Genel

İlkin Əhməd Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

ilkin ahmed
ilkin ahmed

 Büksünlər gözünün ağına

Gözünün yaşıyla yusunlar məni,

Büksünlər gözünün ağına, gülüm.

Torpağa gərək yox qoysunlar məni,

Kimsəsiz, yetimlər bağına, gülüm.

                *

Bir gecə tərk edib qara zindanı,

Öpdükcə öpərdim qara telindən.

Qovaraq içimdən məsum vicdanı,

Mən günah edərdim bilib-bilmədən.

                 *           

Qollarım yerinə kəmər dolanan,

O incə belinin qadasın, alım.

Görəndə könlümü məlala salan,

O siyah telinin qadasın, alım.

Fağır bəxtimin

Görəsən kiminlə yeri səhv düşüb,

Kimsəsiz bu yetim, fağır bəxtimin?

Qaynayıb qarışmır, dinib danışmır,

Üzündən yetimlik yağır bəxtimin.

                 *

Bəlkə də acizəm, yoxdur qüdrətim,

Elə bil tükənib gücüm, qüvvətim.

Sənin ki sözündən çıxmaz qismətim,

Qışqırıb üstünə bağır bəxtimin.

               *

Dərdimə üzülüb yoxdur yanası,

Kimsəsiz, viranə qalıb xanası.

Sökülüb tavanı, sınıb aynası,

Qar, yağış üstünə axır bəxtimin.

Ömrümü yeyənlər

Gəl sizə bəxtimdən danışım bir az,

Ay mənə bəxtəvər, deyən adamlar.

Gəlməyib ömrümə nə bahar, nə yaz,

Ay mənim ömrümü, yeyən adamlar.

                 *

Uzatsam əlimi laləyə sarı,

Nə ilan vuracaq, nə də ki arı.

Gəl biçim bəxtimi mən gözə yarı,

Sevinsin əyninə geyən adamlar.

                *

Göz dəyib elə bil, nəzərə gəlib,

Bəxtimin üstünə nəfsini sərib.

Bəxtimdən çalmağı qənimət bilib,

Hərdən bir baxtına, söyən adamlar.

             Üzsüz qonaq kimi

Qəm-kədər bənzəyir üzsüz qonağa

Gəldisə qalacaq, getmək istəmir.

Qonağı anladım, bəs niyə zaman

Hey dönür, dayanır, ötmək istəmir?

                   *

Əzəldən çox yanlış atdım oxumu,

Küləklər sovurdu mənim qoxumu.

Qəlbinə əkdiyim sevda toxumu

Bəs niyə cücərib bitmək istəmir?

                        *

Yürümür, asılıb daş ayağından,

Tapaydım qismətin kaş oyağından.

Donubdur, düşməyir yaş yanağından,

Könül də vəslinə yetmək istəmir.

               Tökür yarpağın

Payız da son vaxtlar kövrək olubdur,

Durmadan ağlayıb, tökür yarpağın.

Küləklər dərdini alıb aparıb,

Soyuqdan titrəyir çılpaq budağın.

                 *

Payız da dərdindən sanki oyanıb,

Yağışlı küçələr, dərdə boyanıb,

Bir qəmli axşam tək susub, dayanıb,

Düşübdür çöllərə, qərib qonağın.

                  *

Həsrətin iz salıb, keçdiyin yolda,

Xatirə dolaşır boş qalan qolda,

Küsüb yanağından, solubdu xal da.

Sozalıb  sevincdən, gülən dodağın.

A dostlar, bu dünya düzələn deyil

Tülkülər bayırda, qəfəsdə nərlər,

Dardadır, ay haray, ər oğlu ərlər,

Dostun da üzünə dayanıb şərlər —

A dostlar, bu dünya düzələn deyil.

                   *

Sərçə də etibar etmir budağa,

Bülbül avazına gülür qurbağa,

Zəmanə döndərib bizi yumağa —

A dostlar, bu dünya düzələn deyil.

                     *

Məlhəm olun ağrı, acı, yaraya,

Haqqdan dönüb üz tutmayın saraya,

Ağ deməyin təhrif edib qaraya —

A dostlar, bu dünya düzələn deyil.

                      *

Ədalət çiçəyi saralıb, solmaz,

Zalımlar həyatdan dərsini almaz,

Əkilən yovşandan çəmənzar olmaz —

 A dostlar, bu dünya düzələn deyil.

                             *

Axar çayın yaman olur coşmağı,

Kişi gördüm üzdə əlvan yaşmağı,

Yırtıldı yollarda tozlu başmağı —

A dostlar, bu dünya düzələn deyil.

 .

                       *

Gəlinlər heç zaman sevmir baldızı,

Dadı yox, yeməzlər qışda qarpızı,

Əzəldən sevməyir ilan yarpızı —

A dostlar, bu dünya düzələn deyil.

Kir içindədir

Toz basıb ruhunu, kir içindədir,

Neynirsən xaradan geyib libası.

Var-dövlət insana gətirməz dəyər,

Əxlaqdır insanın gözəl mirası.

                *

Hər parlaq gördüyün qızıl sayılmaz,

Gördüyün hər şeyi həqiqət sanma.

Nadanlar qəflətdən erkən ayılmaz,

Qəfləti seçənin halına yanma.

                 *

Dünya sirr pərdəsi, açılan deyil,

Həqiqət gizlənər heç zaman itməz.

Zamanın kölgəsi çəkilən deyil,

Vicdanı olmayan doğruya yetməz.

Ay qarşıma çıxan gözəl

Düşüb telin yanağına, 

Ay qarşıma çıxan gözəl.

Bal süzülüb dodağına, 

Ay qarşıma çıxan gözəl.

               *

Düşdüm sənin sorağına,

Bir söz deyim qulağına, 

Gəl çıx qızlar bulağına,

Ay qarşıma çıxan gözəl.

               *

Çoxlarının xəyalısan,

Yaman başı bəlalısan,

Sən bəxtimin halalısan,

Ay qarşıma çıxan gözəl.

               * 

Baxışından daş əriyər, 

Şikəst könlüm düz yeriyər, 

Yaş quruyar qəlb kiriyər, 

Ay qarşıma çıxan gözəl.

Ölümün başın qatıram

Zamanın əlini bağladım bu gün, 

Qoparıb əlimdən almasın deyə. 

Yağışın yolunu kəsdim bu gecə, 

Yolunu yolundan salmasın deyə.

                      *

Əlimlə torpağın cırıb üzünü, 

Qaşıyıb qanını tökərəm, inan. 

Ruhuna saplanmış bütün günahı 

Qoparıb yerindən çəkərəm, inan.

                      *

Ölümün başını qatıram hər gün, 

Unudub çıxarsın səni yadından. 

Həbs edib ruhumu qaçıram yenə 

Varlığı dərd olan gözəl qadından.

   Ömür talandı

    İlğım kımı tüstüsü bol vədlərin,

Işıqlara qarşı duran hədlərin. 

Bulaq kımı aşıb, daşan dərdlərin

İzində nə qədər ömür talandı.

                   *

Uçrumların alovunda tənha, tak,

Kim yapışıb qollarımdan çəkəcək? 

Ürəyimdən birçə nəfər köçəcək 

Ömür adlı ömrüm səndə qalandı.

                 *

Bu taleyin əllərində badəsi, 

Sona yetmır ayrılığın hədəsi, 

Mən qalmazdım, gedəsiydim gedəsi, 

İlkın, niyə dünya sənı az qandı

Batma günaha

Sevdanın həsrəti lal ürəyimdə, 

Əzızım daşıya bilmirəm daha. 

Ərşə çəkilibdı yuxularım da, 

Nolar gəl görüşək, batma günaha, 

Bıl, sənsiz yaşıya bilmirəm daha.

                     *

Ürəyim səninlə qoşulub gedıb, 

Dözüm qalmayıbdi hicrinə dahả. 

Gözlərim gözünün qəmini ıçıb, 

Qoyma görüşümüz qalsın sabaha, 

Bıl, sənsiz yaşaya bilmirəm daha.

                    *

Ay da pəncərəmdən lal olub baxır, 

Tənhalıq könlümü dağıdıb sökür. 

Hıcranın gözümdə şimşək tək çaxır, 

Elə bil gözümə qaranlıq çökür. 

Bıl, sənsız yaşaya bılmırəm daha.

                   *

Məcnun kımı səni sevən mən oldum, 

Talandı ömrümün yolları ınan. 

Həsrətindən yanıb elə qovruldum, 

Tək mənə göz yaşım olubdu qalan. 

Bıl, sənsız yaşaya bilmirəm daha.

 Vaxt zınqırovdu

Yenə də hıcranın məndən keçmədi, 

Yolunda ugaldı həsrət qalası. 

Ayrılıq yolları sanki təşnədir, 

Bu dərdi köksünə kımdı salası.

              *

Uzaq karvanlara vaxt zınqırovdu, 

Kədərli səsində yolları qovdu, 

Ömür də zamanın əlində ovdur, 

Mənzilə çatmamış yolda qalası.

               *

Bulud ağ yelkəndi gəmi dağlara, 

Gün getdı, qalıbdı qəmi dağlara 

Qəribdi, döndrərk kımı dağlara, 

Köksü ocaq olub, külü solası.

               *

Dərd məni ox kımı qoydu kamana, 

Əlacım qalmayıb saxta gümana, 

Neylədim sən məni salırsan qana 

Yoxmu səhralarda məcnun olası.

İçərdi sənı 

Mən sənə bir içim su demərəm ki, 

Susuyan olanda içərdi sənı. 

Mən sənə çəməndə çiçək demərəm. 

Xoşlayıb bir kimsə biçərdi sənı.

                     *

Mən sənə qaynayan bulaq demərəm, 

Qanmazlar gözünü tökərdi sənın. 

Mən sənə dağlarda qalaq demərəm, 

Daşını bır kimsə sökərdi sənın.

                   *

Şən mənim qəlbimdə əbədi gözsən, 

İlhamsan, duyğusan, eşqsən, həyatsan. 

Dilimdə səslənən ən əziz səs tək, 

Çağırıb hıssımı bir də oyatsan.

Bır sən bil, bir də mən bilim

Yanar ulduzlardan sankı göylərin, 

Hıcranlı sınəsi şan şan olubdur. 

Bızım sevdamıztək o da çox dərin, 

Nıgaran baxışı yenə dolubdur. 

Pıcılda, gecənin qoynuna gəlim. 

Pıçılda, bır sən bil, bir də mən bilim.

                   *

Sükutun ömründə ahım var mənim, 

Dünyanın sevıncı sənin üzündə, 

Qıyma bır də düşə tufana könlüm, 

Həyat bır kıtabdır sənin gözündə, 

Pıçılda, qəlbimi səninlə bölüm, 

Pıçılda, bir sən bıl, bir də mən bılım.

                     *

Bu gecə bəxtəvər, bu gecə nağıl 

Vüsal da, hıcran da öz əlindədir. 

Gecənin qoynuna bır sevda yağır,

Sözümüz gecənin öz dilindədir.

Pıcılda, hardasan, eşıdım gəlım, 

Pıçılda, bır sən bil bir də mən bılım.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest