GenelGüncelKültür Sanat

Xocalı faciəsi-bəşeriyyətin vicdanında silinməz iz

“Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi-bəşeriyyətin vicdanında silinməz iz” adlı onlayn konfrans keçirilib. Tədbir ZOOM platforması üzərindən həyata keçirilib.
Onlayn konfransda AMEA Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər. Çıxışlarda Xocalı faciəsinin başvermə səbəbləri, həmin dövrün ictimai-siyasi vəziyyəti, hadisələrin regionun tarixi proseslərinə təsiri və bu faciənin Azərbaycan xalqının yaddaşında tutduğu xüsusi yer ətraflı şəkildə izah olunub. Qoruğun əməkdaşı Xocalı faciəsinin tariximizin ən ağrılı səhifələrindən biri olduğunu vurğulayaraq, belə mövzuların mütəmadi şəkildə elmi və maarifləndirici tədbirlərdə gündəmdə saxlanılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Sübhan Talıblı isə öz çıxışında Xocalı faciəsinin təkcə bir tarixi hadisə deyil, eyni zamanda beynəlxalq hüquq və insan hüquqları prizmasından da araşdırılmalı mühüm mövzu olduğunu diqqətə çatdırıb. O, aparılan elmi tədqiqatlar, arxiv materialları və beynəlxalq mənbələr əsasında faciə ilə bağlı faktların sistemli şəkildə toplanmasının və dünya ictimaiyyətinə obyektiv formada təqdim edilməsinin vacibliyini vurğulayıb.
Çıxışların sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətdə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd edilib.

Onlayn konfransda AMEA Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.
Onlayn konfransda AMEA Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest