Kültür SanatGenel

KÖNÜL ÇOX DA AH EYLƏMƏ – Nazım Ahmetli

KÖNÜL ÇOX DA AH EYLƏMƏ

Könül çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda düşər,
gəlib ahu-zarı keçər;

gedər ağıl-huş, addıyar,
gözümüzdən yaş addıyar;
payız gedər, qış addıyar,
dolanar baharı keçər;

yaman yuxaldır ney məni,
didərgin ruhum eymənir;
gətir, saplıyım iynəni,
ildızından darı keçər;

ötən günlər nə saydadı,
dərdim o tay, bu taydadı;
dünya bir gözüm boydadı,
ortasından barı keçər;

çıxdım daşın arasından,
göznən qaşın arasından;
yaynan qışın arasından,
bir dəlisov sarı keçər;

nədir, dünyadan itiyim,
hansı cığırda itdiyim;
bir ömür yoldu, getdiyim,
yarı qalar, yarı keçər.

nazım ahmetli
nazım ahmetli

22.05.2016. Bakı şəhəri

Pin It on Pinterest