlə hədələyiblər. Siz də həyat yoldaşınızla bərabər Mingəçeirə köçmüsünüz. Bu hadisədən sonra qardaşları  Nareni evdən qovublar. O, sizin uşağınızı bətnində Fransaya aparıb. 

 Sizin rəssam kimi tanıdığınız Julian əslində  Levon Artunyandır. Narenin oğlu , yəni, sizin öz oğlunuzdur. Julian Karlos isə  Fransada tanınınmış bir rəssam, Nare Artunyanın həyat yoldaşıdır. O, Levonu öz oğlu kimi böyüdüb. 

   Erməni deasporluğunun hazırladığı gizli plan əsasında  Levon Artynyan atalığının rəsm əsərlərindən bir neçəsini götürüb sərgiyə qatılmaq adıyla Azərbaycana gəlir.

Sizin qızınızı taparaq onunla tanış olur, yəni ögey bacısı ilə və onu qətlə yetirir. Beləliklə Levon Artunyan sizdən anasının qisasını alır. 

  Adilə xanımı dindirməzdən əvvəl mənə bir telefon zəngi gəldi. DTX-nın əməliyyat qrupunun rəisi idi.

 Sizin qızınız əslində bir qəhraman kimi şəhid olub.

 O, son vaxtlar rəssam Julianın hərəkətlərindən şübhələnir. Onun qol saatının eynisini rəfiqəsi Dilbərdə görüncə şübhələri öz təstiqini tapır. Onların bir cəsus olduğunu anlayır. 

 Azərbaycan DTX-a idarəsinə anonim bir məlumat ötürür. Bu  məlumat sayəsində Ermənistan hərbi qüvvələri tərəfindən 

Mingəçevir SES-inə, dəniz portuna, dəmir yol vağzalına, aviasiya limanına buraxılan ağır, dağıdıcı “iskəndər” raketləri  havadaca zərərsizləşdirilərək, məhv edilir. 

 DTX-ya ötürülən anonim məlumat əsasında böyük bir cəsus qrupu ifşa olunur.

 Ölümündən sonra məlumatın Abbasova Zümrüd Sarxan qızına aid olduğu aydın olur .

  Zümrüd xanımın Dövlət Təhlükəsizlik  Xidmətinə verdiyi  məlumata əsasən on iki nəfərdən ibarət cəsus qrupu ələ keçirildi. Çox təəssüf hissiylə qeyd edim ki, əgər qızınız məlumatı anonim şəkildə verməsəydi dövlət onu qoruma altına alar və o, sağ qalardı.

 Onu oğlunuz Levon Artunyanla qızınızın otaq yoldaşı,  Dibər; yəni Ermənistan Milli Təhlükəsizlik Xidmətinin baş leytenantı Diana Qovarkiyan qətlə yetirdi. 

Allah sizə səbr versin!

 …Ertəsi gün Zümrüdün cənazəsi Mingəçevir şəhərinə yola salındı. “Təcili yardım”ı polis xidməti maşını müşaət edirdi.

             ( Son) 

Rəna Nəcəfqızının qələmindən detektiv hekayə

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest