Suna bagçasında balacaların Novruz Bayramı şənliyi keçirildi
“Suna” bagçasında balacaların Novruz Bayramı şənliyi keçirildi
“Smart” Educaton Bağçalar şəbəkəsinin tabeliyində olan “Suna” bagçasında balacaların təqdimatında maraqlı və bir-birindən gözəl Novruz bayramı şənliyi keçirildi.
“Smart” Educaton Bağçalar şəbəkəsinin təsisçisi, İlgün Valehqızı bildirdi ki, “Milli bayramımız olan, özündə adət-ənələrimizi yaşadan Novruz Bayramının bağçada, xüsusən də gələcəyimiz olan uşaqlar tərəfindən keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Belə ki, müəllimlərin rəhbərliyi və zəhməti hesabına ərsəyə gələn Novruz Bayramı şənliyi həm uşaqların istedadını üzə çıxarır, həm də maddi-mənəvi irsimizi yaşadır”.
Sonra tədbirin aparıcısı Sevda Şükürova proqram haqqında ətraflı məlumat verdi.
Bağça müəllimlərindən Məmmədova Naidə, Səbinə Əliyeva, Sevda Şükürova, Nuranə Qaraxanova, Nigar Nabatova “Körpə balaların rəqsi”, “Suita “, “Nəlbəki”, Müəllimlərim uşaqlarla birlikdə Hakıştası, Səməni rəqslərini böyük sevinclə və öz zövqləri ilə oynadılar.
Balaca fidanların Azərbaycan, ingilis və rus dillərində “Bahar gəlir”, “Qonaqlıq “, “Bənövşə”, “Novruz gəlir”, “Novruzum” musiqilərinin, eləcə də “Arşın mal alan” səhnəciynin ərsəyə gəlməsində bağça müəllimlərindən Sevda Şükürova, Nigar Nabatova, Nuranə Qaraxanova, Naidə Məmmədova, Aynur Əliyeva, Səbinə Əliyevanın şənliyin rəngarəng olmasında rol oynadılar.













