GenelGüncelKültür SanatTürk Dünyası

Xalq yazıçısı Anar – Türk dünyasının ağsaqqalı mükafatına layiq görülüb

Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Xalq yazıçısı Anar- “Türk dünyasının ağsaqqalı” mükafatına layiq görülüb

     Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla Türkiyənin İstanbul Kültür Universitetində görüş keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirilib ki, “İki çağın yazarı: Anar” adlı görüşdə universitetin alim və müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə universitetin Filologiya fakültəsinin dekanı, professor Fatih Göksal Türk dünyasının böyük yazarı Anarın türkiyəli gənclərlə görüşünün əhəmiyyətindən söz açıb. Anara dəvəti qəbul etdiyi üçün təşəkkür edib və görüşdə iştirak edən gənclərin necə böyük və önəmli bir gün yaşadıqlarını bildirib.

     Universitetin əməkdaşları Vahit Türk, İsa Kocakaplan çıxış edərək Anarın Türk dünyası ədəbiyyatlarının zənginləşməsi üçün gördüyü böyük işlərdən danışıblar.

Tədbirdə yazıçı-tərcüməçi İmdat Avşarın Xalq yazıçısının yaradıcılığı ilə bağlı geniş məruzəsi dinlənilib. O, gənclərə Türkiyənin və özəlliklə türk ədəbiyyatının Azərbaycandan necə göründüyünü anlamaq üçün mütləq Anarın əsərlərini oxumağı tövsiyə edib.

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid tələbələrə Anarın Türkiyə sevgisindən və əsərlərində bu böyük sevginin necə əks olunmasından bəhs edib.

      “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva gənclərə Anar yaradıcılığında əks etdirilmiş xoşbəxtlik reseptlərindən danışıb.

Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və türk gənclərlə görüşün ondan ötrü xüsusi əhəmiyyət daşıdığını dilə gətirib. O, iki qardaş xalqın ədəbiyyatının daha da yaxınlaşması üçün belə görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb.

  Sonda yazıçıya xatirə hədiyyəsi təqdim edilib, gənclər yazıçıya kitab imzaladıb, yaradıcılığı ətrafında müzakirələr aparıblar.

Türkiyəyə yaradıcılıq səfəri çərçivəsində Türk Ədəbiyyatı Vəqfi Xalq yazıçısı Anarı “Türk dünyasının ağsaqqalı” mükafatına layiq görüb.

Səfəri çərçivəsində Xalq yazıçısı Türkiyənin “Yeni şəfəq” qəzetinə, TRT telekanalına müsahibələr verib, həmçinin TVNET kanalının canlı efirində sualları cavablandırıb.

Anar - Türk dünyasının ağsaqqalı
Anar – Türk dünyasının ağsaqqalı
Anar - Türk dünyasının ağsaqqalı
Anar – Türk dünyasının ağsaqqalı

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest