XOCALIM – Kirman Rustemli
XOCALIM.
Yaddaşların daşı qanlı,
Zəhərlənmiş aşı qanlı.
Xocalıda hər bir kəsin,
İnfazlanmış başı qanlı.
Danmaq olmaz həqiqəti,
Unutmayaq ədavəti.
Xocalını almaq üçün,
Tapmalıyıq biz taqəti.
Yarı yolda qalan bizik,
Qatlanmamış ayaq, dizik,
Xocalıdan bir an belə,
Nə əl çəkdik,nə də bezdik.
Bəlkə, bəlkə qaytardılar,
Yulaf sanıb otardılar.
Xocalımı otuz ildir,
Bizdən alıb apardılar.
Məzar üstə insan seli,
İstəməzdik belə yeli.
Xocalımın taqəti yox,
Qatlanmışdır şümşad beli.
And içiblər ərənlərim,
Düşmən beli gərənlərim.
Xocalımı alacaqlar,
Qartal gözlü dəlilərim.

26.02.2021
Xocalım .
Illər sərtləşdirib deyəsən səni,
Acılar kəməndin salıb boynuna.
Gələrəm Xocalım, səslə sən məni ,
Qollarım dolayım , qəmli boynuna .
Səndən uzaqlarda günüm qaradır ,
Düşmənlər qoynunda qara yaradır.
DəlI – divanəyəm yolum haradır ?
Səni axtarıram , dərdli Xocalım!
Qoynunda yüzlərlə həyat söküldü ,
Körpələr meşəyə , çaya töküldü .
Anaların vaxtsız beli büküldü,
Ağrıyan ürəyim oldun , Xocalım !
Haylar qız , gəlini qayadan atdı ,
Arzusu, muradl torpaqda yatdl.
Düşmənlər qoynunda vüsala çatdı ,
Sən mənim ömrümdə qara dir xalım,
Dərd oldun sən mənə , mənə , Xocalım !
Tamara Sadıq.
28-03-2019.